Rostov Qəssabı-Andrey Çikatilo
1978-1990-cı illərdə azı 53 nəfəri qətlə yetirən və öldürdüyü şəxslərin cinsi orqanını yeyən SSRİ'nin məşhur manyak və serial qatili.
Andrey Çikatilo 1936-cı il 16 oktyabrda Ukrayna SSR-in Yabluçne şəhərində anadan olub.
1930-cu illərdə Stalinin başlatdığı torpaq islahatı və milliləşdirmə kimi tədbirlər nəticəsində Ukraynada böyük qıtlıq baş verdi. Ac və səfil kəndlilər çarəsizlikdən insan əti yeməyə başlamışdılar. Hannibalizm halları artırdı. Çikatilo dünyaya gəlməzdən 2 il əvvəl əmisi oğlu yaşadıqları kənddə qəflətən yoxa çıxır və bunun nəticəsində ailə, uşağın ac kəndlilər tərəfindən qaçırılıb yeyildiyi qənaətinə gəlirlər. Bütün uşağlığını bu hekayəni eşitməklə keçirən Çikatilonun sonralar törədəcəyi cinayətlərdəki hannibalizm hallarında bu əhvalatdan təsirləndiyi açıq aşkar görünür.
Çikatilo İkinci Dünya Müharibəsinin bombardmanlar, cəsədlər, yanğınlar və s. kimi bəzi təsirlərinin şahidi olur. Andrey xroniki yataq xəstəsi idi və anası onu hər dəfə döyürdü. Andreyin atası müharibəyə könüllü yazılır. Bir müddət sonra, Andreyin alman əsgəri tərəfindən zorlanaraq hamilə qalan anası kiçik bacısını dünyaya gətirir. Andreyin anasının təcavüzünə şahid olması onda yeni travma yaradır.
Məktəbdə arıq və utanğaç olduğu üçün döyülməsi isə Çikatilo üçün daha bir travma olur. İlk sevgilisiylə uğursuz cinsi əlaqəsindən sonra tərk edilən Çikatilo, yenidən travma alır.
Uşaqlıq travmalarına baxmayaraq, Andrey Çikatilo kifayət qədər normal yeniyetməlik keçirib. Məktəbi əla qiymətlərlə bitirdikdən sonra 1957-1960-cı illərdə məcburi hərbi xidmətini başa vuraraq Kommunist partiyasına daxil olur. Evə qayıdıb valideynləriylə fermada işləməyə başlayır. Bu dövrlərdə isə şəhərlərindən bir dul qadınla tanış olur və onunla münasibət saxlayır. Lakin Andreyin sahib olduğu cinsi problemə görə münasibətləri sonlanır. Dul qadın Andreyin xəstəliyini dostlarına danışır və onlardan məsləhət almaq istəyir. Dul qadının dostları Andreyin cinsi cəhətdən problemli olduğunu bütün kəndə yayır, insan içinə çıxmağdan utanan Andrey o həddə gəlirki hətta özünü asmağa cəhd belə göstərir lakin anası və qonşuları Andreyi asıldığı ilgəkdən çıxarıb xilas edə bilirlər. Bütün bu hadisələrdən sonra Çikatilo şəhərini tərk eləmə qərarı alır. Çikatilo rabitə mühəndisi kimi işləməyə başlayır və iş yerinin yaxınlığında mənzil kirayələyir.
1963-cü ildə isə bacısının tanış etdiyi Feodosiya adlı bir qadınla tanış olub evlənir. Uşaqları isə süni mayalanmayla dünyaya gəlir çünki Çikatilonun cinsi problemi var idi.
Çikatilo hətta rus ədəbiyyatıyla bağlı dərslərə qoşulurdu. Rostov Universitetində bu ixtisasda beş il tədris aldı.
Andrey Novoşaxtinskdə bir məktəbdə işə başlayır, lakin pedaqogik cəhətdən zəifliyi nəticəsində sinifdə nəzarəti saxlaya bilmir və tələbələri tərəfindən ələ salınır.
