Düşünməyə İnanmaq: Məsuliyyət və Azadlıq
Fernando Pessoanın "Narahatlığın Kitabı"ndan İncilər: Gənclərin Tanrı İnancının Sönməsi
Portuqaliyalı şair, rəssam, yazar və filosof Fernando Pessoa "Narahatlığın kitabı"nda yazırdı: "Gənclərin çoxunun Tanrı inancını itirdiyi və bunu zamanında atalarının tanrıya inandığı kimi, yəni səbəbini bilmədən etdiyi bir dövrdə yaşayıram".
Pessoa bu cümləni ötən əsrin 30-cu ilində yazmışdı. Aradan 80 ildən çox vaxt keçməsinə baxmayaraq, deyə bilərəm ki, o fikir sanki bugünümüzü ifadə edir. İndi də Tanrıya inananlar kimi, inanmayan insanlar da var və bu, təbii haldır. Amma məsələ bu inamın və ya inancsızlığın heç bir əsası, dayaq nöqtəsi, alt qatı olmadan baş verməsidir.
Fernando Pessoanın bu fikrini oxuyanda özümə bir sual verdim; Nəyə və niyə inanıram? "Niyə inanmıram?" sualı isə elə də vacib deyil. Çünki nəyə və niyə inanmaq onun da cavabını özündə ehtiva edir.
İnsan olaraq məsuliyyət hissinə sahib olduğumu bilirəm. Səhvi ilə düzü ilə yaşadığım bu həyat mənimdir. Etdiklərimlə bərabər etmədiklərimə görə də məsuliyyət daşıdığım da bilirəm. Bu məsuliyyət təkcə öz həyatıma, özümə görə deyil, eyni zamanda, dünyada yaşayan tanıdığım və tanımadığım, bildiyim və bilmədiyim hər canlıya, hər nəsnəyə görədir. Odur ki, Tanrıya dair inancım yoxdur; etdiyim səhvə görə günahlandıracağım Şeytanın, nəyisə düz edəndə isə məni mükafatlandıracaq Tanrının varlığına inanmaq yerinə, səhv və düz etdikdə özümə, ümumilikdə canlılara hansı təsiri göstərdiyimə, yaranan "kəpək effektinin" zərərli və ya zərərsiz olduğuna diqqət edirəm. Bir sözlə, məsuliyyətimi dərk edirəm. Bu, mənim azadlığımı əlimdən alırmı? Rahatlıqla "yox" deyə bilərəm. Əgər stoaçıların dediyi kimi, "azadlığımız boğazımızdakı ipin uzunluğu qədərdir"sə, məsuliyyət bu ipin elə mənim öz əlimdə olması deməkdir.
Tanrı adlı bir varlığın olduğuna inanmayıb, insana, onun gücünə, böyüklüyünə inanan insanlardan da deyiləm. İnsana inanmaq dedikdə, əlbəttə ki, güvən mənasını nəzərdə tutmuram. Buradakı inanmaq insanı Tanrı adlı varlığın yerinə qoymaqdır. Fernando Pessoanın da dediyi kimi: "Tanrıya inanmıram, amma heyvan sürüsünə də inana bilməzdim". Heyvanla eyni kökdən gələn, xislətində dağıdıcılıq olan, sevgini, vicdanı bu xislətini dizginləmək, daha doğrusu, ört-basdır etmək üçün yaradan, sülhü belə qanlı müharibələrdən, öldürmək istəyini tətmin etdikdən sonra əldə edən insana inana bilməzdim. Bunun digər bir səbəbi də bu sadaladığım cəhətləri ona kiminsə və ya nəyinsə verdiyini deməsi və məsuliyyəti üzərindən atması üçün tanrı adlı varlığı yaratmasıdır. Özü ilə üzləşə bilməyən, daim özündən qaçan, bu qaçışları başqa insanlarda sığınmaqla edən, yəni bir növ yenidən özünə qayıdan, əvvəlini bulanıq da olsa xatırlayan, amma gələcəyindən tamamilə xəbəri olmayan insana inanmaq ağılsızca atılmış addım olardı.
