Paylaşım Yap
Tüm Reklamları Kapat

Yanılqıya İstinad Etmə Yanılqısı (Argumentum Ad Logicam) və Onunla Əlaqəli Digər Yanılqılar

Yanılqıya İstinad Etmə Yanılqısı (Argumentum Ad Logicam) və Onunla Əlaqəli Digər Yanılqılar
14 dakika
125
  • Blog Yazısı
Blog Yazısı
Tüm Reklamları Kapat

Məntiqi yanılqıları bilmək və öyrənmək, müzakirənin daha sağlam aparılması nöqteyi-nəzərindən olduqca vacibdir. Ancaq bəzən, başqalarının xətalarını görərkən, öz xətalarımızı görmək çətin ola bilir. Yəni məntiq yanılqısı ovçuluğunun özünün bir məntiq yanılqısına və arqumentlərdən qaçmaq üçün bir vasitəyə çevrilmədiyindən əmin olmaq lazımdır.

Elə bu yerdə, qarşımıza “yanılqıya istinad etmə yanılqısı” çıxır. Xülasə, bu yanılqı bir arqumentin sırf özündə məntiqi yanılqı ehtiva etdiyini irəli sürərək, müdafiə olunan nəticənin yanlış olmalı olduğunu iddia etmə xətasıdır. “Yanılqıçının yanılqısı”, “yanılqı yanılqısı” ya da “pis səbəblər yanılqısı” olaraq da bilinir.

Yanılqı yanılqısı digər yanılqılardan fərqli olaraq, məntiq yanılqılarını bilən insanların belə edə bildiyi bir xəta olduğu üçün təhlükəlidir. Buna görə də xüsusən məntiq yanılqıları sizin maraq dairənizdədirsə, “yanılqı yanılqısı”, anlamalı olduğunuz yanılqıların ən birincisidir.

Tüm Reklamları Kapat

Yanılqı yanılqısının ümümi forması belədir:

  • X, Y nəticəsini müdafiə edən bir arqumentdir.
  • X, özündə məntiqi xəta ehtiva edən bir arqumentdir.
  • Buna görə də arqumentin müdafiə etdiyi Y yanlışdır.

Gördüyünüz kimi, bu yanılqını anlamaq asan, lakin görmək çətindir. Məntiq yanılqıları arqumentlər ilə nəticənin güclü / keçərli bir formada bağlı olmadıqlarını göstərə bilər; amma nəticənin doğru və ya yanlış olması haqqında birbaşa məlumat verməz. Məsələn bir çox riyazi teorem sübut olunmamışdan öncə bir çox xətalı sübut ilə müdafiə olunmuşdur; amma sonda həqiqətən sübut olunduqda bu xətalı sübutların teoremin gerçəkliyini dəyişdirmədiyi aşkar olunmuşdur. Başqa sözlə, vəziyyəti sadə bir cümlə ilə də izah edə bilərik: “Doğru iddialar yanlış sübutlarla da müdafiə oluna bilər.”

Bir misal göstərək: “Təkamül gerçəkdir; əvvəl uşaq idin, indi isə gəncsən. Bu belə təkamülün müşahidə oluna bilən sübutudur.” deyən bir dostumuz olsun. Öncəki yazılarımızda da izah etdiyimiz kimi, fərdin ömrü boyu keçirdiyi dəyişikliklərə inkişaf deyirik, təkamül yox. Yəni bu iki şey bir-biri ilə əlbəttə əlaqəlidir. Lakin fərqli biologiya sahələridir. İnkişaf olan dəyişikliklər təkamül deyil. Təkamül olan dəyişikliklər inkişaf deyil. Ona görə də, bu dostumuz, təkamülü yanlış formada izah və ya müdafiə edir.

Halbuki, onun bu yanlış müdafiəsi, əlbəttə, təkamülün gerçək olmadığı demək deyil. Təkamülün müşahidə oluna bilən sübutları var, ancaq bu arqument çərçivəsində yanlış müdafiə olunmuşdur. Başqa sözlə müzakirəçi, təkamülü müdafiə etmək üçün yanlış bir səbəb seçmişdir. Buna görə də pis müdafiə səbəbinin müdafiə olunan nəticənin gerçək olmadığını göstərdiyini düşünmə xətasına “pis səbəblər yanılqısı” da deyilir.

