Gecə İfritələri
İkinci dünya mübaribəsində alman əsgərlərinin kabusuna çevrilən qadın birliyi

- Blog Yazısı
Rus cəhbəsində döyüşən alman əsgərindən gecənin qaranlığında eşidə biləcəyi ən dəhşətli səsin hansı olduğunu soruşsaydız sizə bircə cavab verərdi- süpürgənin səsi. Elə almanların 588-ci bombardımançı aviasiya alayını "Gecə İfritələri" adlandırmalarının səbəbi də bu idi. Qadın pilotların idarə etdiyi taxta təyyarələrin süpürgə səsinə bənzər uğultusu gecə ifritələrinin gəldiyindən xəbərdar olmağın tək yolu idi. Təyyarələr kiçik ölçülərinə görə radarda görünmürdü və radioya sahib olmadıqları üçün də radio lokatarlarının onları müəyyən edə bilməsi mümkünsüz idi. Nasistlər ifritələrdən o qədər qorxur və nifrət edirdilərki, onları vuran hər hansı alman hərbiçi "Dəmir Xaç" ordeninə layiq görülürdü. Şayiələrə görə, Gecə İfritələrinin getdikcə artan hücumları səbəbindən almanlar gecələr siqaretlərini belə yandırmağa çəkinirdilər.

Gecə İfritələri kimlər idi? Onlar Marina Raskovanın başçılığı ilə qurulan 3 Aviasiya Alayından biri olan 588-ci Gecə Bombardmançı Aviasiya Alayının hərbi pilotları idi. Həmçinin 20-ci əsrdə düşmənlə birbaşa döyüşə girən ilk qadın hərbi pilotlar da onlar idi. 588-ci alayda yeganə qadınlar pilotlar deyildi. 588-ci dəstənin bütün üzvləri, o cümlədən naviqatorlar, ekipajlar, texnik, mexanik və ümumilikdə bütün köməkçi heyətin hamısı qadınlardan ibarət idi.
Sovet İttifaqında uçuş 1930-cu illərdə məşhur idi və minlərlə qadın uçuş klublarına üzv olmuşdu. 1941-ci il Alman işğalı dönəmində rus qadın döyüşçüləri orduda ön cəbhədə iştirak edə bilməklərinə baxmayaraq, Sovet Hərbi Hava Qüvvələrinə buraxılmırdılar. Marina Raskova bu qadağaya etiraz edən qadınlardan çoxlu məktublar aldı. Axı qadınlara yerdə kişilərlə yanaşı döyüşmək icazəsi verilirdisə, niyə də havada da olmasın?

İosif Stalin Raskovanın pərəstişkarlarından biri idi. Raskova ona məktubları göstərdi və Sovet Hərbi Hava Qüvvələrinin qadınları döyüş pilotu kimi qəbul etməsini xahiş etdi. Onun bu xahişi Raskovanın qadınlara təlim keçməsi şərtiylə qəbul olunur. Xahişin qəbul olunması xəbərindən sonra Raskovaya məktub göndərən qadınlar ölkənin dörd bir tərəfindən könüllü olaraq orduya yazıldılar. Bəziləri kişi pilotlarla birlikdə döyüşmək üçün alaylara cəlb olundu.

Stalin həmçinin üç tamamən qadınlardan ibarət döyüşcü qrupunun yaradılmasına icazə verdi:
586-cı Qırıcı Aviasiya Alayı
587-ci Bombardmançı aviasiya alayı
588-ci Gecə Bombardmançı Aviasiya Alayı
Minlərlə orduya yazılan qadınlardan hər alay üçün təxminən 400 nəfər qəbul edildi. Onların əksəriyyəti yeniyetmə yaşlarının sonlarında, iyirmilərin ortalarında olan universitet tələbələri idi. Yəni təxminən 17-26 yaşları var idi. Onlar təkcə uçmağı deyil, həm də təyyarəni idarə etməyi və ona texniki qulluq etməyi öyrənərək intensiv təlim alırdılar ki bu təlimlər, adətən bir neçə il çəkirdi.

