Keşfedin, Öğrenin ve Paylaşın
Evrim Ağacı'nda Aradığın Her Şeye Ulaşabilirsin!
Paylaşım Yap
Tüm Reklamları Kapat

Azərbaycanda İlk Tədris Mərkəzləri

19 dakika
13
Azərbaycanda İlk Tədris Mərkəzləri
  • Blog Yazısı
Blog Yazısı
Tüm Reklamları Kapat

Başqa fəth olunmuş ölkələrin əhalisi kimi, azərbaycanlıların da islama keçməsi ərəb dilinin öyrənilməsi məcburiyyətini ortaya çıxarırdı. Yerlı əhali Quranın həqiqətlərindən xəbərdar olmaq üçün ilk növbədə müqəddəs kitabın yazıldığı ərəb dilini öyrənməyə məcbur idi. Digər tərəfdən, bu məcburiyyəti səbəbləndirən amillərindən biri müsəlmanın yerinə yetirməsi vacıb olan namazın yalnız Quranın dilində qılınmağın məqbul sayılması idi. Tərcümə yolverılməz hesab edilirdi. İslam dini mərasimlərinin hər yerdə ərəb dilində icra edilməsi, qalib ərəb orduları ilə ünsiyyət saxlamaq üçün zəruri olaraq ərəb dilindən istifadə olunması, Xilafətin divan işlərinin ərəb dilində aparılması və s. tədricən bu dilin hakim dilə çevrilməsinə şərait yaradırdı. Ərəb dili islam aləmində latın dilinin Avropada oynadığı rolu oynayırdı .Odur ki, qısa müddətdə ərəb dili fəth olunmuş ölkələrin əhalisinin dilini sıxışdırmağa başlayır, ədəbi məclislərin, ziyalılarının rəsmi dili ərəb dili olur. Bu işdə Xəlifə Əbdülməlik ibn Mərvanın (65- 86/685-705) əlifba islahatı, divanların ərəbləşdirilməsi, ərəb dilinin Xilafətin rəsmi dili elan edilməsi sahəsində həyata keçirdiyi tədbirləri Xilafətin tərkibində olan xalqların da dinini, mədəniyyətini, yazılı abidələrini əvvəlkindən daha artıq sıxışdırmağa başladı. Bir sözlə, ərəbləşdirmə siyasəti son dərəcə sürətlə aparılırdı. V.V.Bartold göstərirdi ki, ərəb dili nəinki islam dinini qəbul etmiş ölkələrin əhalisi arasında, həm də müsəlman olmayanlar arasında da dövlət dili kimi yayılmağa başladı. İslamlaşma, Quranın öyrənilməsi, Qurana aid ədəbiyyatın geniş yayılması tədris müəssisələrinin (ruhani məhəllə məktəbləri, mədrəsələr, təkyələr) tikintisinə güclü təkan verdi1 . Naxçıvanı Azərbaycanın yaxşı şəhərlərindən hesab edən əslən Bakıdan olan orta əsr coğrafiyaşünas-səyyah Əbdürrəşid əl-Bakuvi (XIV əsr) bu diyarın təsvirini verir və göstərir ki, şəhəri şərəfləndirən onun mədrəsələri, imarət və xanəgahlarıdır 2 . 1263-1284-cü illərdə Naxçıvana aid verilmiş bir fərmanda isə buradakı mədrəsələrin dini xeyriyyə idarəsinə məxsusluğu göstərilir. 3 Həmin fərman deməyə əsas verir ki, Müsəlman Şərqində məscid, mədrəsə, kitabxana, xəstəxana və s. bu kimi ictimai müəssisələrin təsisi ənənəsi Azərbaycan Atabəylər dövləti dövründə Naxçıvanda da geniş davam etdirilmişdir. Mədrəsələrin məqbərələr və məscidlər nəzdində olması və fəaliyyəti nəinki dini məfkurənin təsirinin artırılmasını, həmçinin onların maliyyə xərclərinin mənsub olduqları məqbərə və ya məscidin vəqfləri hesabına təmin edilməsini şərtləndirirdi. İslamı daha geniş yaymaq məqsədilə böyük şəhərlər salınarkən və ya bərpa edilərkən dini binaların tikintisinə xüsusi diqqət verilirdi. Bunlardan biri Naxçıvanın abidələri arasında özünün çox böyük ölçüləri ilə fərqlənən, lakin zəmanəmizə qədər gəlib çatmamış Ordubad Cümə Məscidi (XII əsr) idi. Təsadüfi deyil ki, Naxçıvanda olmuş səyyahların diqqətini uzun müddət Möminə Xatun Türbəsi deyil, məhz bu dini abidə cəlb etmişdir4 . Bundan başqa Naxçıvanın hər bir küçəsində çarhovuzu olan xüsusi məscidlər də fəaliyyət