Mikrotəkamül və Macrotəkamül: Yumşaq, Lakin Stabil Bir Dəyişiklik...

- Blog Yazısı
Təkamül biologiyasında dəyişiklik 2 əsas səviyyədə araşdırılır: mikroevolyasiya və makroevolyasiya. Bunların nə demək olduğunu onların adlarından asanlıqla başa düşmək olur: kənardan asanlıqla görünməyən mikroevolyasiya; ətraflı tədqiqatlarla başa düşülə bilən təkamül dəyişikliklərinə verilən addır. Eynilə bakteriyalar kimi canlıları normal da görə bilməyib yalnız bir mikroskopdan istifadə etdiyimiz zaman görə bildiyimiz kimi... Mikro təkamül adətən bir növ daxilində baş verən dəyişikliklərə verilən addır. Çox vaxt bu dəyişikliklər genlər və zülallar əsasında baş verir (buna görə də onları "mikro" adlandırırlar), lakin mikroevolyusiya bu kimyəvi dəyişikliklərin fiziki görünüşünə (fenotip) təsirini də əhatə edə bilər.
Mikrotəkamül adətən gücünü təkamülün rəsmi tərifindən alır. Xatırlayırsınızsa, təkamül, canlı bir populyasiya içindəki hər bir əlamətin görülmə tezliyinin (frekansının) nəsillər arasında dəyişdiyini bildirir. Məsələn, insan populyasiyasında sarışın saç rənginin meydana gəlməsinə səbəb olan genlər 1940-cı ildə 24%, 1970-ci ildə isə 21% tapılarsa, bu təkamül dəyişiklikdir. Ancaq, məsələn, körpənin 1 yaşı olanda xəyali rəng şkalasında 90% sarışın olması və 25 yaşında 10% sarışın olması halı təkamül deyildir. Bu fərdin ömrü daxilində yaşanan bir dəyişiklikdir və buna görə təkamül biologiyasının deyil, inkişaf biologiyasının maraq dairəsidir. Digər tərəfdən, sarışınlığa səbəb olan genlərin populyasiya daxilində müşahidə edilə sıxlığının nəsildən-nəslə dəyişməsi təkamüldür.
Mikrotəkamül də məhz budur. Kənardan baxdığımız zaman, sarışın və ya qəhvəyi saçlı olmağından asılı olmayaraq, insanın “insan" olduğunu bilirik. Ancaq "insan" dediyimiz bu varlıq gözümüzün önündə təkamül keçirsə də, diqqətlə baxılmasa bu təkamül dəyişikliyi görünə bilməz. Eynilə bakteriyalarda olduğu kimi... Buna görə də buna mikrotəkamül deyilir.
Digər tərəfdən, bu dəyişiklik mənasız deyildir. Papulyasiya daxilindəki müxtəliflik ətraf mühitə uyğunlaşma və çoxalma qabiliyyətindən asılı olaraq müxtəlif istiqamətlərdə dəyişir. Bəzi xüsusiyyətlər üstünlüklü olduqları üçün seçilir, digərləri əlverişsiz olduqları üçün populyasiyadan kənarlaşdırılır. Əlverişli nəsillər yeni nəsil formalaşdırmaq üçün çoxalır və genlərini bu populyasiyaya daha çox köçürəcəkləri üçün öz xüsusiyyətlərinin bu növdə görülmə tezliyi də artır. Bu vəziyyətdə deyirik ki, bu xüsusiyyətlər canlıya üstünlük gətirirvə buna görə də təbiət tərəfindən seçilir deyirik. Ancaq bir canlının milyonlarla xüsusiyyətə sahib olduğunu unutmayın! Həm də canlı populyasiyalarının hər zaman bir-biri ilə qarşılıqlı əlaqədə olmadığını və bəzən ciddi şəkildə əlaqəni kəsmək üçün izolyasiya olunduğunu da xatırlayın.
Bunu başa düşdükdə vacib bir məqamı görürsünüz: canlılar üçün "uyğun olan" və "uyğun olmayan" xüsusiyyətlər zamandan-zamana və məkandan-məkana daim dəyişir. Eyni canlı növünün müəyyən şərtlər altındakı müəyyən xüsusiyyətləri ona üstünlük verə bilsə də, həmin növün digər şərtlər altındakı digər xüsusiyyətləri əlverişsiz ola bilər. Bu vəziyyətdə, seçilmiş və aradan qaldırılan xüsusiyyətlər daim qarışıqlıq şəkildə dəyişir. Bu dəyişiklik təbiətin və canlı populyasiyanın dinamikasından asılıdır. Və beləliklə, növün bir o tərəfindən-bir bu tərəfindən tutub çəkişdirən bu "seçki təzyiqi" növün bəzi bölgələrdəki bəzi populyasiyalarının müəyyən xüsusiyyətlərinin daha çox meydana gəlməsinə imkan verir. Bu, bir neçə yüz min il əvvəl eyni növə aid bir-birlərinə çox bənzər görünən canlıların bir neçə yüz min il sonra tamamilə fərqli görünmələri ilə nəticələnir. Beləliklə bu gen (və ya xüsusiyyət) görülmə tezliyindəki dəyişikliklərin sonda açıq və görünən fərqlər yaratmağına makro evolyutsiya deyilir.