Sovet Hərbi Hava Qüvvələrində o vaxta qədər qadın olmadığı üçün qadınlara yaşlı kişi forması verilirdi. Paltarlar çox vaxt onlara böyük və çox bol olurdu. Çəkmələr isə bəzən o qədər böyük olurdu ki, qadınlar öz çarpayılarını cırıb çəkmələrinə doldururdular ki, daha rahat geyinə bilsinlər. Bəziləri də kişi kimi görünmək üçün saçlarını qısa kəsdirirdilər, lakin döyüşə qadın ruhunu qatmağ üçün təyyarələrini çiçəklərlə bəzəyir ya da bəzən dodaqlarını rəngləmək üçün naviqasiya qələmlərindən istifadə edirdilər. Orduda qadınlarla kişi həmkarları kimi rəftar edilirdi, tək fərq qadınlara daha çox sabun verilməsi idi.

Təlim bitdikdən sonra ən bacarıqlı hesab edilən pilotlar 586-cı Qırıcı Aviasiya Alayına; onlara nisbətən daha az bacarıqlı olanlar 587-ci Bombardmançı Aviasiya Alayına və ən az bacarıqlılar isə 588-ci Gecə Bombardmançı Aviasiya Alayına təyin olundular. Ancaq taleyin bənzərsiz bir dönüşü ilə "ən az bacarıqlılar" ən qorxulu və ən məşhur olanlara çevrildilər.
Evrim Ağacı'nın çalışmalarına Kreosus, Patreon veya YouTube üzerinden maddi destekte bulunarak hem Türkiye'de bilim anlatıcılığının gelişmesine katkı sağlayabilirsiniz, hem de site ve uygulamamızı reklamsız olarak deneyimleyebilirsiniz. Reklamsız deneyim, sitemizin/uygulamamızın çeşitli kısımlarda gösterilen Google reklamlarını ve destek çağrılarını görmediğiniz, %100 reklamsız ve çok daha temiz bir site deneyimi sunmaktadır.
KreosusKreosus'ta her 10₺'lik destek, 1 aylık reklamsız deneyime karşılık geliyor. Bu sayede, tek seferlik destekçilerimiz de, aylık destekçilerimiz de toplam destekleriyle doğru orantılı bir süre boyunca reklamsız deneyim elde edebiliyorlar.
Kreosus destekçilerimizin reklamsız deneyimi, destek olmaya başladıkları anda devreye girmektedir ve ek bir işleme gerek yoktur.
PatreonPatreon destekçilerimiz, destek miktarından bağımsız olarak, Evrim Ağacı'na destek oldukları süre boyunca reklamsız deneyime erişmeyi sürdürebiliyorlar.
Patreon destekçilerimizin Patreon ile ilişkili e-posta hesapları, Evrim Ağacı'ndaki üyelik e-postaları ile birebir aynı olmalıdır. Patreon destekçilerimizin reklamsız deneyiminin devreye girmesi 24 saat alabilmektedir.
YouTubeYouTube destekçilerimizin hepsi otomatik olarak reklamsız deneyime şimdilik erişemiyorlar ve şu anda, YouTube üzerinden her destek seviyesine reklamsız deneyim ayrıcalığını sunamamaktayız. YouTube Destek Sistemi üzerinde sunulan farklı seviyelerin açıklamalarını okuyarak, hangi ayrıcalıklara erişebileceğinizi öğrenebilirsiniz.
Eğer seçtiğiniz seviye reklamsız deneyim ayrıcalığı sunuyorsa, destek olduktan sonra YouTube tarafından gösterilecek olan bağlantıdaki formu doldurarak reklamsız deneyime erişebilirsiniz. YouTube destekçilerimizin reklamsız deneyiminin devreye girmesi, formu doldurduktan sonra 24-72 saat alabilmektedir.
Diğer PlatformlarBu 3 platform haricinde destek olan destekçilerimize ne yazık ki reklamsız deneyim ayrıcalığını sunamamaktayız. Destekleriniz sayesinde sistemlerimizi geliştirmeyi sürdürüyoruz ve umuyoruz bu ayrıcalıkları zamanla genişletebileceğiz.
Giriş yapmayı unutmayın!Reklamsız deneyim için, maddi desteğiniz ile ilişkilendirilmiş olan Evrim Ağacı hesabınıza üye girişi yapmanız gerekmektedir. Giriş yapmadığınız takdirde reklamları görmeye devam edeceksinizdir.
Təəssüf ki, dövrə vurmaq üçün kifayət qədər müasir təyyarələr yox idi. Beləliklə, 588-lərə köhnəlmiş Polikarpov Po-2 biplanları verildi, bu təyyarələr əvvəl əkin tozlayıcıları və təlim təyyarələri kimi istifadə olunurdu. Pilot qabaqda, naviqator, o da bombardmançı idi, arxada otururdu. Bəzi Gecə İfritələri cılız Po-2-ni “qanadlı tabuta” bənzədirdi, çünki təyyarə kətanla örtülmüş fanerdən hazırlanmışdı. Təyyarəyə tracer(izləyici) güllə dəysə, o, asanlıqla alovlana bilərdi. Təyyarənin maksimal sürəti saatda 144 km idi və o, hər qanadının altında bir ədəd olmaqla cəmi yalnız iki bomba daşıya bilirdi. Bombaların və ekipajın çəkisi təyyarəni alçaqdan uçmağa məcbur edirdi ki, bu da onun düşmən tərəfindən asanlıqla görünməsinə imkan yaradırdı. Həmin qüsurlara görə təyyarələr yalnız gecələr, zülmətin hökm sürdüyü vaxtlarda uça bilirdilər.