göstərmişdir. Onlar adətən böyük olmayan meydanlarda yerləşərək məhəllə camaatının toplaşdığı yer olmuşdur5 . Azərbaycan Atabəyləri hakimiyyəti dövründə inşa edilən müxtəlif səciyyəli binalar arasında mədrəsələr də xüsusi yer tuturdu. Ərəb müəlliflərindən əl-Cuzcaniyə görə Azərbaycan Atabəyləri mədrəsə, məscid və sarayların tikintisinə xüsusi fikir verirdilər . Xilafətə daxil olmuş ölkələrdə, o cümlədən Azərbaycanda islam mədəniyyətinin yayılmasında Xəlifə Əbdülməlik ibn Mərvanın böyük rolu qeyd olunmalıdır. Xəlifə Əbdülməlikin əlifbanı dəyişdirmək, divanlarda yazı işlərinin ərəb dilində aparılması haqqında, onun 700-701-ci illərdə başlayan islahatının müvəffəqiyyətlə həyata keçirilməsi böyük tədqiqat işləri aparmağa, mövcud elmi ədəbiyyatın xarici dillərdən ərəbcəyə tərcüməsini zəruri etmişdi. İslam coğrafiyası hüdudlarının genişlənməsi ilə müsəlmanları digər mədəniyyətlərlə (ellin, İran, hind və s.) təmasda olmağa gətirib çıxarmışdı. Bu isə onlara qarşı böyük bir marağın yaranmasına səbəb olmuşdu. Bu fərqli mədəniyyətlər arasında ortaya çıxan bir sıra diskussiya və mübahisələrdə müsəlmanlar öz inam və düşüncələrini tutarlı bir şəkildə sübut etmək və islamın üstünlüklərini göstərmək üçün həmin mədəniyyətləri dərindən tanımaq məcburiyyətində idilər. VIII əsrin axırlarında “sülh şəhəri”Bağdadda o dövr Şərqinin Elmlər Akademiyası - məşhur “Beytül-hikmə” (“Hikmət evi”) nin əsası qoyuldu.Nəhəng kitabxanası və astronomik müşahidələr üçün rəsədxanaları olan bu elm mərkəzi elm və incəsənətə qiymət verən, maarifçilik cəhdlərini təşviq edən Xəlifə Harun ərRəşidin (786-809) oğlu Xəlifə əl-Məmun(813-833) tərəfindən yaradıldı. “Beytül-hikmə”də kitabxana və bir çox rəsədxana ilə yanaşı, tərcümə şöbəsi də fəaliyyət göstərirdi. Bu intellektlər ocağında əsas cəhd fəlsəfi və elmi mətnlərin (poeziya, dramaturgiya və tarixi mətnlər istisna idi) ərəb dilinə tərcüməsinə verilirirdi. Xilafətin müxtəlif bölgələrindən olan bir çox alim elm və tərcümə sahəsində fəaliyyət göstərmək üçün “Beytül-hikmə”yə cəlb edilmişdi. Bu elm məbədində yunan və hind elmi nailiyyətinə böyük diqqət yetililirdi. Əbu Xəlifə əl-Fadl mühazirələrini dinlədiyi Talakanlı İbad əd-Dini “Dər-əl-Kutub”da (“Kitab evi”) görmüşdü. “Beytül-hikmə”dən danışarkən “Xəzinətül-hikmə”ni qeyd etməmək mümkün deyil. Xəlifə Məmun 830-cu ildə Bizansdan dönərkən oradan toplatdığı kitabları özü ilə Bağdada gətirdi. O, “Xəzinətül-hikmə”ni - kitabxananı zənginləşdirmək üçün böyük miqdarda pul ayırdı. Daha sonra xəlifə “Beytül-hikmə”nin müdiri Səlim ilə İbnü-l-Batrik, Həccac ibn Matar və Yühənna ibn Masaveyhdən (777-857) ibarət bir heyəti Bizansa göndərərək bu heyətin kitabxanalardan seçəcəyi kitabların ona göndərilməsini imperatordan rica etdi. “Beytül-hikmə”dən əvvəl isə Əməvilər sülaləsinin paytaxt şəhəri olan Dəməşqdə “Dərul-tərcümə”(“Tərcümə evi”) inşa edilmişdi1 . “Beytül-hikmə” quruluncaya qədər bir əsrdən çox müddət ərzində “Dərul-tərcümə” ayrıayrı şəxslər, şahzadə və xəlifələrin şəxsi maraqları üzrə fəaliyyət göstərmişdi 2 . Bunların arasında Əməvi şahzadələrindən Xalid ibn Yəzid ibn Müaviyə (ö. 85/704) birinci olaraq tibb, astronomiya, kimya kimi elmlərə maraq göstərmiş və bu mövzuda yazılmış yunan və qibti dilindəki əsərləri isgəndəriyyəli bir rahib olan Staphon və Maraianosa tərcümə etdirmişdi.3 İlk dəfə “Tərcümə