Keşfedin, Öğrenin ve Paylaşın
Evrim Ağacı'nda Aradığın Her Şeye Ulaşabilirsin!
Paylaşım Yap
Tüm Reklamları Kapat

Fahişədən İkiqat Agentə

Qadın agent Marthe Richer və onun inanılmaz həyatı

7 dakika
43
Fahişədən İkiqat Agentə
  • Blog Yazısı
Blog Yazısı
Tüm Reklamları Kapat

1889-cu ildə Fransanın şimal-şərqində kasıb bir fransız ailəsində anadan olan Marthe Betenfeld 14 yaşında dərzidə şəyirdlik etməyə başlayır. Lakin o, tezliklə başa düşür ki, bu sahədə pul qazana bilməyəcək.

Marthe gənc yaşında fahişə həyatına üz tutur, əsgərlərin həmişə partner axtardığı küçələrdə gəzir. Sonralar cinsi mübasibətdə olduğu bir əsgərdən ona sifilis(dəri zöhrəvi xəstəlik) yoluxur. 1905-ci ildə ona zöhrəvi xəstəliyi olan seks işçisi olduğunu göstərən xüsusi kart verilir. Marthe yaşadığı bu iyrənc həyatdan bezir və daha yaxşı həyat üçün təyinat yeri kimi Parisi seçir. Qısa müddətdə öz xeyrinə evliliklər həyata keçirir, təyyarələr uçurur, həm I, həm də II Dünya Müharibəsi zamanı casuslar sırasına qoşulur. Onun sərgüzəştləri haqqında hekayələr qeyri-real görünsə də onun başına gələnlər yalan deyil. Qeyri-adi həyat yaşayan Marthe 1982-ci ildə vəfat edərkən, Avropa tarixində öz izini qoya bilmişdi.

Marthe ağıllı qadın, savadlı tələbə idi. Fransız dilindən başqa ingilis, ispan və alman dillərində təmiz danışa bilirdi. Macəra həvəskarı Marthe o dövrün qadınlarında görülməyən bir xüsusiyyətə də malik idi. Bacarıqlı aviator idi.

Tüm Reklamları Kapat

Marthenin həyatı tamamən müharibələrdən və saysız-hesabsız eşq həyatından ibarət idi. O, öz həyatının qəhramanı olmuşdu, nə olursa olsun, özünü batağlığın içindən çıxarıb nüfuza yüksəldə bilmişdi.

Gənc Marthe 1906-cı ildə Parisə köçdü və qısa müddətdə Henry Richer adlı varlı bir adamla tanış oldu. Marthenin macəra həvəskarı olduğunu görən Henry ona uçmağı öyrətdi. 1913-cü ildə Marthe pilotluq vəsiqəsini aldı.

Marthe macəra axtaran gənc olmaqla yanaşı həm də yalançı idi. Təyyarəsini Burgundiyaya uğurla uçdurduqdan sonra o, təyyarəsini gizli şəkildə Zürich kənarı kəndə gedən qatara mindirdi ki, şəhərə uça bilsin və dünyada belə bir səfər edən ilk qadın olduğunu iddia edə bilsin.

Elədiyinin saxtakarlıq olmasına baxmayaraq, rekordu qeydə alındı və o, 1914-cü ildə L'Union Patriotique des Aviatrices Françaises və ya Fransız Qadın Aviatorların Vətənpərvər İttifaqını qurdu.

Tüm Reklamları Kapat

Marthe 1914-cü ildə hərbi pilot Henry Richer ilə evləndi. Birinci dünya mübaribəsi başlayan kimi döyüşə cəlb olunan əri Henry Richerin 1916-cı ildə öldürülməsindən sonra təsəllini sevgilisi Zozo ləqəbli rusda tapdı. Təxminən bu ərəfələrdə Marthe Zozo sayəsində Fransız əks-kəşfiyyatının rəhbəri və məşhur Mata Harini işə götürən kapitan Georges Ladoux ilə tanış olur. Marthenin dil sahəsindəki bacarığlarından heyrətə gələn kapitan onu fransız əks-kəşfiyyatında agent kimi işləməyi təklif edir. Marthe bu dəvəti qəbul edir və ilk missiyası üçün İspaniyaya yollanır. Marthe İspaniyada olarkən alman elitasıyla yaxından tanış olur və onların arasında məşhur bir simaya çevrilir.

