Evrim Ağacı

Darwin’ə aid məşhur “Düşünürəm ki” qeydi bizə nə izah edir?

Darwin’ə aid məşhur “Düşünürəm ki” qeydi bizə nə izah edir?

Bu, Evrim Ağacı'nın yazdığı orijinal bir məqalədir. Bu məqalədə istifadə olunan istinadlar məqalənin alt hissəsində verilmişdir. Evrim Ağacı tərəfindən yaradılan bütün məzmun, dəqiq müəyyənləşdirilə bilən, istinad edilən istinad bu səhifəyə qaytarıldıqca paylaşıla və yayıla bilər.

Çarlz Darvinin 1837-ci ildə "B dəftəri " olaraq adlandırdığı dəftərinin 36-cı səhifəsində çəkdiyi rəsm elm tarixində ilk təkamül ağacıdır.

Çarlz Darvin indiyə qədər ən böyük elm adamlarından və müşahidəçilərindən biriolmaqla bərabər, təvazökarlığı və dürüstlüyü ilə elmi ictimaiyyətdə nümunəvi bir şəxsiyyətə sahibdir. Heç vaxt çevik qərar verməməsini tez-tez vurğulamaqla bərabər , 1859-cu ildə nəşr etdirdiyi Növlərin Mənşəyi elm dünyasında və ümumilikdə bəşəriyyətdə bir inqilab yaratmağına rəğmən, Darvinin öz kitabındakı ehtiyatlı və inamlı addımlarla irəlilədiyi görülür.

Bu təmkinli və elmi hali hələ fikirləri yetkinləşməyə başlayarkən, 1837-ci ildə qeyd dəftərində əks olunmuşur. Darvin, elmi dəlillərində heç vaxt təkidli və ya inadcıl olmamışdır. Özünə çox arxayın idi, , tapıntıları dəqiq idi, lakin buna baxmayaraq heç kimə zərər verməyə və ya onlara qarşı durmağa cəsarət etmirdi, həmişə susqunluğunu və nəcibliyini qoruyudu. Bu nəcibliyi onun "düşmənlərinin" və hətta əleyhdarlarının belə ona ur hörmət etməsinə səbəb oldu. Bu gün ona qarşı qıcıqlanma duyanlar, özlərini bilməyənlər, şübhəsiz ki, antik çağdan qalma zavallı və təhrifə uğrayan nümunədirlər.

Darvin qeyd dəftərində formalaşan həqiqətləri "düşünürəm ki..." deyərək köçürmüşdü. Heç vaxt "Belə olmalıdır.", "məcburdur.", "Bu belədir." Kimi anlayışlarını qeydlərində ehtiva etməmiş və tapıntılarını sadə bir şəkildə çatdırmışdı.

“Düşünürəm ki” ilə başlayan sözləri dünya tarixinin canlılığı bu şəkildə bağlayan ilk "Həyat Ağacı" (və ya "Təkamül Ağacı") ilə davam etməkdədir. Darvinin oxuması son dərəcə çətin olan yazısı (ibtidai təhsilinin tibbi təhsili olduğunu xatırlatmaqda fayda var) bu sözləri ehtiva edir: 

Düşünürəm ki, bir növünə aid keçmişdəki bir nəslin indiki nəsil qədər çox sayda fərdi vardır. Cinsdəki növlərin sayını qorumaq və eyni zamanda növlərin davamlılığını təmin etmək üçün yox oluşlar olmalıdır. Buna görə A və B arasında boşluq olması olduqca təbiidir (çünki bu növlər vaxt keçdikcəyox olmuşlardır). C + B arasında son dərəcə hamar bir keçid görürük. B + D isə nisbətli olaraq uzaq qohumlardır. Bu şəkil də getdikcə cinslər ortaya çıxır. Bunların çox sayda sönmüş qədim növlər ilə ümumi xüsusiyyətləri və bu xüsusiyyətlər vasitəsi ilə digər növlərlə bağlantısı vardır.