evinə” kitabları da Xalid ibn Yəzid toplamışdır. Onun bu işini Əməvi Xəlifələrindən Mərvan ibn Hakəm (684-685) və Ömər ibn Əbdüləziz (717-720) davam etdirmişdi. Xəlifə Mehdinin dövründə (775-785) daha çox xarici mədəni mihraklarından qaynaqlanan zındıqlıq hərəkatı baş verdiyi üçün tərcümə işinə önəm verilmədi. Bir müddət sonra, Harun ər Rəşidin dövründə (786-809) yenidən bir sıra tərcümə əsərləri yarandı. Daha sonra Abbasi Xəlifəsi Mənsur tərcümə işini daha yüksək səviyyəyə qaldıra bilmişdi. Elmlərə böyük həvəs göstərən Xəlifə Mənsur özünün bildiyi hədis, fiqh, dil və ədəbiyyatdan başqa məntiq, fəlsəfə, riyaziyyat, həndəsə, astronomiya vətəbabət kimi nəzəri və təcrübi elmlərə böyük maraq göstərirdi. Özünün rəsmi tərcüməçisiolmuş Əbu Yəhya ibn əl-Batrik (v.e. 796-806-cı illər arasında) onun hamiliyi ilə Qalen və Hippokratın təbabətə dair elmi əsərlərinin ilk dəfə ərəb dilinə tərcüməsini həyata keçirmişdir. Xəlifə Mənsur Ərəstunun Orqanon adlı məntiq kitabını, ”Kəlilə və Dimnə”ni farscadan ərəbcəyə tərcümə etdirdi. Bundan başqa hindli bir səyyahın özü ilə gətirdiyi riyaziyyat və astronomiyaya aid iki kitabı tərcümə edildi. Beləliklə, hind rəqəmləri və s. islam mədəni dünyasına daxil oldu. Mənsur, oğlu Mehdiyə də bu işi davam etdirmək üçün lazımi tövsiyələr vermişdi. “Hikmət evi” akademik universitetin örnəyi kimi Xilafətin hər yerindən elmin ən müxtəlif sahələrində çalışan və müxtəlif dini dünyagörüşləri olan hindli, soqd, iranlı, türk, ərəb, qipti, bərbər, hətta çinlilərin elmi və mənəvi ideyalarının yığılaraq cəm olduğu yerə çevrildi. “Hikmət evi” özündə zəngin kitabxana, tərcümə şöbəsi və bir çox astronomiya rəsədxanalarını birləşdirirdi. Bu intellektual ocaqda əsas səy bədii, dramatik və tarixi yox, yalnız antik fəlsəfi və elmi mətnlərin ərəb dilinə mükəmməl tərcümə edilməsinə yönəlmişdi. Hiradan olan, yüksək təhsil görmüş xristian-nestorian Hunayn ibn İshaq (809-873) tərcüməçilər komandasının rəhbəri idi. Yaxşı ad qazanmış təcrübəli tibb işçisi olan Hunayn həm də yunan dilini tədris edirdi. “Beytül-hikmə”ni bir neçə dəfə görmüş ərəb müəllifi İbn ən-Nədim (v.e. 995) bu barədə bir sıra qiymətli məlumatlar vermişdir. Onun yazdığına görə yunancadan süryaniyəcə, oradan da ərəbcəyə və ya ərəbcədən yunancaya tərcümə edən mütərcimlərin sayı qırx yeddi idi, farscadan tərcümə edənlərin sayı on altı, sanskritcədən tərcümə edənlərin sayı isə üç nəfər idi.1 Məmunun Bağdad yaxınlığındakı Semmasiyada tikdirdiyi rəsədxanada tədqiqatla məşğul olan riyaziyyatçı və astronomların çoxu “Hikmət evinin” kadrlarından olan alim və ixtiraçılar idi. VIII-IX əsrlərdən antik irsin görkəmli nümayəndələrinin əsərləri Azərbaycanda da yayılmağa başladı. AMEA M.Füzuli adına Əlyazmaları İnstitutunda qorunan əlyazmaları bunu təsdiq edir. Onlardan biri suriyalı tərcüməçi Hüseyn ibn İshaqın (809- 873) oğlu, özü də IX əsrin məşhur tərcüməçisi olan Əbu Yaqub İshaq ibn Hüseynin " " (“Sad المفردة ألإدوية ə dərman vasitələri”) əsərinin əlyazmasıdır (6). Antik yunan təbibləri – Hippokrat, Halen, Aristotel və Duoklun traktatları kitabın əsas mənbələrindən sayılır. Fondda qorunan daha bir əlyazma əsli Cənubi Azərbaycanın Zəncan şəhəri yaxınlığındakı Əbhər adlı yerdən çıxan Əsirəddin Mufaddal ibn Ömər əl-Əbhərinin (v.e.1265) isgəndəriyyəli neoplatonlu Porfiri Tirskinin (232-304) o vaxtlar