Tüm Reklamları Kapat

Digər bir nümunə:

  • Yağış yağırsa, səma buludlu olur.
  • Səma buludludur.
  • Ona görə də, yağış yağır.

Yəqin ki burdakı xətanı gördünüz. Səma buludludursa, yağış yağmaq məcburiyyətində deyil. Bu arqument özündə “ardıcıllıqla doğrulama məntiq xətası” ehtiva edir. Yenə də sadəcə arqumentdəki məlumatlara istinad edərək vəziyyətin bu olub olmadığından əmin ola bilmərik. Bəlkə də həqiqətən yağış yağır! Bu səbəbdən ötrü, yağış yağdığını müdafiə etmək üçün özündə məntiqi xəta ehtiva edən arqument irəli sürüldüyünə görə, yağış yağmadığını fərz etmək yanlışdır. Qısası, əgər bu arqumentə cavab olaraq “Xeyr, ardıcıllıqla doğrulama məntiq xətası etdin, buna görə də pəncərədən çölə baxmağıma belə ehtiyac yoxdur, şübhəsiz, yağış yağmır!” desəniz, yanılqıya istinad etmə yanılqısına düşmüş olarsınız.

Nümunələrimizə davam edək:

  • Bütün pişiklər heyvandır.
  • Pambıq bir heyvandır.
  • O halda, Pambıq pişikdir.

Bu mülahizə, yuxarıdakı nümunə kimi, özündə ardıcıllıqla doğrulama məntiq xətası ehtiva edir; ancaq bu o demək deyil ki Pambıq pişik deyil. Mülahizə yanlış ola bilər; ancaq Pambıq həqiqətən pişik də ola bilər.

Evrim Ağacı'ndan Mesaj

Bu hal, Tanrı müzakirələri kimi bitməyən müzakirələrdə də görünür:

  • X arqumenti, Tanrının varlığının lehinə irəli sürülmüş bir arqumentdir.
  • X arqumenti özündə Y məntiq yanılqısı ehtiva edir.
  • Buna görə də, Tanrı yoxdur.

Bu arqumentin özündə məntiq yanılqısı ehtiva etməsi o demək deyil ki nəticə birbaşa olaraq yanlışdır. Bu, sadəcə nəticəni dəstəkləyəcək qədər güclü / keçərli arqument olmadığını göstərir. Diqqət edilməli olan digər bir məqam isə yanılqıya istinad etmə yanılqısı edilib “Tanrı yoxdur.” deyildiyi üçün “Tanrı var.” nəticəsi də çıxmayacaqdır. Bu təhlükəli məqama mətnin növbəti hissələrində qayıdacağıq.

Bu yanılqının öhdəsindən necə gəlməli?

Əgər siz bu yanılqıya məruz qalmışsınızsa, yəqin ki, özünüz də arqumenti müdafiə edərkən məntiq xətası etdiyiniz anlamışsınız. Bu vəziyyətdə də məntiq xətası etdiyinizi qəbul etməli və bu vəziyyətin arqumentin nəticəsinin doğru və ya yanlış olmağına gətirib çıxarmadığını və yanlış bir müdafiə etdiyinizi qəbul etməlisiniz.

Bu məntiq yanılqısına düşməkdən qaçınmaq üçünsə, məntiq yanılqısı ehtiva edən ya da xətalı bir müdafiə gördüyünüz zaman bunun niyə xətalı müdafiə olduğunu izah edin. Mümkünsə, məntiq yanılqılarının adından istifadə etməməyə çalışın, istifadə etsəniz belə məntiqini izah edərək niyə xətalı mülahizə olduğunu başa salmağa çalışın. Özündə məntiq yanılqısı ehtiva etməsinin nəticənin birbaşa olaraq xətalı olduğunu göstərmədiyini qəbul edin və iddiasını məntiq yanılqısı ilə müdafiə edən şəxsə iddiasını bu formada müdafiə etməsinin iddiasına daha çox zərər verdiyini və bunu etməməli olduğunu izah edin.

