Paylaşım Yap
Tüm Reklamları Kapat
Tüm Reklamları Kapat

Təkamül üçün bir dəlil varmı? Təkamül üçün sübutlar nələrdir?

Təkamül üçün bir dəlil varmı? Təkamül üçün sübutlar nələrdir?
18 dakika
2
  • Blog Yazısı
Blog Yazısı
Tüm Reklamları Kapat

Təkamül, bir çox digər elmi məsələlər kimi, tək bir dəlili olan və ya mövcud dəlillərin tək başına bir məna daşıdığı bir təbiət qanunu deyildir. Qanunlar nəzəriyyələr olmadan bizə çox məlumat verə bilməz. Məsələn, ən azından Nyutonun cazibə qüvvəsi nəzəriyyəsi olmadan cazibə qanunu mənalandırmaq mümkün deyil; Bu səbəblə də insanlar min illər boyu cazibə qüvvəsi mövcud olan mühitdə yaşasalar da, bu qanun yalnız Nyutondan sonra (o vaxtdan bu günə bu anlayış da xeyli dəyişmişdir) məna qazana bilmişdir. 

Təkamülün dəlilləri də bir tədqiqat sahəsi olaraq təkamül biologiyasının və bu tədqiqat sahəsinin mərkəzində dayanan Təkamül nəzəriyyəsinin tərkibində yer almaqdadır. Bu sahədəki hər bir tapıntı, araşdırılan hər bir canlı, kəşf edilən hər xüsusiyyət və bunların necə o günkü hallarına gəldikləri təkamül üçün dəlillərdir. Başqa sözlə, bu yazını oxuyan bir şəxs kimi sizin varlığınız təkamülün sübutudur! Çünki təkamül olmadan sizin və ya daha dəqiq desək mənsub olduğunuz Homo sapiens növünün bu gün necə var olduğunuzu izah etmək üçün bir yol yoxdur. Təkamül nəzəriyyəsi, ən kiçikdən ən böyüyünə qədər, müasir və nəsli kəsilmiş növlərin hər cür xüsusiyyətlərinin hər cür dəyişikliklərini izah etməyə müvəffəq olmuş yeganə nəzəriyyədir.

Tüm Reklamları Kapat

Bu səbəbdən təkamül nəzəriyyəsinə dəlil olan məlumatları axtarmaq mənasızdır; çünki təkamül fiziki bir qanun deyil, bioloji qanundur. Buna görə də cazibə qüvvəsi kimi bütün varlıqlara təsir etmir; yalnızca bioloji varlıqlara təsir edir. Bu səbəbdən də təkamülün dəllilərini bioloji varlıqlarda və onların xüsusiyyətlərində axtarmaq lazımdır. Bunu etməyə başladıqda, hər canlının hər xüsusiyyətinin bu günlərə gəlişinin təkamülün sübutu olduğu görüləcəkdir. Məsələn, insanların genetik, morfoloji, anatomik, fizioloji dəlillərinin də işarət etdiyinə əsasən, dörd ayaqlı əcdadlardan meydana gəlmiş olmasına baxmayaraq, iki ayaq üstə yaşamaqları təkamülün birbaşa sübutudur; çünki təkamül olmadan dörd ayaqlı canlılardan iki ayaqlı canlıların təkamülü mümkün deyil. Eyni şəkildə, bir kəpənəyin qanadlarında olan və ovçularını yanıltmağa yönəlmiş kamuflyaj təkamül olmadan seçilərək o canlıya qazandırıla bilməz; buna görə də, yenə morfoloji, genetik və fizioloji tədqiqatlardakı məlumatlardan bir daha bilirik ki, sözügedən kamuflyajı olan kəpənəklərin əcdadlarında eyni kamuflyaj olmamışdır və bu əcdadların yaşadığı mühit də əvvəldən belə bir kamuflyaj tələb etməmişdir. Buna görə də əvvəllər yaşamayan, lakin bu gün yaşayan kəpənəklərin bu xüsusiyyətləri yalnız təkamül prosesi nəticəsində mövcud ola bilər və bunun üçün başqa bir elmi izahat yoxdur.