Aristotelin məşhur “Məntiq” əsərinə Giriş kimi yazılan “İsağuci” əsəridir. Əsər İsgəndəriyyəli neoplatonlu Porfiri Tirskinin (232-304) o vaxtlar məşhur olan dərsliyini şərh edir. Yunan idealist filosofu olan Porfiri Platonun şagirdi, neoplatonizmin görkəmli nümayəndələrindəndir. “İsağuci” antik müəlliflərin müsəlman elminə daxil olan ilk əsərlərindəndir. Onun ərəb dilinə tərcüməsi əl-Kindi, Əbül-Fərəc ibn ət-Tayyib, Əbül-Abbas Əhməd ibn Məhəmməd Mərvan əs-Sərxasi, Muhyiddin Əbdüllətif ibn Yusif əl-Bağdadi tərəfindən işlənmişdir. Lakin, əl-Əbhərinin traktatından sonra onların hamısı tədris fəaliyyəti sahəsindən sıxışdırılıb çıxarılmışdı. O, 700 il ərzində Azərbaycan, İran, Türkiyə və Orta Asiyada əsas dərs vəsaiti rolunu oynamışdır. Əsərin azərbaycanlı tərəfindən yazılması və əlyazmasının müxtəlif dövrlərdə üzünü köçürənin də azərbaycanlı (Əbdülğəni ən-Nuxəvi ibn Hacı Məhəmməd Əfəndi Xlısaqarızadı) olması Azərbaycanda əsrlər boyu təhsilə, elmə verilən yüksək qiyməti göstərir. Əsərdə deyilir: “Bu traktat məntiq haqqındadır. O bizə öyrədir ki, elm öyrənənlərə nəyi bilmək lazımdır”1 . Əl-Əbhəridən sonra şirvanlı alimlərdən Numan ibn Şeyx Səid əş-Şirvani1 və Muhyiddin ət-Talışi (təqr.XIV-XV əsrlər)2 də “İsağuci” əsərinə şərh yazmışdır. Hikmətin yüksək zirvələrinə qalxmış, ədəbiyyətın dərinliklərinə varmış, həm şeirdə, həm də nəsrdə ustad olmuş Əbu Səid Həkim əl-Urməvidən qalmış bir sıra əsərlər içərisində “Evklidin birinci və ikinci məqalənin şərhi” də olmuşdur3 . Azərbaycan şairi Xaqani Şirvaninin əmisi Kafiəddin Şirvani haqqında yazdığı şeirdə deyilir: “Onun sözü həndəsədən dəqiqdir. O, Ərəstun, Əflətun şagirdidir.” və ya “O, ədəbiyyat və elm adamıdı. O, ədəbiyyatı, fəlsəfəni dərindən bilir, demək olar ki, o, dövrümüzün fəlsəfəsini dərindən bilir, demək olar ki, o dövrümüzün Aristotelidir”4 . Bu beytlərdən görünür ki, Kafiəddin Şirvani özünün elmi, xüsusilə fəlsəfi müddəalarında dahi yunan alimləri Aristotel (e.ə. 384-322) və Platonun (e.ə. 348-328) əsərlərindən bəhrələnmişdir. Nizami Gəncəvi(1140-1211) də Ərəb Xitafətinin və İran şahlarının islamaqədərki tarixi ilə bərabər antik dörv tarixini də gözəl bilirdi. O, “Respublika”, “Qanunlar”, Platonun “Timsos”unu, Aristotelin məntiqdən bəhs edən əsərlərini, Arximed, Evklid, Hermes Trismegist, Fales Miletskiy, Appoloniy Tianskiy, Porfiriy Tirskiy və başqalarının əsərləri ilə yaxından taniş idi5 . Məhəmmədəli Tərbiyətə görə Nizaminin “İsgəndərnamə” əsəri əfsanəvi yunan dastanından alınmış bir hekayədir. Bu dastanı, ya da tarixi hadisəniİsgəndərin munşilərindən biri olmuş yunanlı Kalstensə nisbət verirlər Xəlifədən başqa bəzi varlı ailələr də şəxsi kitabxana quraraq müxtəlif əsər, tərcümə və elmi araşdırmalara böyük məbləğdə funksional pul xərcləmişdilər. “Xəzinətül-hikmə”də kitabların qorunduğu hücrələr, müəllif, mütərcim, katib, müstənsix (yazının üzünü köçürən) və mücəllidlər üçün ayrılan otaqlarla yanaşı qiraət salonu da mövcud idi. İlk əvvəllər bir tərcümə bürosu və bir kitabxana kimi təsis edilən “Beytül-hikmə” genişlənərək pozitiv elmlərin tədqiq olunduğu bir tədris mərkəzinə çevrilir. Bəzən kitabxana ayrıca “Dər-əl-Kutub” (“Kitab evi”) adlanırdı.Vaxtilə Əbu Xəlifə əl-Fadl mühazirələrini dinlədiyi talakanlı İbad əd-Dini “Dər-əl-Kutub” (“Kitab evində”) görmüşdü. Bələliklə, 500 ildən artıq bir vaxt ərzində islam elmi dünyasına qaynaq təşkil edən elm mərkəzi 1258-ci ildə Hülakü tərəfindən dağıdılmışdı. 