Məsələn təkamülü xətalı şəkildə müdafiə edən bir şəxsi gördüyünüz vaxt bu xətalı müdafiənin təkamülü birbaşa olaraq yanlış etmədiyini, ancaq müdafiəsinin xətalı olduğunu və xətalı bir şəkildə müdafiənin doğru olmadığını, digər şəxslərin də təkamülü yanlış bir formada öyrənməyinə gətirib çıxara biləcəyini izah edib səhvini açıqlaya bilərsiniz. Yəni xülasə, bu yanılqıdan qaçınmaq üçün edəcəksinizsə, konstruktiv tənqid edin.

Əlaqəli digər yanılqılar.

Yanılqıya istinad etmə yanılqısı yanılqısı.

Yanılqıya istinad etmə yanılqısının maraqlı bir cəhəti, təkrar oluna bilən bir quruluşa sahib olmağıdır. Yanılqı öz daxilində təkrarlanaraq “yanılqıya istinad etmə yanılqısı yanılqısı”na düşməyə səbəb ola bilər.

Tüm Reklamları Kapat

Yanılqıya istinad etmə yanılqısını öyrənən şəxs, bu yanılqıya qarşı qoya bilmək üçün “Yanılqıya istinad etmə yanılqısı etdin, yəni dediyin yanlışdır.” desə, bu da məntiq xətasıdır. Məsələn yuxarıdakı Pambıq nümunəmizdə, Pambığın bir pələng olduğunu düşünək. Müzakirəçi “Mən Pambığın pişik olmasını məntiq yanılqıları ilə müdafiə etmiş ola bilərəm, ancaq sənin etdiyin də yanılqıya istinad etmə yanılqısıdır, yəni xətalısan, Pambıq pişikdir.” desə, əlbəttə, bu da məntiq xətası olacaqdır. Buna da “yanılqıya istinad etmə yanılqısı yanılqısı” deyə bilərik.

Təbii ki, bu məntiq yanılqısı özünü “Yanılqıya istinad etmə yanılqısı yanılqısı etdin yəni səninki yanlışdır.” kimi əbədiyyətə qədər təkrar edə bildiyinə görə bu xətaya düşməmək üçün ehtiyatlı olmalısınız.

Nümunə olaraq dialoqlardan bir misal çəkməli olsaq:

Tüm Reklamları Kapat

  • Əhməd: Çox populyar bir qidalanma mütəxəssisinin yanına getdim. Fəst fudun zərərli olduğunu dedi.
  • Aylin: Sırf çox populyar olduğu üçün bütün dedikləri doğru olmalıdır? Ad populum edirsən, deməki mən doğruyam. Fəst fud zərərli deyil.
  • Əhməd: Yox, əslində sən xətalısan. Çünki mənim yanılqıya düşməyim müdafiə etdiyim şeyin xətalı olduğunu göstərmir. Yanılqıya istinad etmə yanılqısı edirsən.
  • Aylin: Mənim yanılqıya istinad etmə yanılqısı etməyim də xətalı olduğumu göstərmir. Sən xətalısan.

Çox vaxt belə davam edən müzakirələrdə müdafiə olunan mövzu belə unudulur, əsl məqsəd haqlı çıxmaq olur. Bu da məntiq yanılqılarının qarşısını alıb sağlam bir müzakirə şəraitinin yaradılması məqsədilə çıxan bir müzakirə şəraitindən ayrılıb heç bir intellektual dəyəri olmayan və əbədiyyətə qədər çəkən bir müzakirələr seriyasına düşməyə səbəb olmuşdur. “Sadəcə haqlı çıxmaq üçün müzakirə etmək”, buna görə çox səhv bir hərəkətdir.

Yanılqıya istinad etmə yanılqısı yanılqısının öhdəsindən necə gəlməli?

Bu yanılqının öhdəsindən gəlməyin ən asan yolu yanılqıya istinad etmə yanılqısı etməkdən çəkinməkdir; çünki yanılqıya istinad etmə yanılqısı etməsəniz, bu yanılqıya məruz qalma ehtimalınız da qalmayacaqdır.