Üzərinə sadəcə daşıya bilmədiyimiz məsuliyyətimizi yüklədiyimiz Tanrı adlı varlığa və bioloji anlayışdan başqa heç bir mahiyyəti olmayan insana inanmadıqdan sonra nəyə inanacağımı düşünərkən qəribə bir şey tapdım: Niyə də düşünməyə inanmayım? Bəs düşünmək nədir?
Düşünmək haqqında bir çox filosof danışıb. Onun nəliyi, necəliyi haqqında fikir bildirib və təbii ki, o fikrə gəlməzdən əvvəl isə düşünmək haqqında düşünüb.
Fikirləşə bilərsiniz ki, insan dedikdə ağla ilk "düşünə bilən varlıq" gəlir, elə isə deməli, dolayı yolla da olsa insana inanıram. Amma burada məsələ düşünmək fəaliyyətinin insan kontekstindən çıxarılıb ayrıca dəyərləndirilməsidir. Yəni Dekart "düşünürəmsə, varam" deyirdi, deməli, insanı insan edən, var olduğunu sübut edəcək tək şey düşünməkdir. İnsan ondan asılıdır, o, insandan yox.
Düşünmək bizə, həyatımıza (gələcəyimizə və bu günümüzə) istiqamət verən fəaliyyətdir. Düşünmək dünyanı dərk etməyimizə, nəsnələrin məğzini anlamağımıza şərait yaradır. Nəyin səhv, nəyin doğru olduğunu düşünərək anladığımız kimi, elə düşünərəkdə yaradırıq. Blez Paskalın da dediyi kimi: "Heç nə özlüyündə pis və ya yaxşı deyil. Bir şeyin yaxşı və ya pis olması onun haqqında nəcə düşündüyümüzdən asılıdır".
Keçmişdə düşünmək ilə duyğular (ehtiras da deyə bilərik) daim üz-üzə gətirilirdi. Duyğular təhlükəli hesab edildiyi halda, düşünmək tək çıxış yolu, xilas kimi dəyərləndirilirdi. Duyğular düşünməyə maneə kimi qəbul edilirdi. Ona görədir ki, Bertran Rassel "Tənha səyyahın xəyalları" kitabında "İldırımdan sürətli olan duyğu ruhumu doldurur, amma məni aydınlatmaq yerinə sarsır və yox edir. Düşünmək üçün soyuqqanlı olmalıyam" deyirdi.
Sualın "niyə inanıram" hissəsinə gəldikdə isə düşünməkdə məsuliyyət hissi kimi mənə azadlığımı yaşadan, azad olduğumu sübut edən fəaliyyətdir. Eyni zamanda, düşünmək dolayı yolla məsuliyyət hissini, onu daşımağı öyrədir. Yazının əvvəlində sadaladığım mənfi cəhətləri gizlətmək yerinə yaranma səbəblərini dərk etməyə, onlardan kortəbii şəkildə qurtulmaq yerinə isə (bu insanı daha çox insanlıqdan çıxarır) onlarla birlikdə şüurlu şəkildə yaşamağa şərait yaradır.
Evrim Ağacı'nın çalışmalarına Kreosus, Patreon veya YouTube üzerinden maddi destekte bulunarak hem Türkiye'de bilim anlatıcılığının gelişmesine katkı sağlayabilirsiniz, hem de site ve uygulamamızı reklamsız olarak deneyimleyebilirsiniz. Reklamsız deneyim, sitemizin/uygulamamızın çeşitli kısımlarda gösterilen Google reklamlarını ve destek çağrılarını görmediğiniz, %100 reklamsız ve çok daha temiz bir site deneyimi sunmaktadır.
KreosusKreosus'ta her 10₺'lik destek, 1 aylık reklamsız deneyime karşılık geliyor. Bu sayede, tek seferlik destekçilerimiz de, aylık destekçilerimiz de toplam destekleriyle doğru orantılı bir süre boyunca reklamsız deneyim elde edebiliyorlar.
Kreosus destekçilerimizin reklamsız deneyimi, destek olmaya başladıkları anda devreye girmektedir ve ek bir işleme gerek yoktur.
PatreonPatreon destekçilerimiz, destek miktarından bağımsız olarak, Evrim Ağacı'na destek oldukları süre boyunca reklamsız deneyime erişmeyi sürdürebiliyorlar.