1 A.Yakubovski “IX əsrin əvvəllərində Xilafətin Bizans, Bağdadın isə Konstantinopol üzərində üstünlüyü haqqında danışmaq mümkündür” deyərkən Xilafətin mədəni-dini həyatının inkişaf etməsini, çiçəklənmə dövrü keçirməsini nəzərdə tutmuşdu 2 . İ.E.Qrünebaum VII-XIV əsrlər arasında islamın meydana çıxması və inkişafı, müsəlman ilahiyyatı və hüququnun əsasları, ən başlıcası isə islam dininin sayəsində formalaşmış və dünya sivilizasiyasının mühüm tərkib hissəsini təşkil edən ərəb-müsəlman mədəniyyətinin, Şərq tarixi, ədəbiyyatı və incəsənətinin xüsusiyyətləri, onların antik, Bizans Qərb (Avropa) mədəniyyəti ilə müqayisəli təhlil etmiş, müqayisədə ərəb-müsəlman mədəniyyətinin həyatiliyi və bəşəriliyinə üstünlük vermiş, onun Avropa mədəniyyətinə mütərəqqi təsirini dəfələrlə qeyd etmişdir 3 .Görkəmli şərqşünas Bartold da Şərq və Qərb mədəniyyətlərini müqayisə edərək yazırdı ki, Şərqdə bir sıra elmlər, o cümlədən hesab vəcəbr inkişaf edəndə Qərbdə bu haqda təsəvvür belə olmamışdır. Hindistanda kəşf edilən rəqəmlər Qərbə Azərbaycan, İran və Misir vasitəsilə keçmişdir1 . Qərb ideoloqlarının Şərqdə, o cümlədən Azərbaycanda təhsil sistemində nəzərəçarpacaq inkişafın olmaması fikrinə İran tarixşünaslığında da rast gəlinir. İranın müasir tədqiqatçılarından Roknəddin Homayun Fərrox yazır ki, hicri 620 (1223)-ci ildən hicri 800 (1397-1398)-ci ilədək Xorasanda, Azərbaycanda və İranın digər böyük məntəqələrində mədrəsələrin təsisinə dair heç bir məlumat yoxdur. Bu barədə mənbələrdə verilən məlumat Fars, Yəzd və İsfahana aiddir2 Mövcud elmi ədəbiyyatın xarici dillərdən ərəb dilinə tərcümə olunması da inkişafa təkan verən amillərdən idi. Nəzərə alınmalıdır ki, müsəlmanların yunanlardan öyrəndikləri antik elmi tam şəkildə müzakirədən əlavələr etdikdən və müəyyən hissəsi də onlara xas olan nöqteyi-nəzərdən yenidən işləndikdən sonra mənimsəmənin özü elmi inkişaf etdirməkdir. VIII-IX əsrlərdən ərəb dilinə tərcümə olunan Aristotelin, Hippokratın və Platonun əsərləri Azərbaycanda yayılmışdı. Bu, özünü Azərbaycan şairi Xaqani Şirvaninin əmisi Kafiəddin Şirvani haqqında yazdığı şeirdə əks olunmuşdur.3 İslamın yayıldığı ilk illərdə dərs deyilən yerlər mədrəsə adlandırılmasa da Rəsuli-əkrəm (s.a.s) zamanında Mədinədə Quranın öyrənildiyi “dərül-qurra” (“qiraət evi”) adı verilən ev olmuşdur. Bundan başqa ilk inşa edildiyi gündən etibarən bir təhsil və öyrətmə qurumu kimi də fəaliyyət göstərən “Məscidu-n-nəbəviyyə” və orada yerləşən Suffəyi mədrəsələrini ilk model kimi qəbul etmək daha doğrudur.4 Qaynaqlarda mədrəsə kimi anılan ilk darussünnə isə Əbu Bəkr Əhməd ibn İshaq əs-Sıbği (ö. 342/954) tərəfindən Nişapurda inşa edilmişdir.1 Həsən ibn Məhlədi və Məhəmməd ibn Hüseyn əl-Həsəni kimi hədis alimlərinin imla məclisləri düzəltdiyi bu dərüssünnədə 1000-ə qədər müəllimin dərs deyə bildiyi göstərilir.2 Bu dərüssünnə bərdəli alim Əbu Bəkr Məkki ibn Əhməd Səadaveyh əl-Bərdəinin (ö.h. 394/1003) şərəfinə imla məclisi təşkil etmişdi. Əvvəllər imla tədrisin ən ali pilləsi sayılırdı. IX əsrdə ilahiyyatçılar və filoloqlar xüsusilə çox diktə (imla) edirdilər. Leksikologiyanı imla yolu ilə öyrədənlərin axırıncısı Əbülqasim əz-Zəccaci (v.e. 339/950) olmuşdur. ƏsSuyutiyə görə ilahiyyat sahəsində