Gecə İfritələri yerə çox yaxın uçduqlarından və paraşütün verdiyi əlavə çəkiyə görə paraşüt daşımırdılar. Onlar müasir texnika ilə də təchiz olunmamışdılar, məqsədlərinə çatmağ üçün sadəcə xəritələrə, kompaslara, saniyəölçənlərə, karandaşlara və fənərlərə etibar edə bilərdilər. Kokpitin (pilot kabinəsi) üstü açıq olduğundan pilot və naviqator yağışlı, şaxtalı və küləkli havalara tez-tez məruz qalırdılar. Həddindən artıq soyuq havalarda isə donma hallarına rast gəlinirdi. Çılpaq əllərini füzelyaja (təyyarənin gövdəsi) qoyub çəkdikləri halda ətləri soyula bilərdi. Gecə cadugərləri qəzaya uğradıqları təqdirdə isə istifadə etmək üçün tapança da daşıyırdılar, lakin sağ tutulmamaq üçün son gülləni özləri üçün saxlayırdılar.
Bununla belə, Po-2-nin bəzi üstünlükləri var idi. Yüngül çəkiyə sahib olmağı onu alman təyyarələrindən daha yaxşı manevr etmək bacarığı verirdi və bu da onları vurmağı çətinləşdirirdi. Taxta və kətandan hazırlanan təyyarə alman radarlarında və ya infraqırmızı göstəricilərdə görünmürdü. Po-2-nin ən yüksək sürəti Alman qırıcı təyyarələrinin eniş sürətindən daha yavaş idi və bu, havadan hərəkətə keçməyi çətinləşdirirdi. Biplanlar həmçinin demək olar ki, istənilən yerə qalxıb enə bilirdilər. Bu xüsusiyyət çox vacib idi, çünki 588-lər düşmən xəttinə çox yaxın hərəkət etməli, gündüzlər daim hərəkətdə olmalı idi ki, qadınlar gecələr döyüşə bilsinlər. Döyüş cədvəlinə görə qadınlar gündüzlər yatır, gecələr isə uçurdular. Aydındır ki, onlar çox yata bilməzdilər amma onların gecə bombardmanlarının almanlara saldığı vahimə alman bölmələrini də yatmağa qoymurdu. Gecə İfritələrinin basqınları almanlara ağır psixoloji təsir göstərirdi.
Təyyarələri yalnız iki bomba daşıya bildiyinə görə, Gecə İfritələri bir gecədə 8-18 arası basqın həyata keçirirdilər. İki bombanı atıb, bazalarına qayıdıb yanacaq doldurub daha iki bomba götürərək, yeni basqına başlayırdılar. Hər basqın 30 ilə 50 dəqiqə arasında davam edirdi. Bəzən Gecə İfritələri deşik deşik edilmiş təyyarələrlə geri qayıdırdılar. Bir dəfə ən məşhur Gecə İfritələrindən biri olan Nadejda Popova təyyarəsində, həmçinin dəbilqəsi və xəritəsində 42 güllə deşiyi ilə basqından qayıdıb. Başqa bir pilot düşmən atəşi nəticəsində təyyarə gövdəsinin arxasını itirərək bazaya qayıdıb.