Üstəlik, təkamülün əsas tərifi olan populyasiyada gen və xüsusiyyət paylanmasının zamanla dəyişməsi riyazi olaraq da sübut olunur. Riyazi çıxarmaq mümkün olan Kouz teoremi adlandırılan və buna baölı olaraq riyazi çıxarm edilən Hardy-Weinberg tarazlığı kimi populyasiya dinamikası tənlikləri təkamülün riyazi əsaslarını təmin edir və onun həm nəzəriyyə, həm də teorem olaraq öyrənilməsini mümkün qılır

Tüm Reklamları Kapat

Təkamülün "Sübutları" haradadır?

"Təkamülün Sübutu", hələ də elmi cəmiyyətdə mübahisə etməyə ehtiyacı olmayan, lakin elmi xeli bir geridən izləyən insanlar arasında hələ də şiddətli müzakirə mövzusudur. Əslində, "təkamülü sübutu" qəliblşməsi belə səhvdir. Çünki təməl elmlərdə adətən "dəlil" əvəzinə "tapıntı" sözünü işlədirik; çünki "sübut" riyazi bir termindir. Texniki cəhətdən, hətta cazibə kimi daxili təbiət qanunları da müşahidəyə əsaslanan sübutu yoxdur; bunun yalnız müşahidə yönlü tapıntılar var. Ancaq eynilə təkamül yönlü dəyişikliyi edə biləcəyimiz kimi, cazibə qüvvəsi fenomenini də riyazi olaraq əsaslandıra və bu təməllərin nəticələrini təbiətdə görə bilərik. 

Elə məhz bu səbəbdən də fizikada (və ya digər fənlərdəki) nəzəri tədqiqatlardan gələn çxarışlarının müəyyən edilməsi həyəcanverici elmi xəbərlərin mövzusu olur. Nəzəriyyə təcrübə ilə təsdiq olunduğu zaman güc qazanır. Təkamül nəzəriyyəsinin bəşər tarixində indiyə qədər görülmüş ən güclü nəzəriyyələrdən biri olmasının səbəblərindən biri də nəzəriyyə ilə təcrübə arasındakı uyğunlaşmanın miqdarıdır.

Təkamül struktur olaraq bir təbiət qanundur. Təbiət qanunlarının özləri və təsirləri müşahidə olunur. Buna görə burada "dəlil" deyildikdə nəzərdə tutulan daha çox "müşahidə" dir. Bu müşahidələr təbiətdəki təkamül qanununun birbaşa göstəriciləridir. Bu tapıntılar əsasında elm adamları təkamül nəzəriyyəsi adlanan elm tarixinin gördüyü ən möhtəşəm nəzəriyyəni yeniləyir və inkişaf etdirir və həqiqətə ən yaxın hala gətirirlər. Başqa sözlə, təbiətdəki təkamül qanununun niyə və necə o şəkildə olduğunu izah etməyə çalışan Təkamül nəzəriyyəsi gücünü alimlərin təkamülə yönəlmiş təcrübəsi və tapıntılarından əldə edir.

Evrim Ağacı'ndan Mesaj

Bir elmin və ya nəzəriyyənin gücünü birdən çox elm sahəsi ilə təhlil edildikdə eyni nəticələr verməklə ölçürük. Məsələn, bir zamanlar bir elm kimi bazara çıxarılmağa çalışılan "frenologiya" (bu, təxminən "kəllə sümüyü ilə məşğul olmaq" kimi tərcümə olunur) fərqli elm sahələrinin (məsələn, genetika elmindən gələn məlumatların) bu fikri tamamilə təkzib etdiyi üçün inkar edilmiş bir sahədir. Ancaq Təkamül nəzəriyyəsi düşünə biləcəyiniz hər bir elm sahəsi tərəfindən test edilib istifadə edildiyində, hər dəfə gözlənilən nəticələr verən, tutarlı və ardıcıl bir elm sahəsidir. İlkin mərhələdə tətbiqetmələr nevrologiyadan antropologiyaya, psixologiyadan ekologiya, tibb, paleontologiya və geologiyaya qədər bir çox istiqamətdə bir inqilaba səbəb oldu. Hətta daha sonra onun gücü o qədər aydın başa düşüldü ki, iqtisadiyyatdan memarlığa, mühəndisliyə qədər saysız-hesabsız "əlaqəsiz kimi görünən" sahələrdə belə özünə yer tapmağı və bu sahələrdə inqilablar yaratmağı bacardı. Bu səbəblə də Təkamül nəzəriyyəsi və ümumiyyətlə təkamül biologiyası elm tarixinin gördüyü ən güclü sahələrindən biri kimi xatırlanır. Elm tarixində az sayda nəzəriyyələr bu qədər geniş əks-səda yaratmağı və birbaşa və ya dolayı yolla elmin bir çox sahəsinə təsir göstərməyi bacarmışdır.