Qısa müddətdə ona alman əks kəşfiyyatından da təklif gəlir. Təklifə görə Marthe Abverə(alman casusluq təşkilatı) qatılmalı, Fransaya qayıtmalı və orda almanlar üçün casusluq etməlidir. Marthe bu təklifi müddətinin Fransız Abveri tərəfindən uzadılacağı halda qəbul edəcəyini bildirir. Onu agent kimi işə götürməyə həvəsli olan almanlar, təkliflə razılaşır.

1916-cı ildə Marthe Fransaya yollanır. Həm alman dəniz attaşesi və fransız Abverin başçısı olan baron Hans Kron üçün casusluğa başlayır. Hans Kron Marthe'ni gördüyü andan etibarən aşiq olur və Marthe onun məşuqəsinə çevrilir. Bundan sonra Hans Kron Martheni alman Abveri üçün işə götürür və bununla da Marthe ikiqat agentə çevrilir.

Marthe I Dünya Müharibəsi zamanı özünü alman kapitanı Kronun casusu işləyirmiş kimi göstərmişdi. Bu dövrə aid ən marağlı hekayələrdən biri onun 1917-ci ildə səkkiz termos buğdabiti ilə Argentinaya göndərilməsi idi. Güman ki, Marthe onlardan Müttəfiq qüvvələrə göndərilən gəmi anbarında buğdanı yararsız hala gətirmik üçün istifadə etməli idi. Amma Marthe bütün bitləri suda boğmuşdu.

Evrim Ağacı'ndan Mesaj

Evrim Ağacı'nın çalışmalarına Kreosus, Patreon veya YouTube üzerinden maddi destekte bulunarak hem Türkiye'de bilim anlatıcılığının gelişmesine katkı sağlayabilirsiniz, hem de site ve uygulamamızı reklamsız olarak deneyimleyebilirsiniz. Reklamsız deneyim, sitemizin/uygulamamızın çeşitli kısımlarda gösterilen Google reklamlarını ve destek çağrılarını görmediğiniz, %100 reklamsız ve çok daha temiz bir site deneyimi sunmaktadır.

Kreosus

Kreosus'ta her 10₺'lik destek, 1 aylık reklamsız deneyime karşılık geliyor. Bu sayede, tek seferlik destekçilerimiz de, aylık destekçilerimiz de toplam destekleriyle doğru orantılı bir süre boyunca reklamsız deneyim elde edebiliyorlar.

Kreosus destekçilerimizin reklamsız deneyimi, destek olmaya başladıkları anda devreye girmektedir ve ek bir işleme gerek yoktur.

Patreon

Patreon destekçilerimiz, destek miktarından bağımsız olarak, Evrim Ağacı'na destek oldukları süre boyunca reklamsız deneyime erişmeyi sürdürebiliyorlar.

Patreon destekçilerimizin Patreon ile ilişkili e-posta hesapları, Evrim Ağacı'ndaki üyelik e-postaları ile birebir aynı olmalıdır. Patreon destekçilerimizin reklamsız deneyiminin devreye girmesi 24 saat alabilmektedir.

YouTube

YouTube destekçilerimizin hepsi otomatik olarak reklamsız deneyime şimdilik erişemiyorlar ve şu anda, YouTube üzerinden her destek seviyesine reklamsız deneyim ayrıcalığını sunamamaktayız. YouTube Destek Sistemi üzerinde sunulan farklı seviyelerin açıklamalarını okuyarak, hangi ayrıcalıklara erişebileceğinizi öğrenebilirsiniz.

Eğer seçtiğiniz seviye reklamsız deneyim ayrıcalığı sunuyorsa, destek olduktan sonra YouTube tarafından gösterilecek olan bağlantıdaki formu doldurarak reklamsız deneyime erişebilirsiniz. YouTube destekçilerimizin reklamsız deneyiminin devreye girmesi, formu doldurduktan sonra 24-72 saat alabilmektedir.

Diğer Platformlar

Bu 3 platform haricinde destek olan destekçilerimize ne yazık ki reklamsız deneyim ayrıcalığını sunamamaktayız. Destekleriniz sayesinde sistemlerimizi geliştirmeyi sürdürüyoruz ve umuyoruz bu ayrıcalıkları zamanla genişletebileceğiz.

