Təkamül nədir?

- Blog Yazısı
Ən qısa tərif ilə desək, təkamül, populyasiya içindəki gen və xüsusiyyət bölgüsünün nəsillər daxilində dəyişməsidir. Bu tərifdəki hər bir addım təkamül üçün vacibdir:
- Populyasiya: Təkamül prosesində dəyişən fərdlər deyil, populyasiyalardır. Digər sözlə, ayrı-ayrı fərdlər (məsələn, bu məqaləni oxuyan siz və ya sizin itiniz) heç zaman təkamül keçirməyib və heç zaman da keçirməyəcəkdir. Sadəcə bir növün bütün fərdlərinin meydana gətirdiyi populyasiyalar əvvəlki nəsillərə nisbətən hər nəsildə fərqli xüsusiyyət paylanmalarına sahib olacaqlar. Bu halda təkamül baş verəcək.
- Gen və xüsusiyyət paylanması: Təkamüldə bir növün başqa bir növə çevrilməsi gərəkli proses deyildir. Təkamüldə dəyişən, populyasiyaların genlərinin və ya əlamətlərinin paylanmasıdır. Məsələn, uzun boyluluğa aid olan genlərin populyasiya daxilində müşahidə edilmə tezliyi bir nəsildən digərinə keçərkən 5% -dən 7% -ə qədər artmışdırsa, həmin populyasiya təkamül keçirib deməkdir. Spesifikasiya və ya növləşmə təkamülün qaçınılmaz nəticəsidir; lakin təkamül haqqında danışmaq üçün heç də spesifikasiya şərt deyildir.
- Nəsillər daxilindəki dəyişiklik: Təkamül dəyişiklikləri haqqında danışmaq üçün mütləq ən azı 1 nəsil keçməlidir. Bir fərdin öz ömrü (nəsli)daxilində keçirdiyi heç bir dəyişiklik təkamül yönlü deyildir. Həyatımız boyu yaşadığımız dəyişikliklərə "inkişaf" deyilir. Təkamül biologiyası və inkişaf biologiyası iki fərqli bioloji sahələrdir.
Bu tərifin istisna etdiyi və nəzərə almadığı bir neçə element var. Bunları vurğulamaq təkamülə dair anlayışları daha da dəqiqləşdirəcəkdir:
- Canlılıq: Müasir təkamül təriflərində canlılığa həmişə xüsusi diqqət yetirilmir; çünki əgər müəyyən bir xüsusiyyətə sahib fərdlərdən ibarət bir papulyasiya varsa və bu papulyasiyanın fərdlərini təyin edən xüsusiyyətlərin sonrakı nəsillərə ötürülmə xarakteri varsa, həmin fərdlər ənənəvi mənada "canlı" olaraq təsvir edilə bilməsələr də təkamül keçirə bilərlər. Məsələn, viruslar canlı deyil, lakin təkamül keçirə bilərlər, və ya digər bir misal, kompüter mühitində tamamilə simulyasiya edilmiş fərdlər belə təkamül yolu ilə inkişaf edə bildiklərindən insan mühəndisliyinin istehsal etdiyindən daha uğurlu məhsullar istehsal edə bilərlər. Bunlardan əlavə, təkamül dəyişiklikləri həmişə birbaşa canlılıqla əlaqəli olmayan "mədəni təkamül", "kimyəvi təkamül", "geoloji təkamül", "astroevolyasiya" və ya astreoloji təkamül kimi digər elm sahələrində də istifadə olunur.