Yenə də bu yanılqıya məruz qalsanız ya da daha doğrusu bu yanılqıya məruz qaldığınızın anlasanız, yəqin ki özünüzün də yanılqıya istinad etmə yanılqısı etdiyinizi anlayarsınız. Bunu anladığınız an, yuxarıda haqqında danışdığımız yanılqıya istinad etmə yanılqısını geri alaraq, məntiqi yanılqı ehtiva etməsinin arqumentin nəticəsini yanlış olduğunu göstərməməsini ancaq onu doğru olaraq da göstərməməsini izah edin və digər şəxsin də niyə xətalı olduğunu və niyə bunu etməməli olduğunu da başa salın, haqlı çıxmaq və ya lağ etmək üçün mübahisə etməyin.

Tərs yanılqıya istinad etmə yanılqısı.

Yanılqıya istinad etmə yanılqısının tərs forması olan “Tərs yanılqıya istinad etmə yanılqısı”, arqumentin nəticəsinin doğru olduğunu nəzərə alaraq, arqumentin özünün məntiqi olaraq sağlam olduğunu fərz etmə xətasıdır. Ümumi forması belədir:

Tüm Reklamları Kapat

Agora Bilim Pazarı
Fanilik Üzerine Düşünceler – Tolstoy’dan Primo Levi’ye

Fanilik Üzerine Düşünceler – Tolstoy’dan Primo Levi’ye 

Victor Brombert

Leo Tolstoy, Thomas Mann, Franz Kafka, Virginia Woolf, Albert Camus, Giorgio Bassani, J. M. Coetzee ve Primo Levi…

Victor Brombert, ölümü ve faniliğimizi, çeşitli siyasi ve kültürel bağlamlar içinde sekiz büyük yazarın eserlerinde arıyor. Tolstoy ve Thomas Mann’da bireyin fanilikle mücadelesini ortaya koyarken, Bassani ve Primo Levi’de toplumsal bir felaket olarak kültürlerin ölümünü aktarıyor. Woolf ve Camus’nün anlatılarında aldatıcı bir kurtuluş vaadi olarak sunulan ölüm, Coetzee’nin sayfalarında vahşet karşısında duyulan derin bir utanç olarak işleniyor.

Fanilik Üzerine Düşünceler bir edebiyat eleştirisinin ötesinde, faniliğin izlerini irdeleyerek bizi hayatta olmanın anlamıyla yüzleştiriyor.

“Belki de bütün düşünce ve sanat eylemi kaynağını dolaylı olarak fanilikten alıyordur. Bu noktada bir kez daha, doğrulanması mümkün olmasa da, André Malraux’nun insanı heyecanlandıran esrarengiz sözleri geliyor akla; mağarasının taş duvarına bizon çizen ilk insan, hem kendisinin hem de bizonun fani olduğunun farkındadır, ama aynı zamanda bu ilk sanatçı, fani hayvanı tasvir etmenin bir bakıma ‘hiçliğimizi yadsımak’ anlamına geldiğini de sezmiş gibidir.”

Devamını Göster
₺135.00
Fanilik Üzerine Düşünceler – Tolstoy’dan Primo Levi’ye
  • Dış Sitelerde Paylaş

  • X arqumenti Y təklifini dəstəkləyir.
  • Y təklifi doğrudur.
  • X arqumenti məntiqi olaraq sağlamdır.

Bir nümunə ilə daha sadə olacaq:

  • Əli: İtlərin dişləri var, yəni məməlidirlər.
  • Bahar: Bir canlının məməli olub olmadığını bu formada təyin edə bilməzsən.
  • Əli: Xeyr, bax, itlərin məməli olduğu yazılıb. Deməli, dişlərinə baxaraq məməli olub olmadığını anlaya bilirmişəm. Elə deyil?

Burada, gördüyünüz kimi yanlış üsullar ilə şans əsəri doğru nəticə alınıb. Nəticənin doğru olmağı üsulun da doğru olduğuna qarantiya vermir.

Tərs yanılqıya istinad etmə yanılqısının öhdəsindən necə gəlməli?

Daha yaxşı anlaşılmağı üçün, son bir nümunəni də riyaziyyat suallarından verə bilərik. Təbii ki burda çox mürəkkəb bir nümunə verməyəcəyik. Məsələn bir şagird 64/16 misalını bu formada həll edir:

  • Ön şərt: “64” və “16” rəqəmlərindəki 6-ları silib sadələşdirək. Nə qalır? 4/1. Buna görə də nəticə 4-dür.
  • Ön şərt: Kalkulyator ilə yoxlanıldı və 64/16 misalının nəticəsinin həqiqətən də 4 olduğu təsdiq olundu.
  • Xətalı Nəticə: Buna görə də, şagirdin həll üsulu doğrudur.