Mikroevolyutsiyanın makroevolyutsiyanı doğurmasının səbəbi elmdə tez-tez rastlaşdığımız davamlılıq (vahid materializm) prinsipi ilə əlaqədardır. Məsələn, suyun bir qabın içərisinə axması axırda qabı doldurmalı və daşırmalıdır. Üstəlik, su bir qabın içərisinə indi də tökülməyə başlasa, 1 milyard il əvvəl də tökülməyə başlasa, eyni nəticəni əldə etməyimiz gözlənilir: qab tədricən dolacaq və sona gəldiyində və daşacaq. Başqa sözlə, zamanın və məkanın bu baxımdan heç bir əhəmiyyəti yoxdur: bu gün təkrarlanan proseslər indi necə işləyirlərsə, milyardlarla il bundan əvvəl də eyni şəkildə işləyirdilər. Məsələn, bu anda cazibə qüvvəsi bütün cisimləri planetin mərkəzinə çəkir. 116 milyon il əvvəl cazibə qüvvəsinin hər şeyi planetdən kənara çıxardığını düşünməyimiz üçün heç bir səbəb yoxdur. Proses və qanunlar davamlıdır. Təkamül üçün də eyni şey keçərlidir. Əgər bu gün cisimlər yavaş-yavaş müəyyən istiqamətlərdə dəyişirsə; 100.000 il əvvəl də, 3 milyard il əvvəl də oxşar şəkildə dəyişmiş olmalı idilər. Əksini düşünmək üçün isə heç bir səbəb yoxdur. Əksinə, qabaqcadan müşahidə etdiyimiz dəyişiklikləri təsdiqləyən saysız-hesabsız fosillər mövcuddur. Bu zaman mikroevolyasiya ilə makroevolyasiya arasındakı əlaqə də dəqiqləşmiş olur: mikroevolyutsa varsa; makroevolyasiya da baş verməlidir (əgər növünsoyu kəsilməzsə). Mikrotəkanül damcı-damcı yığılaraq makroevolyasiyanı doğurur. Bunu ələ aldığımız hər bir canlıda və təkamül tarixində görmək mümkündür.
- 1
- 0
- 0
- 0
- 0
- 0
- 0
- 0
- 0
- 0
- 0
- 0
- D. Futuyma. (2009). Evolution. ISBN: 978-0878932238. Yayınevi: Sinauer Associates, Inc..
Evrim Ağacı'na her ay sadece 1 kahve ısmarlayarak destek olmak ister misiniz?
Şu iki siteden birini kullanarak şimdi destek olabilirsiniz:
kreosus.com/evrimagaci | patreon.com/evrimagaci
Çıktı Bilgisi: Bu sayfa, Evrim Ağacı yazdırma aracı kullanılarak 12/05/2025 08:51:48 tarihinde oluşturulmuştur. Evrim Ağacı'ndaki içeriklerin tamamı, birden fazla editör tarafından, durmaksızın elden geçirilmekte, güncellenmekte ve geliştirilmektedir. Dolayısıyla bu çıktının alındığı tarihten sonra yapılan güncellemeleri görmek ve bu içeriğin en güncel halini okumak için lütfen şu adrese gidiniz: https://evrimagaci.org/s/8898
İçerik Kullanım İzinleri: Evrim Ağacı'ndaki yazılı içerikler orijinallerine hiçbir şekilde dokunulmadığı müddetçe izin alınmaksızın paylaşılabilir, kopyalanabilir, yapıştırılabilir, çoğaltılabilir, basılabilir, dağıtılabilir, yayılabilir, alıntılanabilir. Ancak bu içeriklerin hiçbiri izin alınmaksızın değiştirilemez ve değiştirilmiş halleri Evrim Ağacı'na aitmiş gibi sunulamaz. Benzer şekilde, içeriklerin hiçbiri, söz konusu içeriğin açıkça belirtilmiş yazarlarından ve Evrim Ağacı'ndan başkasına aitmiş gibi sunulamaz. Bu sayfa izin alınmaksızın düzenlenemez, Evrim Ağacı logosu, yazar/editör bilgileri ve içeriğin diğer kısımları izin alınmaksızın değiştirilemez veya kaldırılamaz.