imla üsulu hələ uzun müddət davam etmişdi. Məşhur tarixçi mühəddis,“Əl-Ənsab” əsərinin müəllifi Əbdülkərim əs-Səmani (1113-1167) onun haqqında bir çoxlarının məlumat verdiyini yazır 3 . Hicri 302/914-ci ildə Nişapura gələrək orada qərarlaşan həmyerlimiz bu dərüssünnədə bağdadlı Əbülqasım, hələbli Əbdüləziz, homslu əl-Abbas İbn Cabir və onun təbəqələri haqqında rəvayət etmişdir. Əbu Bəkr ibn Səadaveyh əl-Bərdəi Nişapurda darüssünnəni qurmuş Əbu Bəkr Əhməd ibn İshaq əs-Sıbği ilə (ö. 342/954) bir vaxtda yaşamışdır. İmam Sıbği mədrəsə və onun vəqf işlərini özündən sonra tələbəsi olmuş Hakim ən-Nişapuriyə (h. 321-405/933-1014) vəsiyyət etmişdi. Hakim ən-Nişapuri Nişapurda tanış olduğu Əbu Bəkr ibn Səadaveyh əl-Bərdəini (354/965) yüksək qiymətləndirmişdi. Qeyd etmək lazımdır ki, məscidlərin nəzdində olan mədrəsələr də fəaliyyət göstərmişdir. Belə məscidlərin birinin adı əslən Urmiyadan olan azərbaycanlı şafii Şeyx Əbu Nəzar əl-Həsən ibn ƏbülHəsənin adı ilə bağlı olmuşdur.Şeyx qrammatika sahəsində tanınmış alim idi. O, “Maliku-n-nühat” (“Qrammatiklərin başçısı”) kimi şöhrət tapmışdı. Onun nüfuzu idi ki, adına Dəməşqdə məscid açılmış, o, orada dərs demişdi. İbn əl-Əsakirin məlumatından istifadə edən Yaqut əl-Həməvi “Mucəm əl-Buldən” əsərində “Maliku-n-nühat” (Qrammatiklərin başçısı) kimi şöhrət tapmış bu alimin 10-a yaxın əsərinin adını çəkir1 . Onun əsərləri arasında qrammatika ilə yanaşı digər mövzularda, o cümlədən, şeir, qiraət elmi, fiqh, dinin əsasları haqqında kitablar əsas yer tutur. Darüssünnə ilə yanaşı ”Daru-l-elm” adlanan tədris ocaqlarının da təhsilin yayılmasında xidməti olmuşdur. “Beytül-Hikmə”dən sonra yaradılan “Daru-l-elm”lərdə kitabxanalar (“xəzinə”) yalnız bu müəssisənin xüsusi hissəsini təşkil edirdi.2 Hicri 383 (993-cü) ildə Büveyhi hökmdarı Bahauddövlənin vəziri olmuş Əbu Nəsr Sabur ibn Əzdəşirin Bağdad yaxınlığındakı Kərxdə tikdirdiyi binanı “Daru-l-elm” adlandıraraq kitablarını ora daşımışdı. Əbu Nəsr bu “Daru-l-elm”i fəqihlər üçün vəqf etdiyini elan etmişdi. İbn Əl-Kəsir bu məlumatı h. 383(993-cü) il hadisələrini şərh edərkən yazmışdır 3 . Bu isə Kərxdəki təhsil ocağının Nizamiyyə mədrəsələrindən çox əvvəl yarandığı fikrini irəli sürməyə əsas verir. Artıq bu dövrdə ilahiyyat sahəsində ziddiyyətli fikirlər artırdı. IX əsrdə hədis elminin inkişafı, mühəddislərin sayının artması yerlərdə “Dər əl-hədis”lərin (hədis evi) yaranması üçün şərait yaratdı. Ərəb bioqrafik ədəbiyyatının nümayəndələrindən İbn Nöqtə Ərbildəki “Dər əl-hədis” və burada məskunlaşmış təbrizli alim Əbu-l-Xeyr Bədəl ibn Əbu-l-Mi’mar ət-Təbrizi haqqında məlumat verir. O, qeyd edir ki, Əbu-l-Xeyr ət-Təbrizi əldə edərək yazdığı çox sayda hədisi bu “Hədis evində” söyləmişdir4 . Hədis evləri ilə yanaşı azərbaycanlı alimlər “münəzərə” adlanan məclislərdə iştirak etmişlər. 1183-cü ildə Suriyaya gedən Sührəverdi bu məclislərdə fəal iştirak etmişdir. Elmi mübahisələrdə açıqfikirli ziyalıların rəğbətini qazanmasına baxmayaraq, əleyhdarları Şihabəddini azadfikirlilik üstündə taqsırlandırıb zindana saldırmışlar. Ziyalılar mədəniyyət mərkəzlərində müxtəlif məclislər, “hədis məclisləri” ilə yanaşı “və’z məclisi” də təşkil edirdilər. Belə məclislərdən biri Bağdadda Nizamiyyə mədrəsəsində çalışan müdərris Əbülxeyr Əhməd ibn İsmail ət-Talaqani tərəfindən Qəzvində təşkil olunmuşdu.