Gördüyünüz kimi şagird, doğru nəticəni yanlış üsulla əldə etmişdir. Bu məntiq xətasını düzəltməyin yolu, bu üsulun təsadüfən doğru çıxdığını və hər zaman doğru olmadığını göstərməkdir. Məsələn başqa bir misalda, 68/16 misalında 6-lar sadələşib nəticə 8/1 olmur. Bunu göstərdikdən sonra niyə xətalı olduğunu və doğrunun necə olmalı olduğunu detallı formada izah edin. Hər hansı bir təklifi dəstəkləmək üçün, praktiki olaraq sonsuz midarda arqument qurula bilər. Təbii ki sırf xətalı bir üsul olduğu üçün nəticənin də xətalı olduğunu iddia etməməlisiniz.

Yanılqı olmayan vəziyyətlər.

Müzakirəçi nəticənin bu yanılqı səbəbilə yanlış olduğunu müdafiə etməz və sadəcə istifadə olunan məntiqi yanılqılara işarə edərsə, bu vəziyyət yanılqıya istinad etmə yanılqısı olmaz.

Özəlliklə saman adam və qırmızı sazan yanılqısı kimi nəticəni təhrif etmək məqsədi daşıyan məntiq yanılqılarının varlığına işarə etmək, müzakirəni daha möhkəm təməl üzərində qurmaq üçün önəmə sahibdir. Bu növ yanılqılar aşkar formada mövcuddursa nəticə mütləq yanlış olmaq məcburiyyətində deyil amma tərifinə görə əlaqəsizdir, doğruluğunun və ya yanlışlığının əhəmiyyəti yoxdur.

Məsələn bu nümunə, yanılqıya istinad etmə yanılqısı deyil:

  • Arif: Təkümül gerçəkdirsə, sübutları hardadır?
  • Fərid: Indi sübutları saymaq olsaq…
  • Arif: Amma bu yenə də Tanrının var olmadığını sübut etmir ki.
  • Fərid: Saman adam yanılqısına düşdünüz. Bəli, nəticə olaraq var olmadığını göstərmir, doğrudur, amma onsuz da təkamülün belə bir iddiası yoxdur. Bununla yanaşı, mövzumuz da Təkamül və Tanrı ilə əlaqəli deyildi. Mövzunu təhrif etmə yanılqısına da düşdünüz. Onun haqqında da daha sonra danışa bilərik, amma öncə bu məsələni həll edək. Xahiş edirəm, müzakirə etdiyimiz mövzuya sadiq qalın.

Nəticəni dəstəkləyən çoxlu sayda arqument və məntiq xətası ola biləcəyinə görə, bütün xətaları bir bir göstərmək çətin ola bilər. Bu halda, asan bir üsul olaraq, bu vəziyyətin niyə belə ola bilməyəcəyini izah etmək daha yaxşı bir üsul ola bilər. Məsələn astrologiyanı müdafiə edən bir şəxsin xətalarını bir-bir izah etməkdənsə, təməl olaraq niyə işə yaramadığını izah edə bilərsiniz.

Yaxşı, deyək ki “niyə olmadığını” izah edə bilməyəcəyimiz bir vəziyyətdəyik. Niyə olmadığını açıqlaya bilmədiyimiz qəbul edəcəyik? İnandırıcı/sağlam bir arqument ilə dəstəklənməyən bir iddianı sağlam bir arqument gələnə qədər gözardı etmək, safsata olmayacaqdır. Bunu “Məntiqi yanılqı ilə müdafiə etdin, deməli xətalısan.” olaraq görməməlisiniz. (Çünki bu, “yanılqıya istinad etmə yanılqısı olacaqdır.”)