Bəs təkamül haqqında müşahidələrimiz haradan qaynaqlanır? Xalqa məlum olan formada soruşsaq: "Təkamül üçün dəlillər haradadır?" Bu suala cavab tapmaq üçün rahat bir neçə yüz səhifə kitab yazmaq mümkündür. Çünki bir şeyin varlığına dair sübutlar mübaliğəli desək, dağlar qədərdirsə, təkamül biologiyasına dair dəlillərin təsviri "sıra dağlar qədər" olmalıdır. Bu da qısa bir xülasə hazırlamağı çətinləşdirir. Ancaq bir neçə başlıq altında təkamülün növləri dəyişdirən bir təbiət qanunu olduğunu, birdən çox növün əmələ gəldiyini və fərqliləşəcəyini, mövcud olan bütün növlərin ortaq əcdadlardan təkamül keçirib mövcud olduğunu göstərən məlumatları təqdim etməyə çalışaq: 

1) Həyatın iyerarxik quruluşu

Carl von Linneaus (Linne) -dən əvvəl növlərin təsnif edilməsinə çox cəhd edilmişdir; lakin bunların heç biri işləmədi. Məsələn, bir alim növləri 5 kateqoriyaya bölməyə çalışdı və bunun üçün illər sərf etdi. Ancaq bir problem var idi: növlər sadəcə 5 kateqoriyaya bölünə bilməzdi! Çünki növlər arasında dəqiq və aydın şəkildə müəyyən edilmiş sərhədlər yox idi! Bu növlər bir-birlərindən müstəqil şəkildə mövcud deyildi (və ya mövcud edilməmişdi ). Onların hər biri ortaq keçmişin fərqli səhifələri kimi idi.

Yaxın araşdırmalar, növlərin "təbii qruplar" meydana gətirdiyi gerçəyini göstərdi. Bu qrupları Linne əvvəli təşəbbüsçülərin etməyə çalışdıqları kimi bu qrupları üfüqi bir təsnifat olaraq izah etmək mümkün deyildi. Növlər əcdadlarından fərqlənərək indiki formasını aldılar; buna görə əcdad əlaqələrini aşkar etmək üçün bir təsnifat hazırlanmalıdır.

Bu gün müasir elmdə "binominal nomenklatura" olaraq bilinən Linne tipli adli adlandırma, təkamül reallığının tətbiqidir. Növlər müstəqil olaraq mövcud olsaydı, onları təsnif etmək çox asan olardı. Ancaq belə bir vəziyyət yoxdur. Təbiətdə bir davamlılıq var və təkamül bu davamlılığı izah edən təbiətin yeganə bioloji qanundur.

Tüm Reklamları Kapat

2) Struktur oxşarlığı (Homologiya)

İki şeyin oxşarlığı müxtəlif səviyyələrdə ola bilər. Məsələn, sarı alma və armudu müqayisə edə bilərsiniz; bu təəccüblü deyil. Eynilə, "uçan şeylər quşdur" kimi ətraflı öyrənmədiyiniz varlıqları təsnifləşdirmək də başa düşüləndir. Ancaq elmi bir perspektivə baxmağa başladıqda, işlər dəyişir. 

Tamamilə müstəqil qruplar olan balıqlarda (bəzi qruplarda), amfibiyalarda, sürünənlərdə, quşlarda və məməlilərdə eyni sümük nümunəsini ("1 sümük, 2 sümük, çoxlu sümük və barmaq" şəklində gedən naxış) görsəniz, dayanıb düşünməlisiniz.

Bir-birindən müstəqil olan quruluşlar bir-birinə bənzəməməlidir. Məsələn, bir qayıq velosipedə bənzəmir. Onlar müstəqil işlər görmək üçün hazırlanmış ayrı istehsal xətlərinin məhsuludur. Ancaq Coca Cola və Fanta bir-birlərinə oxşardır. Ortaq bir tarixi bölüşürlər.