Andrey ilk cinsi təcavüzünü tələbələrindən birinə, 15 yaşlı qıza edir. Aylar sonra başqa bir tələbəyə təcavüz etdiyi zaman qızı döyür. Çikatilodan dəfələrlə şikayət edilməsinə baxmayaraq, onu işdən çıxarmaq əvəzinə başqa məktəbə təhkim edirlər.
Çikatilo ilk sənədli cinayəti olan Yelena Zakotnovaya qarşı qətlini törətdiyi Şaxtıya köçür. O, Şaxtıda aldığı daxmada Zakotnovanı zorlamağa çalışır, lakin həmişə olduğu kimi, cinsi münasibətdə uğursuz olur. Qızı qaçmağa cəhd etdiyinə görə boğub, üç dəfə bıçaqlayır. O, cəsədi yaxınlıqdakı Qruşevka çayına atır və qızın meyidi iki gün sonra yaxınlıqdakı körpünün altından tapılır.
Çoxsaylı dəlillər Çikatilonu Zakotnovanın qətli ilə əlaqələndirirdi: Çikatilonun evinin yaxınlığında qarda qan ləkələri tapılmışdı; Qonşular qeyd etmişdilər ki, Çikatilo dekabrın 22-də axşam evdə olub. Həmçinin şahidlərdən biri polisə qızın sonuncu dəfə sağ olaraq göründüyü avtobus dayanacağında söhbət etdiyi Çikatiloya çox bənzəyən adamın ətraflı təsvirini verməyinə baxmayaraq Aleksandr Kravçenko adlı 25 yaşlı fəhlə ( əvvəllər yeniyetmə qıza təcavüz və qətl törətdiyinə görə həbs cəzası çəkib) bu cinayəti törətdiyinə görə həbs edilir.
Aslında maddi destek istememizin nedeni çok basit: Çünkü Evrim Ağacı, bizim tek mesleğimiz, tek gelir kaynağımız. Birçoklarının aksine bizler, sosyal medyada gördüğünüz makale ve videolarımızı hobi olarak, mesleğimizden arta kalan zamanlarda yapmıyoruz. Dolayısıyla bu işi sürdürebilmek için gelir elde etmemiz gerekiyor.
Bunda elbette ki hiçbir sakınca yok; kimin, ne şartlar altında yayın yapmayı seçtiği büyük oranda bir tercih meselesi. Ne var ki biz, eğer ana mesleklerimizi icra edecek olursak (yani kendi mesleğimiz doğrultusunda bir iş sahibi olursak) Evrim Ağacı'na zaman ayıramayacağımızı, ayakta tutamayacağımızı biliyoruz. Çünkü az sonra detaylarını vereceğimiz üzere, Evrim Ağacı sosyal medyada denk geldiğiniz makale ve videolardan çok daha büyük, kapsamlı ve aşırı zaman alan bir bilim platformu projesi. Bu nedenle bizler, meslek olarak Evrim Ağacı'nı seçtik.
Eğer hem Evrim Ağacı'ndan hayatımızı idame ettirecek, mesleklerimizi bırakmayı en azından kısmen meşrulaştıracak ve mantıklı kılacak kadar bir gelir kaynağı elde edemezsek, mecburen Evrim Ağacı'nı bırakıp, kendi mesleklerimize döneceğiz. Ama bunu istemiyoruz ve bu nedenle didiniyoruz.
Cinayətlər:
O, adətən eyni boğma və bıçaqlama üsulundan istifadə edərək daha beş qurbanını öldürür. Andrey iyun ayında yenidən insan öldürür və iyun-sentyabr aylarında daha beş nəfəri öldürür və adət halını alan qətllər Sovet İttifaqının səlahiyyətlilərini respublikada serial qatil olduğunu etiraf etməyə məcbur edir.