Burda nəzərdə tutulan, elmdəki boş fərziyyə anlayışı ilə oxşar məntiqdədir. Dəqiq olaraq “doğru” və ya “yanlış” kimi bir mühakimə etməkdən çəkinərək, bəs miqdarda inandırıcı məlumat gələnə qədər o mövzu haqqında fikir bildirməmək, o mövzunu gözardı etməkdir. Oxşar bir formada müzakirəçi, belə deyə bilər:

Tüm Reklamları Kapat

“Bu mövzu ilə əlaqəli bütün müdafiələr özündə məntiq xətaları ehtiva etdiyi ya da yetərli qədər inandırıcı arqument olmadığı və iddianın doğruluğuna inanmaq üçün bir səbəbimin olmadığına görə bu mövzunu gözardı edirəm, inandırıcı arqumentlər gələrsə, düşüncəmə yenidən baxa bilərəm. Amma hal-hazırda inanmaq üçün bir səbəbimin də olmadığına görə inanmamağı seçdim.”

Bu halda, sübut məsuliyyətinin iddianın müdafiəçilərində olduğunu göstərib onu gözardı etmək, yanılqı deyil. Hətta cəhalətə istinad etmə yanılqısına düşməyin qarşısını alan bir hərəkət olacaqdır.

Nəticə

Xülasə, məntiqi yanılqıları öyrənmək, müzakirənin sağlam formada aparılmasının açarıdır. Ancaq bu açarı yanlış qapıda istifadə etməməyə diqqət etməliyik. Əks halda başqa məntiq xətalarına düşə bilər və xətalı yönləndirmələrə səbəb ola bilərik. Buna görə də məntiqin doğru açarını doğru qapıda istifadə etməyi öyrənmək hər müzakirəçinin etməsi olduğu şeydir.

Okundu Olarak İşaretle
3
0
  • Paylaş
  • Alıntıla
  • Alıntıları Göster
Paylaş
Sonra Oku
Notlarım
Yazdır / PDF Olarak Kaydet
Raporla
Mantık Hatası Bildir
Yukarı Zıpla
Bu İçerik Size Ne Hissettirdi?
  • Mmm... Çok sapyoseksüel! 2
  • Muhteşem! 1
  • Tebrikler! 1
  • Bilim Budur! 0
  • Güldürdü 0
  • İnanılmaz 0
  • Umut Verici! 0
  • Merak Uyandırıcı! 0
  • Üzücü! 0
  • Grrr... *@$# 0
  • İğrenç! 0
  • Korkutucu! 0
Tüm Reklamları Kapat

Evrim Ağacı'na her ay sadece 1 kahve ısmarlayarak destek olmak ister misiniz?

Şu iki siteden birini kullanarak şimdi destek olabilirsiniz:

kreosus.com/evrimagaci | patreon.com/evrimagaci

Çıktı Bilgisi: Bu sayfa, Evrim Ağacı yazdırma aracı kullanılarak 26/04/2024 21:25:34 tarihinde oluşturulmuştur. Evrim Ağacı'ndaki içeriklerin tamamı, birden fazla editör tarafından, durmaksızın elden geçirilmekte, güncellenmekte ve geliştirilmektedir. Dolayısıyla bu çıktının alındığı tarihten sonra yapılan güncellemeleri görmek ve bu içeriğin en güncel halini okumak için lütfen şu adrese gidiniz: https://evrimagaci.org/s/10437

İçerik Kullanım İzinleri: Evrim Ağacı'ndaki yazılı içerikler orijinallerine hiçbir şekilde dokunulmadığı müddetçe izin alınmaksızın paylaşılabilir, kopyalanabilir, yapıştırılabilir, çoğaltılabilir, basılabilir, dağıtılabilir, yayılabilir, alıntılanabilir. Ancak bu içeriklerin hiçbiri izin alınmaksızın değiştirilemez ve değiştirilmiş halleri Evrim Ağacı'na aitmiş gibi sunulamaz. Benzer şekilde, içeriklerin hiçbiri, söz konusu içeriğin açıkça belirtilmiş yazarlarından ve Evrim Ağacı'ndan başkasına aitmiş gibi sunulamaz. Bu sayfa izin alınmaksızın düzenlenemez, Evrim Ağacı logosu, yazar/editör bilgileri ve içeriğin diğer kısımları izin alınmaksızın değiştirilemez veya kaldırılamaz.