Təəccüblüdür ki, tamamilə müstəqil mühitdə yaşaya bilən ixtisaslaşdırılmış növlərin bədənlərində saysız-hesabsız oxşarlıqlar görürük. Bunu elmi şübhəçilik ilə sorğuladığımız zaman, bu canlıların ortaq bir keçmişi bölüşdüyü qənaətinə gəlməliyik.

Tüm Reklamları Kapat

Bir balina və bir adam eyni istehsal xəttinin məhsuludur. Sadəcə bir-birlərindən çox öncə ayrıldılar və fərqli mühitlərə uyğunlaşmaq üçün təkamül etdilər. Ancaq yenə də atalarından qalan izləri daşıyırlar.

Yabani arılaırn və bal arılarının iynələri ovipositor adlanan yüksək inkişaf etmiş toxunma orqanlardır. Bütün canlıların quruluşunda sol əlli amin turşuları var, halbuki onlar tamamilə sağ əlli amin turşularından əmələ gəlsə idilər, problemsiz şəkildə fəaliyyət göstərəcəkdilər. Təbiətdə bu sağ əlli amin turşuları var; lakin buna rəğmən bütün canlılar sol əlli amin turşularından ibarətdir. Müstəqil bir istehsalın belə oxşarlıqlara ehtiyacı yoxdur.

3) Embrioloji oxşarlıqlar

Bir-birindən tamamilə müstəqil görünən canlıların embrional vəziyyətlərinə baxsanız, təkamülün mübahisəsiz bir həqiqət olduğunu görə bilərsiniz.

İlk bir neçə həftədə bir toyuq, delfin, fil və insanın embrionlarını ayırmaq mümkün deyil. Çünki bunların hamısı ortaq bir bədən planının, ortaq bir genetik / təkamül keçmişinin məhsuludur. Hətta bu ümumi genetik quruluş bəzən lazımsız istehsala səbəb olur. İnsanlarda atalarından gələn quyruqlar, embrional mərhələdə meydana gəlir və sonra məhv edilir. Eynilə, insanlarda embrional mərhələdə qəlsəmələr əmələ gəlir; sonra fərqliləşir və digər bədən orqanlarına çevrilirlər. Qarışqayeyənlərin çənələrində embrional dövrdə diş əvvəli quruluşlar əmələ gəlir və sonra məhv edilir. Əgər növlər bir təkamül tarixi bölüşməsəydi, bu şəkildə mənasız və aydınca sərfiyyat olan istehsal-yıxım proseslərinə ehtiyac olmazdı.

Tüm Reklamları Kapat

Agora Bilim Pazarı
Yaşam Bilimi: Biyoloji (Sadava)

ODTÜ’lü biyologların yakından tanıyacağı bu kitap, biyoloji hakkında yazılmış en kapsamlı ders kitaplarından birisi. Biyolojiyi eksiksiz olarak öğrenmek isteyenler için kesinlikle tavsiye ederiz!

  • Yazarlar: David Sadava , David M. Hillis , H. Craig Heller , May R. Berenbaum
  • Çevirmenler: Ertunç Gündüz , İsmail Türkan
  • Yayınevi: Palme Yayınevi – Akademik Kitaplar
  • ISBN: 9786053552611
  • Sayfa Sayısı: 1266
  • Baskı Sayısı: 9
  • Ebatlar: 23.5×28.5 cm
  • Basım Yılı: 2014

Notlar:

  1. Bu kampanya, Palme Yayıncılık tarafından Evrim Ağacı okurlarına sunulan fırsatlardan birisidir.
Devamını Göster
₺1,250.00
Yaşam Bilimi: Biyoloji (Sadava)
  • Dış Sitelerde Paylaş

4) Degenerasiyaya uğramış xüsusiyyətlər

Təkamül gələcəyi görə bilməz. Bir orqanın nə vaxt iş qabiliyyətini itirəcəyini və nə vaxt işləyəcəyini bilə bilməz. Hətta təkamül hər hansı bir şeyi də bilə bilməz. Təkamül bir təbiət qanunudur. Cazibə qüvvəsi nə qədər şey "bilirsə", təkamül də o qədər bilir. Təkamül qanununun tək etdiyi şey ətraf mühitə ən uyğun olanları seçib qalanlarını aradan qaldırmaqdır. Ətraf mühit dəyişdikcə "uyğunluq" anlayışı da dəyişir. Bu iə bizə çox açıq şəkildə bir təkamül baş verən hadisələri müşahidə etməyə imkan verir: Əvvəllər işləyən orqanlar, sonradan iş qabiliyyətini itirmiş hala gəlirlər. Çünki artıq təbiət dəyişmişdir.