Sentyabrın 6-da Sovet İttifaqının prokuroru bu günə qədər eyni qatilə aid edilən altı cinayəti rəsmi olaraq əlaqələndirir. Qətllərin oxşarlığı ilə əlaqədar olaraq, polis qətllərin ya transplantasiya üçün satmaq üçün orqan yığan bir qrup, şeytani bir kultun işi və ya ruhi xəstə tərəfindən həyata keçirildiyi fikrini irəli sürdü.
Sentyabr ayından başlayaraq bir çox şübhəli sorğuya alınmağa başladı. Bu gənclərin bir çoxu şiddətli psixolojik basğı altında qaldığları sorğu nəticəsində qətlləri boyunlarına götürürdülər. Lakin bu müddət ərzində belə qətllərin davam etməsi polisin səhv insanın izində olduğunu göstərirdi.
13 sentyabr 1984-cü ildə Çikatilo Rostov avtovağzalında gənc qadınlarla danışmağa çalışarkən iki gizli detektiv tərəfindən müşahidə edilir. O, şəhərdə dolaşarkən, qadınlara yaxınlaşmağa çalışarkən detektivlər onu anbaan izləyirdilər. Çikatilo şəhərin mərkəzi bazarına gəldikdən sonra tutuldu və saxlanıldı. Onun əşyalarına baxış zamanı 20 santimetr (7,9 düym) bıçaq, bir neçə metr uzunluğunda ip və bir banka vazelin aşkar edildi.
Çikatilodan götürülən qan nümunəsi (A qrup) 1984-cü ilin yaz-yay müddətində öldürülən 6 qurbanın üzərindən tapılan qan nümunəsi (AB qrup) üst-üstə düşmədi. Bunun nəticəsində Çikatilo həbs olunmaqdan yaxasını qutardı.
Çikatilo əvvəlki müdüründən əmlak oğurluğunda günahkar bilindi. Onun Kommunist Partiyasına üzvlüyü ləğv edildi və o, bir il müddətinə azadlıqdan məhrum edildi. 1984-cü il dekabrın 12-də son üç aylıq həbsdən sonra azad edildi.
1984-cü ilin dekabrında həbsdən çıxandan sonra Çikatilo Novocherkasskdakı lokomotiv zavodunun təchizat şöbəsində yeni iş tapdı. O, 1985-ci il avqustun 1-dək heç kimi öldürmədi, lakin 18 yaşlı Poxlistova adlı qızı qatardan düşürərək, Vostryakovo kəndi yaxınlığındakı meşəliyə salıb bağlayaraq boynuna və sinəsinə 38 bıçaq zərbəsi endirdi. Sonda isə boğaraq öldürdü.
İstintaqın aparılması üçün 15 prokuror və 29 detektivdən ibarət komanda tərtib edildi və bu komandaya prokuror İssa Kostoyev nəzarət edirdi. İnsan ovu ilə əlaqəli məlum qətllər diqqətlə yenidən araşdırıldı və polis tanınmış cinsi cinayətkarların və homoseksualların növbəti sorğu-sualına başladı. 1986-1990-cı illərdə isə Çikatilo hələ də qətl törətməyə davam edirdi.
Detektivlər Çikatilonu təqibə başladılar. Onu dəmiryol vağzalında izləyərkən Çikatilonun üzündə qan ləkələrinin və paltosundaki ot və torpaq izlərini görmələri şübhələri Çikatilonun üstünə çəkməyə başladı. Dəlil yetərsizliyindən həbs etməmələrinə baxmayaraq, Çikatilonun 2 gün ard-arda qadın və qız uşağlarına yaxınlaşmasını müşahidə edən polis əməkdaşları bu səfər onun həbsinə nail oldular.
Noyabrın 29-u keçiriləcək sorğuda iştirak etməsi üçün Burakov və Fetisovun xahişi ilə çağırılan Buxanovski şübhəlinin dindirilməsində yaxından iştirak etdi. Buxanovskinin yazdığı 65 səhifəlik psixolojik profilindən çıxarışları Çikatiloya oxumasıyla Çikatilo göz yaşlarını saxlaya bilmədi və cinayətləri törətdiyini etiraf etdi.