Okundu Olarak İşaretle
1
0
  • Paylaş
  • Alıntıla
  • Alıntıları Göster
Paylaş
Sonra Oku
Notlarım
Yazdır / PDF Olarak Kaydet
Raporla
Mantık Hatası Bildir
Yukarı Zıpla
Bu Blog Yazısı Sana Ne Hissettirdi?
  • Mmm... Çok sapyoseksüel! 1
  • Muhteşem! 0
  • Tebrikler! 0
  • Bilim Budur! 0
  • Güldürdü 0
  • İnanılmaz 0
  • Umut Verici! 0
  • Merak Uyandırıcı! 0
  • Üzücü! 0
  • Grrr... *@$# 0
  • İğrenç! 0
  • Korkutucu! 0
Tüm Reklamları Kapat

Evrim Ağacı'na her ay sadece 1 kahve ısmarlayarak destek olmak ister misiniz?

Şu iki siteden birini kullanarak şimdi destek olabilirsiniz:

kreosus.com/evrimagaci | patreon.com/evrimagaci

Çıktı Bilgisi: Bu sayfa, Evrim Ağacı yazdırma aracı kullanılarak 02/07/2025 08:57:49 tarihinde oluşturulmuştur. Evrim Ağacı'ndaki içeriklerin tamamı, birden fazla editör tarafından, durmaksızın elden geçirilmekte, güncellenmekte ve geliştirilmektedir. Dolayısıyla bu çıktının alındığı tarihten sonra yapılan güncellemeleri görmek ve bu içeriğin en güncel halini okumak için lütfen şu adrese gidiniz: https://evrimagaci.org/s/11580