Artıq iş qabiliyyətini itirmiş bir orqanı davamlı olaraq yetişdirmək, böyütmək, bəsləmək və baxım göstərmək böyük bir xərcdir. Bu onu daha az yetişdirənlərə daha sərfəli olacaq. Çünki orqanın yetişməsinə, böyüməsinə və s. sərf etdikləri enerjini , həyatda qalmaq üçün xərcləyə bilərlər. Beləliklə, bu disfunksiyalı quruluşları daha kiçik, daha az bəsləyən şəxslər və ya ümumiyyətlə yetişdirməyənlər üstünlük qazanacaqlar. Bu da təkamül prosesinin çox uzun bir proses olduğu üçün tamamilə yoxa çıxmamış, lakin yox olmaqda olan orqanların bədənimizdə mövcud olmağına səbəb olur. Təkamül həqiqi olmasa və növlər sabit olsaydı, bunu görməyi gözləməzdik.

5) Konvergensiya

Təkamül, növlərin təbii yaşayış mühitinəadaptasiya olması, yəni uyğunlaşma prosesidir. Əgər təkamül həqiqət olmasa idi, bir-birindən bağımsız soy xətlərindən gələn canlıların oxşar yaşayış sahələrində oxşar xüsusiyyətlər qazanmasını gözləməzdik. Ancaq bunu görürük, həm də çox görürük. Məsələn, bütün balıqların əcdadları su canlılarıdır. Suda yaşamağa uyğun müəyyən uyğunlaşmalara sahibdirlər. Üzgəclərinin quruluşu, duzluluğu tənzimləmək qabiliyyəti, nəfəs alma şəklindəki fərqlər və s. buna misaldır. Çox kiçik bir qrup istisna olmaqla, heç bir balıqda quruya uyğunlaşma yoxdur. Digər tərəfdən, məməlilər sırf quru canlılarıdır. Bütün yaxın atalarının quruya uyğunlaşmaları var və dənizdəki əcdadlarından tamamilə ayrılıblar. Buna baxmayaraq delfinlər, balinalar, qulaqlı suitilər və s. Heyvanlar da suda yaşayır; lakin onlar balıq deyillər, məməlilərdirlər! Kürkləri var, süd vəziləri var, övladlarını diri-diri doğurlar, isti qanlıdırlar və daha bir neçə xüsusiyyətləri var... Beləliklə, onların məməlilər olduğuna şübhə yoxdur. Halbuki, balıq kimi barmaqları var; nəfəs almaq baxımından quruda yaşayan əqrabalarında bir çox fərqli quruluşları təkamül etmişdir. Ancaq yenə də o əcdadlarına xas quru xüsusiyyətlərini özlərində saxlayırlar. Bu təkamülün var olduğunun ən dəqiq nümunələrindən biridir. 

6) Çox da uyğun olmayan (Sub-Optimal, Alt-Optimum) dizaynlar

Dediyimiz kimi, təkamül kordur, beyni yoxdur. Gələcəyi görə bilməz, düşünə bilməz, qərar verə bilməz. Sadəcə təbiətdəki ən uyğunlaşa bilənləri seçən təbiət qanunudur . Təbiətin bu qanunu sayəsində mövcud olduqları ətraflarına olduqca uyğun görünən canlılar təkamül edə biliblər. Bu da öz növbəsində sonradan baxıldığında canlıların tam da orada yaşamaq üçün şəkilləndirildiyi düşüncəsi yaradır. 

