Kütləvi Yoxolmalar: Dinozavrlar Necə Yox Oldu? Canlılar, Tarixdə 5 dəfə Yox Olmağın Həddinə Necə Gəldi?

- Blog Yazısı
Dünya - bəşəriyyətin doğulduğu yer. İstər Günəşə qədər olan məsafəsi ilə, istərsə də özündə ehtiva etdiyi maye halda olan suları ilə bildiyimiz qədərilə üzərində həyat olan yeganə yer buradır. Ağıllı insan həyatını da üzərində ehtiva edən bu planet bizim üzərində yeriməyə başladığımız vaxtdan etibarən bizi bəsləyir və bizə ev sahibliyi edir. Bədənimiz üçün həyati əhəmiyyət kəsb edən sularını içə bilirik, qızınmaq üçün kömür və qazlarını istifadə edirik, nəfəs almaq üçün isə ağaclarını... Amma bu gözəl və həyatla dolu olan mavi planetimizin geolojik keçmişi qorxunc və inanılmaz yox olmalarla doludur. Dünya tarixində canlılığı hardasa tamamilə yox olmaq həddinə gətirən 5 böyük kütləvi yoxolma yaşandı. Bu yazımız da bu kütləvi yoxolmalar ilə əlaqəli olacaq.
Dünyanın Keçmişi
Geoloqların əldə ettiyi "sirkon" kristalları üzərində aparılan radiometrik yaş tarixi ölçmələrinə əsasən planetimizin 4.5 milyard yaşı var. Bu müddət ərzində çox şey baş verdi. Məsələn, həyat adlandırdığımız bbiokimyəvi fenomen təxminən 4 milyard il əvvəl koaservat adlandırdığımız bakteriya-bakteriyayabənzər varlıqlarlabaşlamışdır. Daha sonra bu koaservatlar bugünkülərə daha oxşar olan təkhüceyrəli orqanizmlərə və nəhayət bakteriyalara təkamül keçirmişdir. Aşağı oksigen səviyyəsi bakteriyaların müəyyən ölçülərin üzərinə çıxa bilmələrinə və koloniyalar qurmalarına ümumən mane olmuşdur.
Fotosintez edə bilən siyanobakteriyaların əmələ gəlməsindən sonra atmosferdəki oksigen səviyyələri müqayisə oluna bilməyəcək miqdarda artmış və bu bol oksigen canlılarda çoxhüceyrəliliyin (ing: "multicellularity") təkamül keçirə bilməsini təmin etmişdir. Çoxhüceyrəliliyin təkamülü yüz milyonlarla illikbir prosesdən keçərək çox mürəkkəb həyat formalarının təməlini qoymuşdur. Bu mürəkkəbləşmə prosesi, məşhur olaraq, təxminən 450 milyon il əvvəl Kembri Partlayışı olaraq tanınan bir dövrdə əməlli-başlı sürətlənmişdir. Bu partlayış canlılar üçün "müsbət" bir partlayışdır və bol oksigen və getdikcə məhdudlaşan yaşayış yerlərinin yaratdığı təkamül təzyiqi nəticəsində qısa müddət ərzində sürətli və dağınıq bir spesifikasiya əmələ gətirmişdir. Və nəhayət müasir canlılara qədər gəlib çatmışdır və təkamül hələ də öz yoluna davam etməkdədir.

Ancaq təəssüf ki, canlılıq tarixindəki "partlayışlar" həmişə Kembri Dövrünün əvvəlindəki kimi yaxşı partlayışlar olmayıb. Kembri partlayışı saysız-hesabsız yeni növün əmələ gələ bilməyinə imkan yaratmışkən, Kembri Dövründən bəri əmələ gələn 5 (bəzi mənbələrə görə 6) kütləvi yox olma bəzən canlıların çoxunu bəzən isə hardasa hamısını Dünya səthindən silmişdir. İndi bunların qısaca vaxtlarına nəzər saldıqdan sonra bunlardan axırıncısına (bəzi mənbələrə görə axırdan ikincisinə) baxacağıq.
