Josephine Baker: Amerikalı Gözəl, Fransız Qəhrəman, İngilis Casus
Fransanın Nasistlərə qarşı Müqavimət hərəkatı üçün casusluğunu sahib olduğu şöhrətin kölgəsiylə örtən Josephine Bakerin danışılmayan fəaliyyəti
Şöhrətə gedən yol
Josephine 3 iyun 1906-cı ildə Missuri ştatının Sent-Luis şəhərində anadan olub. Josephinenın atası o anadan olandan qısa müddət sonra ailəni tərk etmişdi və anası camaşırxanada çalışaraq çətinliklə evi dolandırırdı. O, səkkiz yaşından qara işlərlə məşğul olaraq anasının maddi yükünü yüngülləşdirməyə başladı. Josephine çox gənc evləndi, lakin evliliyi cəmi bir il davam etdi. Tezliklə o, bir rəqqasə kimi bacarıqlarını inkişaf etdirməyə qərar verdi və the Jones Family Band ilə işləməyə başladı.
Səyahətçi vodevil truppası olan Dixie Steppers-in gənc Jozefinanı kəşf etməsi çox çəkmədi. Qrup Sent-Luisdə çıxış edərkən bacarıqlı qız səhnəyə sıçradı. Tamaşaçılar Jozefinanın rəqsini alqışladılar və o, ertəsi gün truppada yer aldı.
Filadelfiyada qastrol səfərində olarkən Josephine (o vaxt cəmi 15 yaşında idi) dəmiryolçu William Bakerlə tanış oldu və evləndi. İkinci evliliyi də birincisi kimi qısa müddətli oldu, lakin o, peşəkar karyerasının sonuna qədər Baker soyadını saxladı.
1922-ci ildə Josephine Nyu-Yorka Harlem İntibahının* çiçək açdığı bir vaxtda gəldi. Bu müddət ərzində Harlem afro-amerikan mədəniyyətinin Məkkəsinə çevrildi. Orada Josephine görkəmli afroamerikalı korifeylərlə yaxından tanış oldu, Harlemdəki Plantation Club-da çıxış etdi və Duke Ellington və digər Amerika caz musiqiçilərinin rəhbərlik etdiyi qruplarda rəqs etdi.
O, Broadway səhnəsində çıxış etmək arzusunda idi və çoxsaylı audisiyalardan(seçkilərdən) sonra Shuffle Along adlanan kifayət qədər uğurlu Broadway revyuunun xor xəttinə qoşuldu. Xor xəttinin digər üzvlərindən fərqlənmək üçün Josephine, Shuffle Along-un əsas hissəsinə çevrilən rəqs rejiminə öz yumoru daxil etdi. Hit Broadway şousu Parisdə çıxış etmək üçün sifariş aldı. O bilmirdi ki, bu səfər onun həyatını tamamilə dəyişəcək.
1925-ci ildə gəmidən düşdüyü andan etibarən Josephine Parisə, Paris isə ona aşiq oldu. O, fransızların qəlbini çox tez fəth edə bildi, çünki tamaşaçıları üçün bu gənc afro-amerikalı əyləncəçi “Kükrəyən 20-lər”*i təcəssüm etdirdi.
1926-cı ildə Folies Bergère musiqi zalında Josephinenın şöhrəti yeni zirvələrə çatdı, çünki o, süni bananlarla bəzədilmiş ətək daxil olmaqla, özünün yaratdığı ikonik kostyumda bir imaj yaratdı və bu onun bir çox iddialı kostyumlarından biri idi. Ekzotik Danse Sauvage mahnısını ifa edəndə o, Fransa cəmiyyətində dərhal müsbət təəssürat yaratdı.
Onun ifası o qədər hit idi ki, bütün Parisin görməli olduğu bir şou olaraq ağıllarda qaldı. Bu şəhərdə yaşayan o vaxt yeni müəllif olan amerikalı yazıçı Ernest Hemingway onu “hər kəsin gördüyü ən sensasiyalı qadın” kimi təsvir edirdi. Jozefina Parisin tostuna çevrildi və orada Pablo Pikassodan Jean Cocteau-ya qədər hər bir rəssam onunla görüşmək istəyirdi. Rəvayətə görə, o, 1000-dən çox evlilik təklifi də alıb.