Bu bəsit biryanılmadır. Suyun bir çuxuru doldurmağa qadir olması, çuxurun suyun onu doldurması üçün yaranması demək deyil. Eynilə canlıların ətraf mühitə uyğunlaşaraq həmin mühit üçün uyğun görünməsi, canlıların və ətraf mühitin xüsusi bir şəkildə təyin olunduğu anlamına gəlmir.

Üstəlik, əslində təkamülün məhsulu olan insan zəkası belə təkamüldən uğurlu dizaynlarına malikdir. Təkamül əlindəki materialdan istifadə etməlidir, hər şeyi silə bilməz, yenidən düzəldə bilməz. Bu səbəbdən canlılarda çox qüsurlu quruluş var. Bunlardan bəzilərini vestigial orqanlarla əlaqəli məqaləmizdə görmək olar. Digər tərəfdən, insanlar istədikləri zamangeri dönə, bir dizaynı ata və yeni bir dizayna başlaya bilərlər.

Təkamülün 4 milyard illik tarixi baxımından insan elminin hələ də sadə bir səviyyədə olduğu aydınlaşır. Ancaq belə də düşünmək olar: Təkamülün bir canlını yerdən havaya qaldırmağı (uçurtmağı) üçün milyardlarla il lazım gəldi. Digər tərəfdən insan zəkası isə bir neçə yüz ildə bir maşını havalandırmağı bacarmışdır. Əlbətdə ki, təbiətdəki məhsullar bizdən bir qədər daha uğurlu olur; lakin bunlar insanın hazırladığı qədər uğurlu deyildir. İnsanları ümumiyyətlə məhdudlaşdıran texnoloji çatışmazlıqdır. Ancaq xəyal gücümüzün heç bir hüdudu yoxdur və təbiət bu təsəvvürdən çox geri qalır. Bu da öz növbəsində təkamülün təbiətin kor qanunu kimi mövcud olanların ən yaxşısını çıxarmağa çalışdığını təsdiqləyir. Canlılar diqqətlə yaradılmayıb.

7) Coğrafi bölgülər

Bəzi canlılar yalnız müəyyən coğrafi ərazilərdə olur. Onlar sanki coğrafiya ilə məhdudlaşırlar. Məsələn, marsupiallara yalnız Avstraliyada rast gəlinir. Təkamül tarixinə nəzər saldıqda, həqiqətən "məhdudlaşdıqlarını" görürük. Bu canlılar Avstraliya bir qitə olaraq digərlərindən ayrıldıqdan sonra və canlılar orada həbs edildikdən sonra inkişaf etmişdir. Təkamül kimi təbii bir proses olmasaydı, belə sərhədlər olmazdı. Hər canlı varlığı hər yerdə tapılmış olardı. Ancaq biz bunu Yer üzündə görmürük. Coğrafi proseslər bioloji təkamülü formalaşdırmışdır.

8) Ara keçid növləri

Onların inadla olmadıqları iddia edilsə də, elmdə minlərlə "ara növ" vardır. Həm fosil, həm də bir canlı kimi .. Bu ara növlər təsadüfi olaraq alacağınız iki müasir növ "arasında" olan canlılar deyil. Məsələn, timsah və ördək arasında keçid tapa bilməzsiniz. Bu, təkamül haqqında təhrif olunmuş bir qavrayışın məhsuludur, əslində isə təkamül bundan bəhs etmir.

Keçid növləri bir əcdad növ və bir nəvə arasında keçid deməkdir. Məsələn, dəniz və quru canlıları arasında. Gedib iki əlaqəsiz torpaqda yaşayan canlını alıb aralıq keçidini tapa bilməzsiniz. Çünki təkamül tarixində birindən digərinə keçid olmayıb. Ancaq bir əcdad və ya bir əcdada yaxın olan növü əla alaraq nəvə ilə keçid növü axtara bilərsiniz.

Tüm Reklamları Kapat

Məsələn, Ördəkburun adlı canlılar texniki olaraq məməlilərdir. Bununla birlikdə, dimdikləri var, zəhərlidirlər, elektrik enerjisi ilə istiqamətlərini tapır və üstəlik, yumurtalamaq yolu ilə çoxalırlar! Sürünənlər və məməlilər arasında yaşayan bir keçid növüdürülər . Eynilə, ağciyəri olan balıqlar dəniz və quruda yaşayan canlılar arasındakı ara növlərdir!