Almanlar qadınlara "Nachthexen" - Gecə İfritələri - ləqəbini alçaltmaq niyyəti ilə qoysalar da bu termin qadın pilotların qürurla qəbul etdiyi bir ifadəyə çevrilmişdi. 1942-ci ilin iyunundan 1945-ci ilin oktyabrına qədər alay təxminən 23.672 basqın həyata keçirib, 3.000 tondan çox bomba və 26.000 yandırıcı mərmi atıblar. Onlar 17 çay keçidini, 9 dəmir yolunu, 2 dəmiryol stansiyasını, 26 anbarı, 12 yanacaq anbarını, 176 zirehli avtomobili, 86 atəş mövqeyini zədələyib ya da məhv ediblər. Bundan əlavə, onlar sovet qoşunlarına ərzaq və sursat da göndəriblər.

Ancaq Gecə İfritələri üçün həyat başqa bir səbəbdən çətin idi: onlar tez-tez kişi pilotların ayrı-seçkiliyi ilə üzləşirdilər. Kişilər onları həmkarı olaraq görmür və demək olarki, hörmət etmirdilər. Gecə İfritələri digər alaylardan fərqli olaraq Alman qırıcı təyyarələrindən qorunmaq üçün radio və pulemyot kimi avadanlıqlarla təmin olunmamışdı. Lakin bu ayrı-seçkiliklər onların uğur qazanmaq əzmini gücləndirdi. Nəhayət, yüksək performanslarına və müharibədə göstərdikləri böyük səylərin nəticəsində bir çox kişi həmkarlarından daha çox hörmətə layiq görüldülər.
Polkovnik Raskova da daxil olmaqla otuz iki Gecə Cadugəri xidmət zamanı həyatını itirdi. Səksən doqquz sovet qadını İkinci Dünya Müharibəsində öz ölkələrinin ən yüksək mükafatına yəni- Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşsə də onlardan iyirmi ikisi Gecə İfritələrindən idi. Müharibədən sonra Sovet İttifaqı böyük bir qələbə paradı keçirdi, lakin Gecə İfritələri orada iştirak edə bilmədilər - çünki onların təyyarələri çox yavaş uçurdu.

İkinci Dünya Müharibəsindən sonra sovet qadınları yenidən döyüş meydanlarından uzaqlaşdırıldı və nəticədə almanların qorxulu yuxusuna çevrilmiş Gecə İfritələri yaddaşlardan silindi.
- 2
- 1
- 1
- 1
- 1
- 0
- 0
- 0
- 0
- 0
- 0
- 0
Evrim Ağacı'na her ay sadece 1 kahve ısmarlayarak destek olmak ister misiniz?
Şu iki siteden birini kullanarak şimdi destek olabilirsiniz:
kreosus.com/evrimagaci | patreon.com/evrimagaci
Çıktı Bilgisi: Bu sayfa, Evrim Ağacı yazdırma aracı kullanılarak 01/03/2025 08:39:32 tarihinde oluşturulmuştur. Evrim Ağacı'ndaki içeriklerin tamamı, birden fazla editör tarafından, durmaksızın elden geçirilmekte, güncellenmekte ve geliştirilmektedir. Dolayısıyla bu çıktının alındığı tarihten sonra yapılan güncellemeleri görmek ve bu içeriğin en güncel halini okumak için lütfen şu adrese gidiniz: https://evrimagaci.org/s/15189
İçerik Kullanım İzinleri: Evrim Ağacı'ndaki yazılı içerikler orijinallerine hiçbir şekilde dokunulmadığı müddetçe izin alınmaksızın paylaşılabilir, kopyalanabilir, yapıştırılabilir, çoğaltılabilir, basılabilir, dağıtılabilir, yayılabilir, alıntılanabilir. Ancak bu içeriklerin hiçbiri izin alınmaksızın değiştirilemez ve değiştirilmiş halleri Evrim Ağacı'na aitmiş gibi sunulamaz. Benzer şekilde, içeriklerin hiçbiri, söz konusu içeriğin açıkça belirtilmiş yazarlarından ve Evrim Ağacı'ndan başkasına aitmiş gibi sunulamaz. Bu sayfa izin alınmaksızın düzenlenemez, Evrim Ağacı logosu, yazar/editör bilgileri ve içeriğin diğer kısımları izin alınmaksızın değiştirilemez veya kaldırılamaz.