Josephine'nin film debütü 1927-ci ildə Fransız səssiz filmi La sirene des tropiques (Tropiklərin Sireni) ilə başladı. 1936-cı ildə Fransada qürur duyduğu populyarlıqdan ruhlanaraq Jozefina Broadwaydəki Ziegfeld Follies-də çıxış etmək üçün ABŞ-a səfər etdi. O, öz ölkəsində böyük bir ulduz kimi özünü göstərməyə ümid edirdi. Təəssüf ki, onun çıxışı düşmənçilik və irqçiliklə qarşılandı, çünki Nyu-York teatr tənqidçiləri öz rəylərində xüsusilə qəddar idilər.
Qəlbi qırılan Josephine, Parisə qayıtdı, tezliklə Fransa vətəndaşı oldu.
Aslında maddi destek istememizin nedeni çok basit: Çünkü Evrim Ağacı, bizim tek mesleğimiz, tek gelir kaynağımız. Birçoklarının aksine bizler, sosyal medyada gördüğünüz makale ve videolarımızı hobi olarak, mesleğimizden arta kalan zamanlarda yapmıyoruz. Dolayısıyla bu işi sürdürebilmek için gelir elde etmemiz gerekiyor.
Bunda elbette ki hiçbir sakınca yok; kimin, ne şartlar altında yayın yapmayı seçtiği büyük oranda bir tercih meselesi. Ne var ki biz, eğer ana mesleklerimizi icra edecek olursak (yani kendi mesleğimiz doğrultusunda bir iş sahibi olursak) Evrim Ağacı'na zaman ayıramayacağımızı, ayakta tutamayacağımızı biliyoruz. Çünkü az sonra detaylarını vereceğimiz üzere, Evrim Ağacı sosyal medyada denk geldiğiniz makale ve videolardan çok daha büyük, kapsamlı ve aşırı zaman alan bir bilim platformu projesi. Bu nedenle bizler, meslek olarak Evrim Ağacı'nı seçtik.
Eğer hem Evrim Ağacı'ndan hayatımızı idame ettirecek, mesleklerimizi bırakmayı en azından kısmen meşrulaştıracak ve mantıklı kılacak kadar bir gelir kaynağı elde edemezsek, mecburen Evrim Ağacı'nı bırakıp, kendi mesleklerimize döneceğiz. Ama bunu istemiyoruz ve bu nedenle didiniyoruz.
“VIVE LA RESISTANCE!”
Fransa 1939-cu ilin sentyabrında faşist Almaniyasına müharibə elan etdi. Yeni ölkəsinə olan məhəbbətdən və Almaniyanın irqçi nasist rejiminə qarşı antipatiyadan ilhamlanan Josephine Fransa ordusu üçün pul toplamaq adına mahnı oxudu və rəqs etdi. Paris almanların əlinə keçəndən sonra o, Fransanın cənubundakı imarətinə köçdü və digər qaçqınları orada himayə etdi. Çox keçmədi ki, Josephine casusluq dünyasına qərq oldu.
Fransız əks-kəşfiyyat zabiti Jak Abtey, Josephinenın Fransaya müharibədə kömək etməkdə böyük marağına heyran oldu və onunla görüş təşkil etdi. O, Fransız Müqavimət Hərəkatının aktivinə çevrilməyə dərhal razılaşdı.
Məşhurluğundan istifadə edərək Jozefina asanlıqla ölkəni gəzə və diplomatik funksiyalarda, gecə klublarında və cəmiyyətlərdə alman, italyan və yapon bürokratları ilə şübhə doğurmadan ünsiyyət qura bilirdi. Düşmən qoşunlarının hərəkəti və Üçlər İttifaqının istifadə etdiyi limanlar və aerodromlar haqqında sirləri asanlıqla toplaya bilmişdi.
Alman Ali Komandanlığı Josephinenın müqavimət hərəkatının döyüşçülərini gizlətdiyi barədə məlumat aldıqda, almanlar onun iqamətgahını ziyarət etdilər. Josephine şübhələri yayındırsa da, Fransanı tərk etməyin vaxtının gəlib çatdığını bilirdi. Josephine və Abtey birgə ölkədən qaçdılar. Yanlarında onlarca məxfi sənəd və kəşfiyyat xarakerli məlumatı da aparmışdılar, bunların hamısı Josephienin musiqi notlarında görünməz mürəkkəblə yazılmışdı.
Fransadan sürgün edilən Josephine Lissabona, oradan da Şimali Afrikaya köçdükdən sonra Fransız Müqavimət Hərəkatı üçün işləməyə davam etdi. Beynəlxalq qastrol səfərinə başlamaq adı altında, Josephine qonşu ölkələri gəzdi və kəşfiyyat məlumatlarını toplamaqla yanaşı onları fransız komandirlərə ötürdü. Bölgədəki qabarma və çəkilmələr, çimərliklər və düşmən müdafiəsi haqqında paylaşdığı məlumatlardan bəziləri 1942-ci ilin noyabrında Məşəl Əməliyyatına* kömək etdi.