Keşfet
Akış
İçerikler
Gündem
Yeni Doğan
Hayvan Davranışları
Işık Yılı
Bağırsak
Virüs
Psikanaliz
Maske Takmak
Yeşil
Saldırı
Zeka
Solunum
Köpekler
Arkeoloji
Bebek Doğumu
Karar Verme
Genel Görelilik
Mistik
Epistemik
Besin
Evrim Ağacı
Ağrı
Mers
Akıl
Algoritma
Güneş
Aklımdan Geçen
Komünite Seç
Aklımdan Geçen
Fark Ettim ki...
Bugün Öğrendim ki...
İşe Yarar İpucu
Bilim Haberleri
Hikaye Fikri
Video Konu Önerisi
Başlık
Gündem
Bugün Türkiye'de bilime ve bilim okuryazarlığına neler katacaksın?
Bağlantı
Kurallar
Komünite Kuralları
Bu komünite, aklınızdan geçen düşünceleri Evrim Ağacı ailesiyle paylaşabilmeniz içindir. Yapacağınız paylaşımlar Evrim Ağacı'nın kurallarına tabidir. Ayrıca bu komünitenin ek kurallarına da uymanız gerekmektedir.
1
Bilim kimliğinizi önceleyin.
Evrim Ağacı bir bilim platformudur. Dolayısıyla aklınızdan geçen her şeyden ziyade, bilim veya yaşamla ilgili olabilecek düşüncelerinizle ilgileniyoruz.
2
Propaganda ve baskı amaçlı kullanmayın.
Herkesin aklından her şey geçebilir; fakat bu platformun amacı, insanların belli ideolojiler için propaganda yapmaları veya başkaları üzerinde baskı kurma amacıyla geliştirilmemiştir. Paylaştığınız fikirlerin değer kattığından emin olun.
3
Gerilim yaratmayın.
Gerilim, tersleme, tahrik, taciz, alay, dedikodu, trollük, vurdumduymazlık, duyarsızlık, ırkçılık, bağnazlık, nefret söylemi, azınlıklara saldırı, fanatizm, holiganlık, sloganlar yasaktır.
4
Değer katın; hassas konulardan ve öznel yoruma açık alanlardan uzak durun.
Bu komünitenin amacı okurlara hayatla ilgili keyifli farkındalıklar yaşatabilmektir. Din, politika, spor, aktüel konular gibi anlık tepkilere neden olabilecek konulardaki tespitlerden kaçının. Ayrıca aklınızdan geçenlerin Türkiye’deki bilim komünitesine değer katması beklenmektedir.
5
Cevap hakkı doğurmayın.
Bu platformda cevap veya yorum sistemi bulunmamaktadır. Dolayısıyla aklınızdan geçenlerin, tespit edilebilir kişilere cevap hakkı doğurmadığından emin olun.
Ekle
Soru Sor
Sosyal
Yeniler
Daha Fazla İçerik Göster
Popüler Yazılar
30 gün
90 gün
1 yıl
Evrim Ağacı'na Destek Ol

Evrim Ağacı'nın %100 okur destekli bir bilim platformu olduğunu biliyor muydunuz? Evrim Ağacı'nın maddi destekçileri arasına katılarak Türkiye'de bilimin yayılmasına güç katın.

Evrim Ağacı'nı Takip Et!
Yazı Geçmişi
Okuma Geçmişi
Notlarım
İlerleme Durumunu Güncelle
Okudum
Sonra Oku
Not Ekle
Kaldığım Yeri İşaretle
Göz Attım

Evrim Ağacı tarafından otomatik olarak takip edilen işlemleri istediğin zaman durdurabilirsin.
[Site ayalarına git...]

Filtrele
Listele
Bu yazıdaki hareketlerin
Devamını Göster
Filtrele
Listele
Tüm Okuma Geçmişin
Devamını Göster
0/10000
ve seni takip ediyor

Göster

Şifrenizi mi unuttunuz? Lütfen e-posta adresinizi giriniz. E-posta adresinize şifrenizi sıfırlamak için bir bağlantı gönderilecektir.

Geri dön

Eğer aktivasyon kodunu almadıysanız lütfen e-posta adresinizi giriniz. Üyeliğinizi aktive etmek için e-posta adresinize bir bağlantı gönderilecektir.

Geri dön

Close