Giriş yapmayı unutmayın!

Reklamsız deneyim için, maddi desteğiniz ile ilişkilendirilmiş olan Evrim Ağacı hesabınıza yapmanız gerekmektedir. Giriş yapmadığınız takdirde reklamları görmeye devam edeceksinizdir.

Kron Martheni Parisə silah istehsalı ilə bağlı məlumat toplamaq üçün də göndərmişdi. Ona buğda dənəsi ölçüsündə xüsusi görünməz mürəkkəb verdi. Kronun verdiyi mürəkkəbi istifadə etmək üçün ilk olaraq onu suda həll etmək lazım idi.

Görünməz mürəkkəblə Parisə göndərildikdən sonra Marthe Fransa əks-kəşfiyyatının icazəsi ilə saxta sənədləri götürüb Krona qayıtdı. Kapitanın ona olan inamı daha da möhkəmləndi və bu yaxınlarda mühərrikində nasazlıq yaranmış bir alman sualtı qayığını yoxlamaq üçün gedərkən Martheni də özüylə apardı.

Kronun verdiyi görünməz mürəkkəbdən istifadə edərək, Marthe sualtı qayığın ətraflı təsvirini çəkdi və sonra onu Fransadakı həmkarlarına çatdırdı. Onun kod adı fransızca "Alouette" yəni Torağay idi.

Marthe əl altından Ladouxa məlumatları ötürməyə davam edirdi. Kronun Mata Hariylə eyni oteldə əlaqə yaratmağını bəhanə edən Marthe onu ayrılmağla hədəliyir, lakin sevgi dolu attaşesi buna imkan vermir və nəticədə Marthe daha məxfi məlumatları əldə edə bilir. Marthe fransızlara alman sualtı qayıqlarının İspaniya sahillərində yanacaq doldurma məntəqələri və alman agentlərinin Pirineyi keçmək üçün istifadə etdikləri yollar haqqında mühüm məlumatlar göndərir.

Marthenin casusluğunun tək bir qızıl qaydası var idi, nə olur olsun hədəfinə aşiq olma. Marthe bunu bacara bilmədi, Kronu həqiqətən sevdiyini anlamışdı, bununla belə 1918-ci ilə qədər Fransaya casusluq etməyə davam etmişdi. Bir neçə ölkəyə missiyalara göndərilən Marthe, aldatmacalardan və məruz qaldığı təzyiqlərdən təngə gəldi və müharibənin bitməsi ilə casusluqdan imtina etdi. Vətəninə qayıtmazdan əvvəl Krona ikiqat agent olduğunu və Fransaya işlədiyini etiraf etdi. Kronun bununla bağlı edə biləcəyi heç nə yox idi, çünki müharibə artıq bitmişdi. Lakin Marthe alman attaşesi ilə uzun müddət davam edən münasibətinə görə Fransa hökuməti tərəfindən ümumiyyətlə nəzərə alınmadı. Nəhayət, onun xidmətləri qiymətləndirildi və 1933-cü ildə Fəxri Legion medalı ilə təltif edildi.

Birinci dünya müharibəsindən sonra Martheni işə götürən kapitan Ladoux bu neçə il ərzində yaratdığı bütün casuslar haqqında kitab yazır. Və yazdığı bu kitabın ikinci cildində Martheyə xüsusi yer ayırır. Marthenin ərinin soyadını yəni Richeri götürmüş olmasına baxmayaraq, Ladoux onu kitabında Marthe Richard olaraq adlandırır və bu səbəbdən də Marthe artıq Richard adıyla tanınmağa başlayır.

Tüm Reklamları Kapat

İkinci Dünya Müharibəsi zamanı da Fransa tərəfdən iştirak edən Martheyə müharibədən sonra siyasi vəzifəyə namizədliyini irəli sürmək təklif olundu. Nəticədə "iki müharibənin qəhrəmanı" Marthe Richer bələdiyyə şurasına seçildi. Qəribədir ki, keçmiş fahişə olan Marthe indi fahişəxanaları bağlatmaq üçün çalışırdı. Nəhayət onun təklifi qəbul edildi və 1946-cı ildə Fransada fahişəxanalar bağlandı.