İçerik Kullanım İzinleri: Evrim Ağacı'ndaki yazılı içerikler orijinallerine hiçbir şekilde dokunulmadığı müddetçe izin alınmaksızın paylaşılabilir, kopyalanabilir, yapıştırılabilir, çoğaltılabilir, basılabilir, dağıtılabilir, yayılabilir, alıntılanabilir. Ancak bu içeriklerin hiçbiri izin alınmaksızın değiştirilemez ve değiştirilmiş halleri Evrim Ağacı'na aitmiş gibi sunulamaz. Benzer şekilde, içeriklerin hiçbiri, söz konusu içeriğin açıkça belirtilmiş yazarlarından ve Evrim Ağacı'ndan başkasına aitmiş gibi sunulamaz. Bu sayfa izin alınmaksızın düzenlenemez, Evrim Ağacı logosu, yazar/editör bilgileri ve içeriğin diğer kısımları izin alınmaksızın değiştirilemez veya kaldırılamaz.

Aklımdan Geçen
Komünite Seç
Aklımdan Geçen
Fark Ettim ki...
Bugün Öğrendim ki...
İşe Yarar İpucu
Bilim Haberleri
Hikaye Fikri
Video Konu Önerisi
Başlık
Kafana takılan neler var?
Gündem
Bağlantı
Ekle
Soru Sor
Stiller
Kurallar
Komünite Kuralları
Bu komünite, aklınızdan geçen düşünceleri Evrim Ağacı ailesiyle paylaşabilmeniz içindir. Yapacağınız paylaşımlar Evrim Ağacı'nın kurallarına tabidir. Ayrıca bu komünitenin ek kurallarına da uymanız gerekmektedir.
1
Bilim kimliğinizi önceleyin.
Evrim Ağacı bir bilim platformudur. Dolayısıyla aklınızdan geçen her şeyden ziyade, bilim veya yaşamla ilgili olabilecek düşüncelerinizle ilgileniyoruz.
2
Propaganda ve baskı amaçlı kullanmayın.
Herkesin aklından her şey geçebilir; fakat bu platformun amacı, insanların belli ideolojiler için propaganda yapmaları veya başkaları üzerinde baskı kurma amacıyla geliştirilmemiştir. Paylaştığınız fikirlerin değer kattığından emin olun.
3
Gerilim yaratmayın.
Gerilim, tersleme, tahrik, taciz, alay, dedikodu, trollük, vurdumduymazlık, duyarsızlık, ırkçılık, bağnazlık, nefret söylemi, azınlıklara saldırı, fanatizm, holiganlık, sloganlar yasaktır.
4
Değer katın; hassas konulardan ve öznel yoruma açık alanlardan uzak durun.
Bu komünitenin amacı okurlara hayatla ilgili keyifli farkındalıklar yaşatabilmektir. Din, politika, spor, aktüel konular gibi anlık tepkilere neden olabilecek konulardaki tespitlerden kaçının. Ayrıca aklınızdan geçenlerin Türkiye’deki bilim komünitesine değer katması beklenmektedir.
5
Cevap hakkı doğurmayın.
Aklınızdan geçenlerin bu platformda bulunmuyor olabilecek kişilere cevap hakkı doğurmadığından emin olun.
Size Özel
Makaleler
Daha Fazla İçerik Göster
Popüler Yazılar
30 gün
90 gün
1 yıl
Evrim Ağacı'na Destek Ol

Evrim Ağacı'nın %100 okur destekli bir bilim platformu olduğunu biliyor muydunuz? Evrim Ağacı'nın maddi destekçileri arasına katılarak Türkiye'de bilimin yayılmasına güç katın.

Evrim Ağacı'nı Takip Et!
Yazı Geçmişi
Okuma Geçmişi
Notlarım
İlerleme Durumunu Güncelle
Okudum
Sonra Oku
Not Ekle
Kaldığım Yeri İşaretle
Göz Attım

Evrim Ağacı tarafından otomatik olarak takip edilen işlemleri istediğin zaman durdurabilirsin.
[Site ayalarına git...]

Filtrele
Listele
Bu yazıdaki hareketlerin
Devamını Göster
Filtrele
Listele
Tüm Okuma Geçmişin
Devamını Göster
0/10000

Bize Ulaşın

ve seni takip ediyor

Göster

Şifremi unuttum Üyelik Aktivasyonu

Göster

Şifrenizi mi unuttunuz? Lütfen e-posta adresinizi giriniz. E-posta adresinize şifrenizi sıfırlamak için bir bağlantı gönderilecektir.

Geri dön

Eğer aktivasyon kodunu almadıysanız lütfen e-posta adresinizi giriniz. Üyeliğinizi aktive etmek için e-posta adresinize bir bağlantı gönderilecektir.

Geri dön

Close