Çikatilo törətdiyi hər bir qətlin ətraflı təsvirini verdi və onun təsvirləriylə qətllərlə bağlı olan faktlar bir-birlərinə tam uyğun gəlirdi.
Çikatilo ifadəsində həmçinin qan və qurbanlarının iztirabının ona həzz verdiyini bildirmiş, qadınları bıçaqlayarkəndən sonra can vermələrinə şahid olmaq üçün yanlarında oturub gözlədiyini qeyd etmişdi. O həmçinin Kostayevə qurbanlarının qanını içdiyini, cinsi orqanlarını, dodaqlarını və dilini dişləyib hətta yediyini etiraf edib.
Çikatilonun öldürdüyünü etiraf etdiyi əlli altı qurbandan üçü tapılmadı və ya şəxsiyyəti müəyyən edilmədi, lakin o, 1978-1990-cı illər arasında 53 qadın və uşağı öldürməkdə ittiham edildi.
Hakim Çikatilonu mühakimə olunduğu əlli üç qətldən əlli ikisində günahkar elan etməklə hökm çıxarmağa başladı. Hər bir cinayətə görə ölüm cəzasına məhkum edildi. Çikatilo 1970-ci illərdə müəllim işlədiyi illərdə törədilən beş cinsi təcavüzdə də günahkar bilindi.
Ali Məhkəmə müraciəti rədd etdikdən sonra Çikatilo prezident Boris Yeltsinə əfv üçün son dəfə müraciət etdi. Bu son müraciət 4 yanvar 1994-cü ildə rədd edildi.
14 fevral 1994-cü ildə Çikatilo ölüm hökmündəki kameradan Novocherkassk həbsxanasındakı səs keçirməyən otağa aparıldı və sağ qulağının arxasından bir güllə ilə edam edildi. O, həbsxana qəbiristanlığında, adı açıqlanmayan qəbirdə dəfn edilib.
- 1
- 1
- 1
- 1
- 1
- 1
- 1
- 0
- 0
- 0
- 0
- 0
Evrim Ağacı'na her ay sadece 1 kahve ısmarlayarak destek olmak ister misiniz?
Şu iki siteden birini kullanarak şimdi destek olabilirsiniz:
kreosus.com/evrimagaci | patreon.com/evrimagaci
Çıktı Bilgisi: Bu sayfa, Evrim Ağacı yazdırma aracı kullanılarak 22/01/2025 08:11:10 tarihinde oluşturulmuştur. Evrim Ağacı'ndaki içeriklerin tamamı, birden fazla editör tarafından, durmaksızın elden geçirilmekte, güncellenmekte ve geliştirilmektedir. Dolayısıyla bu çıktının alındığı tarihten sonra yapılan güncellemeleri görmek ve bu içeriğin en güncel halini okumak için lütfen şu adrese gidiniz: https://evrimagaci.org/s/15902
İçerik Kullanım İzinleri: Evrim Ağacı'ndaki yazılı içerikler orijinallerine hiçbir şekilde dokunulmadığı müddetçe izin alınmaksızın paylaşılabilir, kopyalanabilir, yapıştırılabilir, çoğaltılabilir, basılabilir, dağıtılabilir, yayılabilir, alıntılanabilir. Ancak bu içeriklerin hiçbiri izin alınmaksızın değiştirilemez ve değiştirilmiş halleri Evrim Ağacı'na aitmiş gibi sunulamaz. Benzer şekilde, içeriklerin hiçbiri, söz konusu içeriğin açıkça belirtilmiş yazarlarından ve Evrim Ağacı'ndan başkasına aitmiş gibi sunulamaz. Bu sayfa izin alınmaksızın düzenlenemez, Evrim Ağacı logosu, yazar/editör bilgileri ve içeriğin diğer kısımları izin alınmaksızın değiştirilemez veya kaldırılamaz.