- Spesifikasiya və Makrotəkamül: Bəzən təkamül qısa bir şəkildə "bir növün digərinə keçməsi" olaraq xarakterizə edilir. Ancaq bu təkamülün tərifi deyil, nəticəsidir. Gölün əmələ gəlməsi prosesini "bir çuxurun su ilə dolaraq bağlanması" olaraq xarakterizə etmək, proses haqqında bir fikir verir, ancaq bu su ilə dolaraq bağlanma prosesinin necə gerçəkləşdiyini izah etmir. Gölün əmələ gətirəcəyi bölgədən daha aşağı axan su damlalarının, bu çuxurda yavaş-yavaş yığılaraq çuxuru dolduracağını izah etməklə prosesi təsvir etmək daha yaxşıdır. Eynilə, yuxarıda etdiyimiz təkamül tərifinə baxaq; yəni populyasiya içərisindəki gen və xüsusiyyət paylanmasının nəsillər içərisində dəyişməsi uzun müddətdə və fərqli ətraf mühit şəraitində toplanır və yeni növlər yaradır. Ancaq dediyimiz kimi, bu təkamülün nəticəsidir; onun tərifi deyil. Mikroevolyasiya (və ya təkamül) kifayət qədər zaman keçdikdən sonra makrotəkamül ilə nəticələnir. Dama-dama göl olur. Bu baxımdan təkamül, adətən qısa müddətdə genotiplərin (genlərin), uzun müddətdə isə bu gen dəyişikliklərinə bağlı olaraq fenotiplərin (fiziki xassələrin) dəyişməsidir.
- Fosillər və keçid növləri: Təkamülün tərifi genlərə əsaslanır; fosillər və ya keçid növlərinə deyil. Fosillər makro təkamülün şübhə buraxmayan dəlillərini təqdim etmiş olsa da, təkamül prosesini aşkar etmək üçün fosillərə ehtiyac duymuruq. Başqa sözlə, fosillərimiz olmasaydı belə, təkamül dəyişikliklərini sadəcə təbiətə yönəlmiş müşahidələrimiz, genetik məlumatlarımız və riyazi təkamül sahəsindən yola çıxaraq sübut edə bilərdik.
- 2
- 0
- 0
- 0
- 0
- 0
- 0
- 0
- 0
- 0
- 0
- 0
- B. K. Hall, et al. (2007). Strickberger's Evolution. ISBN: 978-0763700669. Yayınevi: Jones and Bartlett Publishers.
- J. Cracraft, et al. (2004). Assembling The Tree Of Life. ISBN: 0-19-517234-5. Yayınevi: Oxford University Press.
Evrim Ağacı'na her ay sadece 1 kahve ısmarlayarak destek olmak ister misiniz?
Şu iki siteden birini kullanarak şimdi destek olabilirsiniz:
kreosus.com/evrimagaci | patreon.com/evrimagaci
Çıktı Bilgisi: Bu sayfa, Evrim Ağacı yazdırma aracı kullanılarak 12/05/2025 07:59:30 tarihinde oluşturulmuştur. Evrim Ağacı'ndaki içeriklerin tamamı, birden fazla editör tarafından, durmaksızın elden geçirilmekte, güncellenmekte ve geliştirilmektedir. Dolayısıyla bu çıktının alındığı tarihten sonra yapılan güncellemeleri görmek ve bu içeriğin en güncel halini okumak için lütfen şu adrese gidiniz: https://evrimagaci.org/s/8891
İçerik Kullanım İzinleri: Evrim Ağacı'ndaki yazılı içerikler orijinallerine hiçbir şekilde dokunulmadığı müddetçe izin alınmaksızın paylaşılabilir, kopyalanabilir, yapıştırılabilir, çoğaltılabilir, basılabilir, dağıtılabilir, yayılabilir, alıntılanabilir. Ancak bu içeriklerin hiçbiri izin alınmaksızın değiştirilemez ve değiştirilmiş halleri Evrim Ağacı'na aitmiş gibi sunulamaz. Benzer şekilde, içeriklerin hiçbiri, söz konusu içeriğin açıkça belirtilmiş yazarlarından ve Evrim Ağacı'ndan başkasına aitmiş gibi sunulamaz. Bu sayfa izin alınmaksızın düzenlenemez, Evrim Ağacı logosu, yazar/editör bilgileri ve içeriğin diğer kısımları izin alınmaksızın değiştirilemez veya kaldırılamaz.