Təkamül: Nəzəriyyədirmi, qanundurmu, qaydadırmı?

- Blog Yazısı
Təkamül bir təbiət qanunudur (və ya prinsipi). Təbiətin bu qanununun niyə və necə işlədiyini izah edən biliklər sistemi təkamül nəzəriyyəsi adlanır.
İnsanlar arasında geniş yayılmış düşüncənin əksinə olaraq "nəzəriyyə" və ya “teoriya” kəlməsi elmdə "sübut edilməmiş və ya əsassız düşüncə" demək deyil. Əksinə, bu, uzunmüddətli, çox bucaqlı, intizamlı müşahidələr və incələmələr nəticəsində əldə edilən məlumatların "niyə" və "necə" o şəkildə olduğunu izah edə bilən bilgi sistemi deməkdir. Elmdə "qanun", "qayda" təbii bir fakta, fenomenə yönəlmiş müşahidədir. Əvvəlki cümlədəki nümunələrimizin birincisi, elmdə "cazibə qanunu" olaraq bildiyimiz mövzunu, ikincisi isə "təkamül qanunu" olaraq bildiklərimizi bəsitcə izah edir. Bunlar qanunlardır və Kainatımızın quruluşu / toxuması dəyişmədikcə bu şəkildə mövcud olacaqlar.

Bununla yanaşı, qanunlar bilgi vermək üçün son dərəcə acizdirlər, buna görə də elmi baxımdan data olduqları istisna olmaqla "bilgi ötürmə gücü" baxımından çox dəyərli deyillər. Elmdə həqiqətən dəyərli olan şey, bu əsas qanunları (qaydaları) və bu qanunlardan irəli gələn bütün nəticələri əlaqələndirərək ətrafımızda baş verən faktların "niyə" və "necə" o şəkildə meydana gəldiyini izah edən bilgi sistemidir. Bu halda buna "teoriya" deyilir.
Məsələn, cazibə qanununu izah edən Nyutonun yerin cazibə qüvvəsi nəzəriyyəsi, Eynşteynin Nisbiilik Nəzəriyyəsi (bununla bağlı önəmli nəticələr vardır) və Kvant Vahid Sahə nəzəriyyəsi kimi nəzəriyyələri var. Təkamül qanununu da izah edən bir çox elmi nəzəriyyələr mövcuddur (Dawkins'ın Eqoist Gen nəzəriyyəsi, Qırmızı Kraliça nəzəriyyəsi, Gould'un Sıçrayışlı təkamül nəzəriyyəsi, Darvinin Təbii Seçmə nəzəriyyəsi və s.); Biz bütün bunları təkamül nəzəriyyəsi adlandırırıq.
Bu nəzəriyyələr təbiətdə gördüyümüz nəsillər boyu müşahidə edilə bilən bioloji dəyişiklik qanunu olan təkamül qanununun niyə və necə bu şəkildə işlədiyini izah edir. Bu nəzəriyyələri qurmaq üçün qanunlara əsaslanan fərziyyələr qururuq; Ətrafımızda gördüyümüz və bir-biri ilə əlaqəli görünən hadisələr və faktlar arasındakı münasibətləri sorğulayırıq. Bu sorğu prosesində irəli sürülən, sınaqdan keçməsini gözləyən və elmi düşüncə üçün uyğun olan bir arqument "hipotez" dir. Adlna uyğun olaraq, hipotez "ön tezis" deməkdir və onlar nəzəriyyələrin qurulmasında, dəyişdirilməsində, inkişaf etdirilməsində və təkzib edilməsində istifadə olunur.

Buna görə, heç bir fərziyyə sübuta yetirildiyi zaman nəzəriyyə, nəzəriyyə daha da sübut edildikdə, qanuna çevrilmir. Əvvəlcə ətrafımızda təkrarlanan hadisə və faktlar, yəni qanunlar müəyyən edilir. Bu qanunların bir-birləri ilə qarşılqlı münasibətləri sorğulanaraq hipotezlər qurulur və bu hipotezlərdən doğruluğu təsdiqlənənlər (və ya hər dəfə təkrarlanan sınaqlardan uğurla keçənlər) arasında əlaqələr qurularaq bu qanunları izah edən açıqlamalar inkişaf etdirilir və bunlar nəzəriyyələrə çevrilir. Bu nəzəriyyələr zamanın və elmin sınağından keçir və bu nəzəriyyələr də zaman içində təkamül keçirir. Mütləq ki bir iyerarxiya qurulacaqsa, teoriyalar izahedici güc, əhatə dairəsi, məzmun, sınanma kimi bir çox cəhətdən qanunlardan üstündür. Belə ki, bəzi mənbələr qanunları nəzəriyyələrin "qısa və dar xülasəsi" kimi xarakterizə edir. Ancaq müasir elmdə belə bir iyerarxiyadan bəhs etmirik; çünki buna ehtiyac yoxdur.
Nəticə
Bu mövzuda son sözü 2011-ci ildə ÖDTÜ-də qonaq etdiyimiz Brown Universitetindən professor. Dr. Kenneth Miller-ə buraxaq. Ondan "Niyə təkamül bu qədər hücum altndadır?" soruşduqda demişdi:

Əslində nəzəriyyə qanunlardan (gerçəklərdən) daha yüksək bir anlayış səviyyəsinə malikdir. Çünki nəzəriyyələr gerçəkləri izah edir və birləşdirir. Corciya Universitetində atom fizikası dərsini öyrənsəniz, atom nəzəriyyəsi dərsini alacaqsınız. Gələcəkdə professor bu kursun adını "atom həqiqəti" olaraq dəyişdirməyəcək, çünki atom nəzəriyyəsinin mənası belə deyil. Niyə təkamül hücum altındadır? Biologiya bir çox fənləri əhatə edən bir sahədir. Əgər biologiya tədris proqramından bir şey çıxarılacaqsa, bu niyə təkamül olmalıdır? Onu xüsusi edən nədir? Niyə hüceyrə biologiyası, niyə fiziologiya deyil? Elm faktiki sübutlarla güclü dəstəklənən nəzəriyyələrə əsaslanır. Təkamülü və ya hər hansı digər bir mövzunu ayırıb ona bu cür rəftar göstərmək elm üçün çox zəif bir anlayışdır. - Kenneth R. Miller (Brown Universitetinin biologiya professoru).
- 1
- 0
- 0
- 0
- 0
- 0
- 0
- 0
- 0
- 0
- 0
- 0
- S. F. Mason. (1963). A History Of The Sciences. ISBN: 0020934009. Yayınevi: Macmillan General Reference.
- D. J. Futuyma, et al. Evolution, Science, And Society: Evolutionary Biology And The National Research Agenda. (28 Eylül 1998). Alındığı Tarih: 25 Kasım 2018. Alındığı Yer: Universidad de Granada | Arşiv Bağlantısı
- F. J. Ayala, et al. Science, Evolution, And Creationism. (25 Kasım 2018). Alındığı Tarih: 25 Kasım 2018. Alındığı Yer: The National Academies of Science, Engineering, Medicine | Arşiv Bağlantısı
- Ç. M. Bakırcı. Evrim Ağacı'nın İlk Kitabı: ''Evrim Kuramı Ve Mekanizmaları''. (10 Ocak 2014). Alındığı Tarih: 25 Kasım 2018. Alındığı Yer: Evrim Ağacı | Arşiv Bağlantısı
- Ç. M. Bakırcı. Bilimsel Yöntem - 1: Bilim Dahilinde Hipotezler, Kanunlar, Bilimsel Gerçekler Ve Teoriler. (9 Nisan 2011). Alındığı Tarih: 25 Kasım 2018. Alındığı Yer: Evrim Ağacı | Arşiv Bağlantısı
- Ç. M. Bakırcı. Bilimsel Yöntem - 2: Bilimsel Yöntemin Örnekler Üzerinden Analizi. (24 Aralık 2012). Alındığı Tarih: 25 Kasım 2018. Alındığı Yer: Evrim Ağacı | Arşiv Bağlantısı
- Ç. M. Bakırcı. Bilimsel Yöntem - 3: Evrim Nedir? Evrim Teorisi 'Sadece Bir Teori' Mi? Evrim Çürütülebilir Mi?. (25 Aralık 2012). Alındığı Tarih: 25 Kasım 2018. Alındığı Yer: Evrim Ağacı | Arşiv Bağlantısı
Evrim Ağacı'na her ay sadece 1 kahve ısmarlayarak destek olmak ister misiniz?
Şu iki siteden birini kullanarak şimdi destek olabilirsiniz:
kreosus.com/evrimagaci | patreon.com/evrimagaci
Çıktı Bilgisi: Bu sayfa, Evrim Ağacı yazdırma aracı kullanılarak 12/05/2025 09:21:53 tarihinde oluşturulmuştur. Evrim Ağacı'ndaki içeriklerin tamamı, birden fazla editör tarafından, durmaksızın elden geçirilmekte, güncellenmekte ve geliştirilmektedir. Dolayısıyla bu çıktının alındığı tarihten sonra yapılan güncellemeleri görmek ve bu içeriğin en güncel halini okumak için lütfen şu adrese gidiniz: https://evrimagaci.org/s/8892
İçerik Kullanım İzinleri: Evrim Ağacı'ndaki yazılı içerikler orijinallerine hiçbir şekilde dokunulmadığı müddetçe izin alınmaksızın paylaşılabilir, kopyalanabilir, yapıştırılabilir, çoğaltılabilir, basılabilir, dağıtılabilir, yayılabilir, alıntılanabilir. Ancak bu içeriklerin hiçbiri izin alınmaksızın değiştirilemez ve değiştirilmiş halleri Evrim Ağacı'na aitmiş gibi sunulamaz. Benzer şekilde, içeriklerin hiçbiri, söz konusu içeriğin açıkça belirtilmiş yazarlarından ve Evrim Ağacı'ndan başkasına aitmiş gibi sunulamaz. Bu sayfa izin alınmaksızın düzenlenemez, Evrim Ağacı logosu, yazar/editör bilgileri ve içeriğin diğer kısımları izin alınmaksızın değiştirilemez veya kaldırılamaz.