Bu proses zamanı həyat beş dəfə yox olmağın həddinə gəlib çatsa belə, necəsə tamamilə yoxa çıxmamağı bacardı. Hər dəfə yenidən başladı və, necə deyərlər, "küllərindən doğuldu". Dünyanın tarixini geolojik olarak beş period, üç era və on iki dövrə ayırırıq. Bu on iki dönəmin beşində böyük fəlakətlər baş verdi. İndi, zamanda səyahət edərək bu beş böyük yoxolmanı və sonra həyatın necə yenidən cücərdiyinə birlikdə baxaq.
Ordovik Yoxolması (445 Milyon İl Əvvəl)
İlk yoxolma bundan 445 milyon il əvvəl Ordovik Dövrünü bitirən və Silur Dövrünü başladan yoxolmadır. Kembri Partlayışından sonra inkişaf edən və təxminən 100 milyon il çeşidlənən cinslərin 57%-i (bu da növlərin 75%-i deməkdir) xəritədən silinmişdir. Əlavə olaraq bu yoxolma canlılığın şahidi olduğu ən böyük üçüncü yoxolma olaraq qeydə alınmışdır.
Ordovik Dövrü Nədir?
Ordovik Dövrü, Paleozoy Erasının ikinci alt hissəsi olan geoloji vaxt dövrüdür. 495 milyon il əvvəl başlayıb, 475 milyon il əvvəl sona çatdığı qəbul olunur. Kembri Dövründə böyük əksəriyyəti cənub yarımkürəsində yığışmış olan qitələr Ordovik dövrdə iki fərqli istiqamətdə hərəkət etdilər. Ən böyük qitə olan "Gondwanaland" cənub qütbünə doğru sürüşərkən digər üç qitə də şimala - ekvator ərazisinə doğru irəliləyərək bir-birlərinə yaxınlaşdılar. Dövr ərzində dəniz səviyyəsinin dəfələrlə qalxıb-düşməsi ilə bu qitələr tez-tez dənizlərin təzyiqinə məruz qaldılar.

Bütün dövr ərzində iqlim mülayim və yağışlı idi. Geniş ərazilərdə dayaz dənizlər var idi. Bütün bu şərtlət növlərin fərqli ətraf-mühit şəraitlərinə fərqli formalarda uyğunlaşmağına şərait yaratdı. Beləcə bir çox alt növ ortaya çıxdı və inkişaf fürsəti tapdı. "Adaptiv genişlənmə" ( və ya təkamül şüalanması) adlandırılan bu növ çeşidlənməsinin ən aydın baş verdiyi dövr Ordovik dövrdür. Dəniz onurğasızlarında və təkhüceyrəli ya da plankton növü canlılarda görünən böyük çeşidlənmə "Ordovik Dövrü Adaptiv Genişlənməsi" olaraq bilinir.
Bu dövrdə ortaya çıxan yeni qrupların əsasları midyelər, yosun heyvancıqları, mərcanlarla dərisi tikanlılardan dəniz lalələri, dəniz şabalıdları və dəniz ilanlarıdır. Təkhüceyrəli və plankton növü kiçik canlı növlərinin okeanlarda sürətlə yayılmasının nəticəsi olaraq dəniz suyunu filtrləyərək qidalanma tərzi də kəşf edilmiş oldu. Dayaz dənizlərdə geniş sahələrdə yayılmış qayaların meydana gəlməyində bu növlərin də açıq-aydın təsiri oldu.

Ən parlaq dövrlərini Kembri Dövrünün sonlarında yaşamış olan trilobedlər Kembri yoxolmasından olduqca çox təsirlənmişdir. Ancaq Ordovik adaptiv genişlənməsində Kembri Dövründə yox olan canlılardan boşalan yerlərə və şəraitlərə yerləşərək çeşidləndilər. Ordovik Dövrdə olduqca geniş yayılmış trilobedlər Kembri Dövründəki əcdadlarından olduqca fərqli formalar qazandılar. Bir çoxu tikan və düyünlər kimi quruluşlar inkişaf etdirərərkən, bəziləri bədən seqmentlərini birləşdirdilər. Fərqli ətraf-mühit şəraitində adaptasiyanın nəticəsi olaraq bəziləri iri gözlər qazandı, bəziləri isə gözlərini tamamilə itirdi. Bəziləri palçıqeşələyən tərzlərinə uyğun olaraq kürəni xatırladan burunlar qazandı. Eukariot həyatın üzvləri quruya ilk dəfə Ordovikdə çıxdı. Heyvanların quruya çıxdıqlarına dair ilk sübutlar onların bir vaxt sahil olmuş bir ərazidə gəzərkən buraxdıqları ayaq izləridir.