Fransada fahişəxanaların qadağan olunması üçün atdığı kəskin addımlar şüphə çəkirdi və Marthe Richer təxminən 1948-ci ildə ciddi istintaqa məruz qaldı. O, 1926-cı ildə Britaniyalı Tomas Kromptonla evlənmişdi və Krompton vəfat etsə də, Marthe, Britaniya vətəndaşı olaraq qalmışdı. Bu da onun seçilməsini qanunsuz etdi - beləliklə, onun qərarları etibarsız hesab olundu.

Marthenin rəqibləri onun mütəşəkkil cinayətkarlıqla məşğul olduğunu, qaçaqmalçılıq yolu ilə qızıl-zinət əşyaları apardığını və cinayətləri ört-basdır etdiyini bildirərək onun reputasiyasını pisləyirdilər. Bu ittihamların yalan olduğu aşkar edilsə də, Marthenin cəmiyyətdəki rolu barəsində böyük gərginlik və şübhə yaratmışdı.

Tüm Reklamları Kapat

Həblərə, abortlara, immiqrantlara və ümumiyyətlə cinsi münasibətə qarşı mövqe tutan Marthe Richer tezliklə gülüş obyektinə çevrildi və siyasətdə ziddiyyətli bir şəxs oldu. Fransa vətəndaşlığını heç vaxt bərpa edə bilməyən Marthe, 1982-ci ildə 93 yaşında vəfat etdi.

Okundu Olarak İşaretle
9
0
  • Paylaş
  • Alıntıla
  • Alıntıları Göster
Paylaş
Sonra Oku
Notlarım
Yazdır / PDF Olarak Kaydet
Raporla
Mantık Hatası Bildir
Yukarı Zıpla
Bu İçerik Size Ne Hissettirdi?
  • Muhteşem! 1
  • Tebrikler! 1
  • Mmm... Çok sapyoseksüel! 1
  • İnanılmaz 1
  • Bilim Budur! 0
  • Güldürdü 0
  • Umut Verici! 0
  • Merak Uyandırıcı! 0
  • Üzücü! 0
  • Grrr... *@$# 0
  • İğrenç! 0
  • Korkutucu! 0
Tüm Reklamları Kapat

Evrim Ağacı'na her ay sadece 1 kahve ısmarlayarak destek olmak ister misiniz?

Şu iki siteden birini kullanarak şimdi destek olabilirsiniz:

kreosus.com/evrimagaci | patreon.com/evrimagaci

Çıktı Bilgisi: Bu sayfa, Evrim Ağacı yazdırma aracı kullanılarak 22/01/2025 08:14:12 tarihinde oluşturulmuştur. Evrim Ağacı'ndaki içeriklerin tamamı, birden fazla editör tarafından, durmaksızın elden geçirilmekte, güncellenmekte ve geliştirilmektedir. Dolayısıyla bu çıktının alındığı tarihten sonra yapılan güncellemeleri görmek ve bu içeriğin en güncel halini okumak için lütfen şu adrese gidiniz: https://evrimagaci.org/s/15195

İçerik Kullanım İzinleri: Evrim Ağacı'ndaki yazılı içerikler orijinallerine hiçbir şekilde dokunulmadığı müddetçe izin alınmaksızın paylaşılabilir, kopyalanabilir, yapıştırılabilir, çoğaltılabilir, basılabilir, dağıtılabilir, yayılabilir, alıntılanabilir. Ancak bu içeriklerin hiçbiri izin alınmaksızın değiştirilemez ve değiştirilmiş halleri Evrim Ağacı'na aitmiş gibi sunulamaz. Benzer şekilde, içeriklerin hiçbiri, söz konusu içeriğin açıkça belirtilmiş yazarlarından ve Evrim Ağacı'ndan başkasına aitmiş gibi sunulamaz. Bu sayfa izin alınmaksızın düzenlenemez, Evrim Ağacı logosu, yazar/editör bilgileri ve içeriğin diğer kısımları izin alınmaksızın değiştirilemez veya kaldırılamaz.