Bunlardan başqa çox sayda fosil ara növü də tapılmışdır. Bunlar canlıların böyük və xüsusi qrupları (məsələn, dinozavrlardan quşlara) arasındakı keçidləri göstərən növlərdir. Bu şəkildə minlərlə qalıq var və onlar muzeylərdə nümayiş olunur.

Uzun sözün qısası, təkamül dəlillərini saymaqla bitirmək mümkün deyildir. Bunlar yalnız ümumi kateqoriyalardır! Bir də, onların alt başlıqlarına enməyə başlasanız, hər birinin altında onlarla alt başlıq tapmaq mümkündür. Bu alt başlıqların da hər birinə uyğun milyonlarla növ və növ xüsusiyyətlərini tapmaq mümkündür!

Bu səbəblə də tək bir fosil tapmasaq da, bu, təkamül nəzəriyyəsinə ən kiçik dərəcədə təsir göstərməzdi. Fosillər, növlər daxilində davam edən dəyişikliklərin (mikroevolyasiya) növlərarası dəyişikliklərə (makroevolyasiya) çevrilə biləcəyini göstərən funksional məlumatlardır. Ancaq təkamülün davam etdiyini, növlərini dəyişdirdiyini, yeni növlər yaratdığını, mövcud olanları məhv etdiyini görmək üçün fosillərə ehtiyac duymuruq.

Okundu Olarak İşaretle
4
0
  • Paylaş
  • Alıntıla
  • Alıntıları Göster
Paylaş
Sonra Oku
Notlarım
Yazdır / PDF Olarak Kaydet
Raporla
Mantık Hatası Bildir
Yukarı Zıpla
Bu İçerik Size Ne Hissettirdi?
  • Mmm... Çok sapyoseksüel! 1
  • Muhteşem! 0
  • Tebrikler! 0
  • Bilim Budur! 0
  • Güldürdü 0
  • İnanılmaz 0
  • Umut Verici! 0
  • Merak Uyandırıcı! 0
  • Üzücü! 0
  • Grrr... *@$# 0
  • İğrenç! 0
  • Korkutucu! 0
Kaynaklar ve İleri Okuma
  • D. Futuyma. (2009). Evrim. ISBN: 978-0878932238. Yayınevi: Sinauer Associates, Inc..
Tüm Reklamları Kapat

Evrim Ağacı'na her ay sadece 1 kahve ısmarlayarak destek olmak ister misiniz?

Şu iki siteden birini kullanarak şimdi destek olabilirsiniz:

kreosus.com/evrimagaci | patreon.com/evrimagaci

Çıktı Bilgisi: Bu sayfa, Evrim Ağacı yazdırma aracı kullanılarak 19/03/2024 08:57:35 tarihinde oluşturulmuştur. Evrim Ağacı'ndaki içeriklerin tamamı, birden fazla editör tarafından, durmaksızın elden geçirilmekte, güncellenmekte ve geliştirilmektedir. Dolayısıyla bu çıktının alındığı tarihten sonra yapılan güncellemeleri görmek ve bu içeriğin en güncel halini okumak için lütfen şu adrese gidiniz: https://evrimagaci.org/s/8897

İçerik Kullanım İzinleri: Evrim Ağacı'ndaki yazılı içerikler orijinallerine hiçbir şekilde dokunulmadığı müddetçe izin alınmaksızın paylaşılabilir, kopyalanabilir, yapıştırılabilir, çoğaltılabilir, basılabilir, dağıtılabilir, yayılabilir, alıntılanabilir. Ancak bu içeriklerin hiçbiri izin alınmaksızın değiştirilemez ve değiştirilmiş halleri Evrim Ağacı'na aitmiş gibi sunulamaz. Benzer şekilde, içeriklerin hiçbiri, söz konusu içeriğin açıkça belirtilmiş yazarlarından ve Evrim Ağacı'ndan başkasına aitmiş gibi sunulamaz. Bu sayfa izin alınmaksızın düzenlenemez, Evrim Ağacı logosu, yazar/editör bilgileri ve içeriğin diğer kısımları izin alınmaksızın değiştirilemez veya kaldırılamaz.