Ordovik Dövrün sonlarına yaxın "Gondwanland"in cənub qütbünə tərəf hərəkəti ekvator ərazisində cənub qütbünə istiqamətlənmiş isti cərəyanların hərəkətinin qarşısını aldı. Cənub qütbünü daha mülayim hala gətirən bu isti cərəyanlar olmadıqda cənub qütbündə geniş ərazilərdə yüzlərlə metr qalınlığında buzlar əmələ gəldi. Bu buzlaşma bir tərəfdən bütün planetin iqlimini sərtləşdirərkən digər tərəfdən də vacib miqdarda suyu buz olaraq bağlamış və dəniz səviyyələrinin düşməyinə səbəb olmuşdur.
Aslında maddi destek istememizin nedeni çok basit: Çünkü Evrim Ağacı, bizim tek mesleğimiz, tek gelir kaynağımız. Birçoklarının aksine bizler, sosyal medyada gördüğünüz makale ve videolarımızı hobi olarak, mesleğimizden arta kalan zamanlarda yapmıyoruz. Dolayısıyla bu işi sürdürebilmek için gelir elde etmemiz gerekiyor.
Bunda elbette ki hiçbir sakınca yok; kimin, ne şartlar altında yayın yapmayı seçtiği büyük oranda bir tercih meselesi. Ne var ki biz, eğer ana mesleklerimizi icra edecek olursak (yani kendi mesleğimiz doğrultusunda bir iş sahibi olursak) Evrim Ağacı'na zaman ayıramayacağımızı, ayakta tutamayacağımızı biliyoruz. Çünkü az sonra detaylarını vereceğimiz üzere, Evrim Ağacı sosyal medyada denk geldiğiniz makale ve videolardan çok daha büyük, kapsamlı ve aşırı zaman alan bir bilim platformu projesi. Bu nedenle bizler, meslek olarak Evrim Ağacı'nı seçtik.
Eğer hem Evrim Ağacı'ndan hayatımızı idame ettirecek, mesleklerimizi bırakmayı en azından kısmen meşrulaştıracak ve mantıklı kılacak kadar bir gelir kaynağı elde edemezsek, mecburen Evrim Ağacı'nı bırakıp, kendi mesleklerimize döneceğiz. Ama bunu istemiyoruz ve bu nedenle didiniyoruz.
Dayaz dənizlərin çəkilməsi ilə bu sularda yaşayan bir çox canlı növü yox oldu. Yüksək ehtimalla bir hissəsi də quru həyata adaptasiya etməkdə uğurlu oldu. Yoxolma ilk olarak planktonlar, echinodermslər (dərisi tikanlı olanlar), trilobedlər və zirehli balıqlar kimi tropik növlərə təsir göstərdi. Bundan sonra mərcanlar və budaqlı ayaqlıları təsiri altına aldı. Mülayim dənizlərə uyğunlaşmış yaşıl yosunlar da yoxolmadan təsirləndi. Bu yoxolmanın axrında budaqlı ayaqlılara və yosun heyvancıqlara aid növlərin təxminən yarısı yox oldu.
Xülasə, Ordovik Dövrdə dünyanın kimyəvi tarazlığı pozuldu və dəhşətli bir buz dövrünə daxil olundu. Beləcə, Dünya səthinin, demək olar ki, hamısı buz ilə örtüldü və canlıların hardasa 70 faizi yox oldu Karbondioksidin azalmağının səbəbi olaraq vulkanik fəaliyyət ya da qamma şüası partlayışı nəticəsində ozon təbəqəsinin zərər çəkməsi kimi teoriyalar da var.
Devon Yoxolması (370 Milyon İl Əvvəl)
İkinci yoxolma, birincisindən 75 milyon il sonra, təxminən 370 milyon il əvvəl meydana gəlmişdir və Devon dövrünü bitirib Karbon Dövrünü başlatmışdır. Bu yoxolmanın səbəblərindən biri, yenə də, dənizlə əlaqəlidir. Dəniz səviyyələri bu dövrdə davamlı olaraq dəyişmişdir.