Patreon destekçilerimizin Patreon ile ilişkili e-posta hesapları, Evrim Ağacı'ndaki üyelik e-postaları ile birebir aynı olmalıdır. Patreon destekçilerimizin reklamsız deneyiminin devreye girmesi 24 saat alabilmektedir.
YouTubeYouTube destekçilerimizin hepsi otomatik olarak reklamsız deneyime şimdilik erişemiyorlar ve şu anda, YouTube üzerinden her destek seviyesine reklamsız deneyim ayrıcalığını sunamamaktayız. YouTube Destek Sistemi üzerinde sunulan farklı seviyelerin açıklamalarını okuyarak, hangi ayrıcalıklara erişebileceğinizi öğrenebilirsiniz.
Eğer seçtiğiniz seviye reklamsız deneyim ayrıcalığı sunuyorsa, destek olduktan sonra YouTube tarafından gösterilecek olan bağlantıdaki formu doldurarak reklamsız deneyime erişebilirsiniz. YouTube destekçilerimizin reklamsız deneyiminin devreye girmesi, formu doldurduktan sonra 24-72 saat alabilmektedir.
Diğer PlatformlarBu 3 platform haricinde destek olan destekçilerimize ne yazık ki reklamsız deneyim ayrıcalığını sunamamaktayız. Destekleriniz sayesinde sistemlerimizi geliştirmeyi sürdürüyoruz ve umuyoruz bu ayrıcalıkları zamanla genişletebileceğiz.
Giriş yapmayı unutmayın!Reklamsız deneyim için, maddi desteğiniz ile ilişkilendirilmiş olan Evrim Ağacı hesabınıza üye girişi yapmanız gerekmektedir. Giriş yapmadığınız takdirde reklamları görmeye devam edeceksinizdir.
Düşünmək haqqında danışarkən unutmamalıyıq ki, o insan təbiətinə yaddır, yəni doğuşdan gələn bir şey deyil. Zamanla öyrənilən (həm də çətinliklə) və öyrənildikdən sonra tərgidilməyən bir şeydir. Onu bir dəfə "dadmaqla" ömür boyu bu daddan həzz almaq mümkündür.
Mən düşünməyə inanıram. Fernando Pessoanında dediyi kimi: "Əgər ürək düşünə bilsəydi, döyünməkdən vaz keçərdi".
- 2
- 1
- 1
- 1
- 1
- 1
- 0
- 0
- 0
- 0
- 0
- 0
Evrim Ağacı'na her ay sadece 1 kahve ısmarlayarak destek olmak ister misiniz?
Şu iki siteden birini kullanarak şimdi destek olabilirsiniz:
kreosus.com/evrimagaci | patreon.com/evrimagaci
Çıktı Bilgisi: Bu sayfa, Evrim Ağacı yazdırma aracı kullanılarak 12/12/2024 12:45:27 tarihinde oluşturulmuştur. Evrim Ağacı'ndaki içeriklerin tamamı, birden fazla editör tarafından, durmaksızın elden geçirilmekte, güncellenmekte ve geliştirilmektedir. Dolayısıyla bu çıktının alındığı tarihten sonra yapılan güncellemeleri görmek ve bu içeriğin en güncel halini okumak için lütfen şu adrese gidiniz: https://evrimagaci.org/s/16418
İçerik Kullanım İzinleri: Evrim Ağacı'ndaki yazılı içerikler orijinallerine hiçbir şekilde dokunulmadığı müddetçe izin alınmaksızın paylaşılabilir, kopyalanabilir, yapıştırılabilir, çoğaltılabilir, basılabilir, dağıtılabilir, yayılabilir, alıntılanabilir. Ancak bu içeriklerin hiçbiri izin alınmaksızın değiştirilemez ve değiştirilmiş halleri Evrim Ağacı'na aitmiş gibi sunulamaz. Benzer şekilde, içeriklerin hiçbiri, söz konusu içeriğin açıkça belirtilmiş yazarlarından ve Evrim Ağacı'ndan başkasına aitmiş gibi sunulamaz. Bu sayfa izin alınmaksızın düzenlenemez, Evrim Ağacı logosu, yazar/editör bilgileri ve içeriğin diğer kısımları izin alınmaksızın değiştirilemez veya kaldırılamaz.