Tüm Reklamları Kapat
Keşfet
Akış
İçerikler
Gündem
Bellek
Genel Görelilik
Maske Takmak
İklim Değişikliği
Bilim İnsanları
Kök Hücre
Antibiyotik
Mers
Araştırmacılar
Nükleer Enerji
Evrim Ağacı
Böcek Bilimi
Çekirdek
Siyah
Avcı
Temel
Gıda Güvenliği
Uterus
Çevre
Amerika Birleşik Devletleri
Çiçek
Film
Karar Verme
Kuş
Demir
Aklımdan Geçen
Komünite Seç
Aklımdan Geçen
Fark Ettim ki...
Bugün Öğrendim ki...
İşe Yarar İpucu
Bilim Haberleri
Hikaye Fikri
Video Konu Önerisi
Başlık
Gündem
Bugün Türkiye'de bilime ve bilim okuryazarlığına neler katacaksın?
Bağlantı
Kurallar
Komünite Kuralları
Bu komünite, aklınızdan geçen düşünceleri Evrim Ağacı ailesiyle paylaşabilmeniz içindir. Yapacağınız paylaşımlar Evrim Ağacı'nın kurallarına tabidir. Ayrıca bu komünitenin ek kurallarına da uymanız gerekmektedir.
1
Bilim kimliğinizi önceleyin.
Evrim Ağacı bir bilim platformudur. Dolayısıyla aklınızdan geçen her şeyden ziyade, bilim veya yaşamla ilgili olabilecek düşüncelerinizle ilgileniyoruz.
2
Propaganda ve baskı amaçlı kullanmayın.
Herkesin aklından her şey geçebilir; fakat bu platformun amacı, insanların belli ideolojiler için propaganda yapmaları veya başkaları üzerinde baskı kurma amacıyla geliştirilmemiştir. Paylaştığınız fikirlerin değer kattığından emin olun.
3
Gerilim yaratmayın.
Gerilim, tersleme, tahrik, taciz, alay, dedikodu, trollük, vurdumduymazlık, duyarsızlık, ırkçılık, bağnazlık, nefret söylemi, azınlıklara saldırı, fanatizm, holiganlık, sloganlar yasaktır.
4
Değer katın; hassas konulardan ve öznel yoruma açık alanlardan uzak durun.
Bu komünitenin amacı okurlara hayatla ilgili keyifli farkındalıklar yaşatabilmektir. Din, politika, spor, aktüel konular gibi anlık tepkilere neden olabilecek konulardaki tespitlerden kaçının. Ayrıca aklınızdan geçenlerin Türkiye’deki bilim komünitesine değer katması beklenmektedir.
5
Cevap hakkı doğurmayın.
Bu platformda cevap veya yorum sistemi bulunmamaktadır. Dolayısıyla aklınızdan geçenlerin, tespit edilebilir kişilere cevap hakkı doğurmadığından emin olun.
Ekle
Soru Sor
Sosyal
Yeniler
Daha Fazla İçerik Göster
Popüler Yazılar
30 gün
90 gün
1 yıl
Evrim Ağacı'na Destek Ol

Evrim Ağacı'nın %100 okur destekli bir bilim platformu olduğunu biliyor muydunuz? Evrim Ağacı'nın maddi destekçileri arasına katılarak Türkiye'de bilimin yayılmasına güç katın.

Evrim Ağacı'nı Takip Et!
Yazı Geçmişi
Okuma Geçmişi
Notlarım
İlerleme Durumunu Güncelle
Okudum
Sonra Oku
Not Ekle
Kaldığım Yeri İşaretle
Göz Attım

Evrim Ağacı tarafından otomatik olarak takip edilen işlemleri istediğin zaman durdurabilirsin.
[Site ayalarına git...]

Filtrele
Listele
Bu yazıdaki hareketlerin
Devamını Göster
Filtrele
Listele
Tüm Okuma Geçmişin
Devamını Göster
0/10000
ve seni takip ediyor

Göster

Şifrenizi mi unuttunuz? Lütfen e-posta adresinizi giriniz. E-posta adresinize şifrenizi sıfırlamak için bir bağlantı gönderilecektir.

Geri dön

Eğer aktivasyon kodunu almadıysanız lütfen e-posta adresinizi giriniz. Üyeliğinizi aktive etmek için e-posta adresinize bir bağlantı gönderilecektir.

Geri dön

Close