Bunun səbəbi olaraq quru bitkilərinin bu dövrdə quruların hamısını işğal etməyə başlamağı və atmosferdəki karbondioksidin böyük bir hissəsini udmaqları göstərilir. Karbondioksid səviyyəsindəki bu sürətli azalma qlobal soyuqlaşmaya səbəb olmuşdur. Bu yoxolmada o dövrdə var olan bütün cinslərin 50 faizi, yəni dövrdəki bütün növlərin 75 faizi yox olmuşdur.
Devon Dövrü Nədir?
Paleozoy erasının dördüncü alt hissəsi olaraq Devon qaya sisteminin əmələ gəldiyi geoloji vaxt dövrüdür. Müasir dövrümüzdən 417 milyon il əvvəl başlamış və 354 milyon il əvvəl sona çatdığı qəbul olunur.
Devon dövrünün başlarında yer üzündə iki nəhəng qitə var idi. Qondvana və Lavrasiya. Qondvana cənub qütbünə doğru hərəkət edərkən böyük bir hissəsi də Lavrasiyanı cənubdan sıxışdırmağa başladı. Dövrün sonuna doğru iki qitə birləşərək bir nəhəng qitə Pangeyanı yaradacaqdı.
Hər iki qitənin bir-birləri ilə toqquşduqları uzun xətt boyunca yeni dağlar ortaya çıxarkən qatı vulkanik fəaliyyətlər də yaşandı. müasir dövrümüzdə səthə yaxın tapılan mədən yataqları bu dövrdə ortaya çıxıb. Hər iki qitə arasındakı okean dabanında lavanın göstərdiyi təzyiqlə qalxmalar əmələ gəldi. Bunun nəticəsi olaraq dəniz səviyyəsi bütün dünyada qalxdı.
Bu dövrdə planetin 85 faizi dənizlərlə örtüldü. Bugünkü Şimali və Cənubi Amerika, Sibir və Avstriyanın böyük bir hissəsi dövrün ortalarında dayaz dənizlərlə örtülü idi. Müasir Şimal qar adasında və Cənub Çində ilk dəfə tropik yağmur meşələri əmələ gəldi. Cənub qütbü üzərində yerləşən Amazon ərazisində buzlaqlar var idi. Dövr ərzində iqlım mülayim, hətta isti idi. Qitələrin daxili hissələrində quraqlıq da müşahidə olunurdu.

Devonun isti və dayaz dənizləri müxtəlif və çoxsaylı onurğasız qrupuna ev sahibliyi edirdi. Mərcan, süngər və yosun birgəlikləri ilə qurulan rəsiflər bu dövrdə olduqca yayılmış vəziyyətdə idi. Silur dövrünün ən geniş yayılmış qruplarından olan budaqlı ayaqlılar devon dənizlərində də müvəffəqiyyətlərini davam etdirərək həm müxtəliflik həm də yayılma cəhətdən zirvəyə çatdı. İlbizlər və midyelər kimi molyusk qrupları Silur dövründəki vəziyyətlərini qorumağa davam edərkən, Naotilioitə bənzəyən bir başayaqlıdan əsaslanmış ammonitlər meydana gəldi. Bu dövrdən sonra olduqca geniş yayılmış ammonitlərin qalıqları olan qabıqlar bu gün əhəng daşı yataqlarını əmələ gətirdi. Kembri və Ordovik dövrün baş rol aktyorları olan trilobidlər əməlli-başlı azaldı. Az sayda qrup geniş yayılmışdı və təkamül nəticəsində bəzi nəhəng formalar əmələ gəlmişdi. Balıqlar və başayaqlılar kimi sərbəst üzən yırtıcıların sayının artmağının trilobidlərin sonunu gətirdiyi düşünülür. Devon dövrün sonunda trilobid qrupların çoxu yoxa çıxdı.