Keşfet
Akış
İçerikler
Gündem
Jinekoloji
Rna
Ses Kaydı
Yapay Zeka
Yağ
Beslenme
Gelişim
Şehir
Uydu
Kanser
Böcek Bilimi
Tardigrad
Gezegen
Akademik
Savaş
Uzay
Eşeyli Üreme
Buz
Eşey
Bağışıklık Sistemi
Çiftleşme
Periyodik Cetvel
Evrim Ağacı
Komplo
Makina Mühendisliği
Aklımdan Geçen
Komünite Seç
Aklımdan Geçen
Fark Ettim ki...
Bugün Öğrendim ki...
İşe Yarar İpucu
Bilim Haberleri
Hikaye Fikri
Video Konu Önerisi
Başlık
Bugün Türkiye'de bilime ve bilim okuryazarlığına neler katacaksın?
Gündem
Bağlantı
Ekle
Soru Sor
Stiller
Kurallar
Komünite Kuralları
Bu komünite, aklınızdan geçen düşünceleri Evrim Ağacı ailesiyle paylaşabilmeniz içindir. Yapacağınız paylaşımlar Evrim Ağacı'nın kurallarına tabidir. Ayrıca bu komünitenin ek kurallarına da uymanız gerekmektedir.
1
Bilim kimliğinizi önceleyin.
Evrim Ağacı bir bilim platformudur. Dolayısıyla aklınızdan geçen her şeyden ziyade, bilim veya yaşamla ilgili olabilecek düşüncelerinizle ilgileniyoruz.
2
Propaganda ve baskı amaçlı kullanmayın.
Herkesin aklından her şey geçebilir; fakat bu platformun amacı, insanların belli ideolojiler için propaganda yapmaları veya başkaları üzerinde baskı kurma amacıyla geliştirilmemiştir. Paylaştığınız fikirlerin değer kattığından emin olun.
3
Gerilim yaratmayın.
Gerilim, tersleme, tahrik, taciz, alay, dedikodu, trollük, vurdumduymazlık, duyarsızlık, ırkçılık, bağnazlık, nefret söylemi, azınlıklara saldırı, fanatizm, holiganlık, sloganlar yasaktır.
4
Değer katın; hassas konulardan ve öznel yoruma açık alanlardan uzak durun.
Bu komünitenin amacı okurlara hayatla ilgili keyifli farkındalıklar yaşatabilmektir. Din, politika, spor, aktüel konular gibi anlık tepkilere neden olabilecek konulardaki tespitlerden kaçının. Ayrıca aklınızdan geçenlerin Türkiye’deki bilim komünitesine değer katması beklenmektedir.
5
Cevap hakkı doğurmayın.
Aklınızdan geçenlerin bu platformda bulunmuyor olabilecek kişilere cevap hakkı doğurmadığından emin olun.
Sosyal
Yeniler
Daha Fazla İçerik Göster
Popüler Yazılar
30 gün
90 gün
1 yıl
Evrim Ağacı'na Destek Ol

Evrim Ağacı'nın %100 okur destekli bir bilim platformu olduğunu biliyor muydunuz? Evrim Ağacı'nın maddi destekçileri arasına katılarak Türkiye'de bilimin yayılmasına güç katın.

Evrim Ağacı'nı Takip Et!
Yazı Geçmişi
Okuma Geçmişi
Notlarım
İlerleme Durumunu Güncelle
Okudum
Sonra Oku
Not Ekle
Kaldığım Yeri İşaretle
Göz Attım

Evrim Ağacı tarafından otomatik olarak takip edilen işlemleri istediğin zaman durdurabilirsin.
[Site ayalarına git...]

Filtrele
Listele
Bu yazıdaki hareketlerin
Devamını Göster
Filtrele
Listele
Tüm Okuma Geçmişin
Devamını Göster
0/10000
ve seni takip ediyor

Göster

Şifremi unuttum Üyelik Aktivasyonu

Göster

Şifrenizi mi unuttunuz? Lütfen e-posta adresinizi giriniz. E-posta adresinize şifrenizi sıfırlamak için bir bağlantı gönderilecektir.

Geri dön

Eğer aktivasyon kodunu almadıysanız lütfen e-posta adresinizi giriniz. Üyeliğinizi aktive etmek için e-posta adresinize bir bağlantı gönderilecektir.

Geri dön

Close