Evrim Ağacı

Nəsirəddin Tusi və Təkamül: Nəsrəddin Tusinin təkamül haqqında fikirləri

Nəsirəddin Tusi və Təkamül: Nəsrəddin Tusinin təkamül haqqında fikirləri

Bu, Evrim Ağacı'nın yazdığı orijinal bir məqalədir. Bu məqalədə istifadə olunan istinadlar məqalənin alt hissəsində verilmişdir. Evrim Ağacı tərəfindən yaradılan bütün məzmun, dəqiq müəyyənləşdirilə bilən, istinad edilən istinad bu səhifəyə qaytarıldıqca paylaşıla və yayıla bilər.

Türkcə və ingiliscə xaricində olan kontentlər "Evrim Ağacı"nın normal standardlarında, editorial yoxlanışdan keçmir. Buna görə də yazı xətaları, izah xətaları və "Evrim Ağacı"nda olmağını gözləmədiyiniz əskikliklər ola bilər. Bu mətnlər tamamilə yazıçıların məsuliyyətində yayımlanır və digər dillərdəki kontent keyfiyyətini artırmağa yönəlmiş işlərimiz davam edir; ancaq bu kontentlərdəki xətaların məsuliyyəti "Evrim Ağacı"na aid deyil.

Həyatı

Nəsirəddin Tusi 1201-ci il 17 fevralda Tus şəhərində anadan olmuşdur.İlk təhsilini atasından almış,sonra Həmədan və Tus şəhərlərində dövrünün tanınmış alimlərinin– İbn Sina və Bəhmənyar əl-Azərbaycaninin davamçılarının yanında təhsil görmüşdür. 1235-ci ildə Nəsirəddin Tusi sonralar ona dünya şöhrəti gətirən və bir çox dillərə tərcümə olunan məşhur "Əxlaq-i Nasiri" əsərini tamamlayır. Lakin bir müddət sonra müəyyən narazılığa görə Tusi həbs olunaraq,Ələmut qalasına aparılmışdır. O,burada sürgün həyatı keçirmişdir.Nəsirəddin Tusi qalada keçirdiyi 12 ildən bir qədər artıq müddətdə dözülməz mənəvi sıxıntılarına baxmayaraq,qaladakı zəngin kitabxanadan istifadə edərək elmi yaradıcılıqla məşğul olmuşdur. 1259-cu ildə Marağa Rəsədxanasını yaratmış, Evklid riyaziyyatının anlamını izah etmişdir. Ərəb və fars dillərində astronomiya, həndəsə, coğrafiya, fizika, tarix , tibb , fəlsəfə, məntiq və əxlaqa aid 80-dən artıq vacib kitab yazmışdır.

Tusi 25 iyun 1274-cü ildə Bağdadda vəfat etmiş və öz vəsiyyəti ilə Bağdad yaxınlığındakı Kazımeyn şəhərində dəfn olunmuşdur.

13-cü əsrin Darvini

Bu nəzəriyyə Tusinin məşhur əsəri olan "Əxlaq-i Nasiri" də üzə çıxır. Bu elmi əsəri Tusi həbsxanada olduğu vaxt yazmışdır. Daha sonra Monqol işğalı dövründə həbsxanadan azad olmuş və əsərini Monqol hakiminə təqdim edərək ona dəyişiklər etmişdir.

"Əxlaq-i Nasiri" insanların kamilliyi barədədir.

Tusi kamilliyi iki yerə bölür

  1. ‌Maddi kamillik
  2. ‌Mənəvi kamillik

O bu zaman ərəb dilində dilində "kamillik" mənasını verən "təkamül" ifadəsini istifadə edir.

Tusinin yanaşma tərzi və Darvinin "Növlərin mənbəyi" əsərindəki fikirlər arasında əsaslı fərqlər mövcuddur. Darvin bitki və heyvan nümunələri yığmaqla deduktiv mühakimədənI stifadə etmişdirsə, Tusi nəzəri yanaşmaya üstünlük vermişdir. Tusi təkamül barədə detallara çox fikir vermirdi. Müasir zamanın tələbləri ilə o alimdən daha çox filosof idi.