6 iyun 1944-cü ildə D-Day* və Parisin azad edilməsindən sonra Josephine fransız hava qüvvələrinin köməkçi leytenantının formasını geyinərək qürurla sevimli şəhərinə qayıtdı. Parisin nasist işğalı altında necə əziyyət çəkdiyindən təsirlənərək, kasıbları yeməklə təmin etmək üçün zinət və digər qiymətli əşyalarını satdı. O, heç vaxt müharibə dövründəki fəaliyyətinə görə ödəniş istəməmiş və almamışdı.
1945-ci ildə Azad Fransa və müvəqqəti hökumətə rəhbərlik edən general Şarl de Qoll müharibə zamanı göstərdiyi qəhrəmanlıqlara görə Josephineya şəxsən təşəkkür etdi və onu Krua de Qer və Rozet de la Resistance ordeni ilə təltif etdi. De Qoll onu həmçinin hərbi və mülki fəaliyyətə görə ən yüksək xidmət ordeni olan Chevalier de Legion d’Honneur (Şərəf Legionunun Milli Ordeni) ilə təltif etdi.
Harlem İntibahı - Harlem Renaissance- 1920-ci və 1930-cu illəri əhatə edən Harlem, Manhetten, Nyu-York şəhərində mərkəzi olan Afrika-Amerika musiqisi, rəqsi, incəsənəti, modası, ədəbiyyatı, teatrı, siyasəti və elminin intellektual və mədəni dirçəlişi idi.
Kükrəyən 20-lər - Bəzən Roaring '20s kimi stilizə edilən The Roaring Twenties, Qərb cəmiyyətində və Qərb mədəniyyətində olduğu kimi, musiqi və modada 1920-ci illərə aiddir.
Məşəl Əməliyyatı- Operation Torch-İkinci Dünya Müharibəsi zamanı Müttəfiqlərin Fransanın Şimali Afrikasına hücumu idi
D-Day- Neptun əməliyyatı- Normandiya desantları İkinci Dünya Müharibəsi zamanı Müttəfiqlərin Overlord əməliyyatında Normandiyanın işğalı zamanı 6 iyun 1944-cü il çərşənbə axşamı günü eniş əməliyyatları və əlaqədar hava əməliyyatları idi.
- 0
- 0
- 0
- 0
- 0
- 0
- 0
- 0
- 0
- 0
- 0
- 0
Evrim Ağacı'na her ay sadece 1 kahve ısmarlayarak destek olmak ister misiniz?
Şu iki siteden birini kullanarak şimdi destek olabilirsiniz:
kreosus.com/evrimagaci | patreon.com/evrimagaci
Çıktı Bilgisi: Bu sayfa, Evrim Ağacı yazdırma aracı kullanılarak 22/01/2025 08:06:32 tarihinde oluşturulmuştur. Evrim Ağacı'ndaki içeriklerin tamamı, birden fazla editör tarafından, durmaksızın elden geçirilmekte, güncellenmekte ve geliştirilmektedir. Dolayısıyla bu çıktının alındığı tarihten sonra yapılan güncellemeleri görmek ve bu içeriğin en güncel halini okumak için lütfen şu adrese gidiniz: https://evrimagaci.org/s/17433
İçerik Kullanım İzinleri: Evrim Ağacı'ndaki yazılı içerikler orijinallerine hiçbir şekilde dokunulmadığı müddetçe izin alınmaksızın paylaşılabilir, kopyalanabilir, yapıştırılabilir, çoğaltılabilir, basılabilir, dağıtılabilir, yayılabilir, alıntılanabilir. Ancak bu içeriklerin hiçbiri izin alınmaksızın değiştirilemez ve değiştirilmiş halleri Evrim Ağacı'na aitmiş gibi sunulamaz. Benzer şekilde, içeriklerin hiçbiri, söz konusu içeriğin açıkça belirtilmiş yazarlarından ve Evrim Ağacı'ndan başkasına aitmiş gibi sunulamaz. Bu sayfa izin alınmaksızın düzenlenemez, Evrim Ağacı logosu, yazar/editör bilgileri ve içeriğin diğer kısımları izin alınmaksızın değiştirilemez veya kaldırılamaz.