Silurda əmələ gəlmiş müxtəlif balıq qrupları öz varlıqlarını qoruyub saxlayarkən, Devonda bir çox yeni balıq qrupu əmələ gəlib sürətlə müxtəlifləşdi. Balıq qruplarında müşahidə olunan bu çeşidlilik və yayılmaya görə dövr "Balıqların Dövrü" olaraq adlandırıldı. İlk dəfə Ordovikdə əmələ gəlmiş çənəsiz balıqlar olan zirehli balıqlar Devon dövrü ərzində varlıqlarını qoruyub saxladılar, ancaq dövrün bitməsilə böyük miqdarda yox oldular. İlk çənəli balıqların Silurun sonunda əmələ gəlməyindən sonra köpək balıqlarının və dəniz pişiklərinin içində olduğu qrup olan qığırdaqlı valıqlar da ilk dəfə Devonda əmələ gəldilər və müxtəlifliklərini Karbon və Permian dövrlərində artırdılar.

Bitkilər Devon dövründə böyük bir təkamül sıçrayışı gerçəkləşdirdi. Devonun əvvəllərindəki bitkilər 15-20 santimetr ölçüsündə sudan, ən azından nəmdən asılı yarpaqsız, otabənzər və sürünən bitkilər idi. Dövrün sonlarına yaxın yetkinləşmiş gövdələri, otuz metrə çatan hündürlükləri olan ilk ağacların əmələ gətirdiyi meşələr Devon qitələrini əhatə etdi və ilk toxumlu bitkilər əmələ gəldi. Bitkilərdə müşahidə olunan bu təkamül cəhətdən inkişaf nə qədər Kembridəkilərə çox oxşamasa da Devon Partlayışı olaraq dəyərləndirilir.
Bitkilərin inqilabi sıçrayış yaşadığı Devonda buna paralel olaraq onlarda təxminən eyni vaxtda əmələ gələn artropodlarda da oxşar bir inkişaf və çeşidlənmə oldu. Erkən Devon faunasının üzvləri əsasən artropodlar idi.
Devonun sonlarına yaxın bir kütləvi yoxolma yaşandı. Hələ yolun əvvəlində olan ekosistemlərin aydın bir formada təsirləndiyi yoxolmada dəniz həyatı böyük bir zərərə məruz qaldı. Rəsif qayalıqlarının tamamilə yox olması ilə yanaşı mərcanlar da ciddi bir formada azaldı. Budaqlı ayaqlılar, trilobidlər və ibtidai balıq qrupları olduqca azaldı və ya tamamilə yox oldu. Planktonik Qraptonitlər tamamilə yox oldu. Mülayim növlər, yoxolmadan tropiklərə nisbətən daha çox təsirləndi.
- 1
- 0
- 0
- 0
- 0
- 0
- 0
- 0
- 0
- 0
- 0
- 0
Evrim Ağacı'na her ay sadece 1 kahve ısmarlayarak destek olmak ister misiniz?
Şu iki siteden birini kullanarak şimdi destek olabilirsiniz:
kreosus.com/evrimagaci | patreon.com/evrimagaci
Çıktı Bilgisi: Bu sayfa, Evrim Ağacı yazdırma aracı kullanılarak 14/06/2025 01:02:32 tarihinde oluşturulmuştur. Evrim Ağacı'ndaki içeriklerin tamamı, birden fazla editör tarafından, durmaksızın elden geçirilmekte, güncellenmekte ve geliştirilmektedir. Dolayısıyla bu çıktının alındığı tarihten sonra yapılan güncellemeleri görmek ve bu içeriğin en güncel halini okumak için lütfen şu adrese gidiniz: https://evrimagaci.org/s/10823
İçerik Kullanım İzinleri: Evrim Ağacı'ndaki yazılı içerikler orijinallerine hiçbir şekilde dokunulmadığı müddetçe izin alınmaksızın paylaşılabilir, kopyalanabilir, yapıştırılabilir, çoğaltılabilir, basılabilir, dağıtılabilir, yayılabilir, alıntılanabilir. Ancak bu içeriklerin hiçbiri izin alınmaksızın değiştirilemez ve değiştirilmiş halleri Evrim Ağacı'na aitmiş gibi sunulamaz. Benzer şekilde, içeriklerin hiçbiri, söz konusu içeriğin açıkça belirtilmiş yazarlarından ve Evrim Ağacı'ndan başkasına aitmiş gibi sunulamaz. Bu sayfa izin alınmaksızın düzenlenemez, Evrim Ağacı logosu, yazar/editör bilgileri ve içeriğin diğer kısımları izin alınmaksızın değiştirilemez veya kaldırılamaz.