Tusi inanırdı ki, maddi cisim tamamilə yox ola bilməz. O yalnız forma, şərait, tərkib,rəng və digər xüsusiyyətləri dəyişə bilər və digər bir mürəkkəb və ya ibtidai maddəyə çevrilə bilər.Onun bu fikirləri qədim yunan filosofu Heraklitin fikirlərinə bənzəyirdi.

Təkamülün İlkin mərhələsi

Tusinin təkamül nəzəriyyəsi belə başlayır: "əvvəlcə kainat bərabər və oxşar elementlərdən ibarət idi. Vaxt keçdikcə daxili ziddiyyətlər ortaya çıxmağa başladı və nəticədə bəzi maddələr başqalarına nisbətən daha sürətli və fərqli şəkildə inkişaf etməyə başladı ...”

Müasir dünya görüşünə görə Tusinin ən ilkin hissəciklərinin atomlar və ya elementar hissəciklər olduğunu müəyyənləşdirmək olar. Tusiyə görə, bu ilkin mərhələdə bütün bu hissəciklər oxşar və hərəkətsiz idi. Daha sonra bu hərəkətsiz dünyanın daxilində daxili ziddiyyətlər yaranmışdı.

Tusi təkamülə yer verdiyi "Əxlaq-i Nasiri (1235)" kitabında elementlərdən başlayan səyahətin insanda necə başa çatdığını təsvir edir.

Daha sürətlə inkişaf edən elementlər Minerallara, Minerallar Bitkilərə, Bitkilər heyvanlara, heyvanlar isə insanlara çevrilmişdir. Yeni xüsusiyyətləri daha sürətli əldə edən orqanizmlər daha dəyişkəndir. Bunun sayəsində onlar digər canlılardan üstün olurlar. Bədən xarici və daxili qarşılıqlı təsirlər nəticəsində dəyişir.

Tusi deyirdi ki, ilkin maddə təkamül zəncirinin ilk əlaqəsi idi. Təbiətin 4 elementi (od, su, hava və torpaq) bu ilkin maddədən yaranmışdır. Öz növbəsində minerallar elementlərdən, bitkilər minerallardan, heyvanlar bitkilərdən, insanlar isə heyvanlardan yaranmışdır.

Tusi izah edirdi ki,irsi dəyişkənlik təkamülün əsas hərəkətverici qüvvəsidir. O yazırdı ki, bütün canlı orqanizmlər dəyişmək qabiliyyətinə malik idilər və canlı orqanizmlər öz irsi dəyişkənlik xüsusiyyətləri nəticəsində inkişaf etmişdilər. Bu fikirlər Darvinin mutasiya barədəki yazılarının sadə formasına bənzəyir.

Tusiyə görə, maddələr bir-biri ilə rəqabət aparırlar və bunun nəticəsində onların bəziləri daha yüksək səviyyəyə çatmışdır. Bəzi cisimlər isə demək olar ki, inkişaf etmirlər. Buna görə də təbiətdə inkişafın müxtəlif səviyyələri mövcuddur.

Adaptasiya

Orqanizmlərin ətraf mühitə necə uyğunlaşdığına gəldikdə, deyir:

Heyvanlar və quşlar dünyasına baxın. Onlar qorunma və gündəlik həyat üçün lazım olan hər şeyə sahibdirlər. Bu orqanların bəziləri, güc, cəsarət və müvafiq alətlər də daxil olmaqla, əsl silahlardır. Məsələn, buynuz, diş, dırnaq və ya iynə. Bəzi heyvanlarda tapılan iynələr Oxa bənzəyir. Müdafiə üçün xüsusi bir orqan olmayan heyvanlar (məsələn, ceyran və ya tülkü) tez qaçırlar və ya hiyləgər ağılları ilə özlərini qoruyurlar. Bəziləri (arılar, qarışqalar və bəzi növ quşlar) özlərini qorumaq və bir-birinə kömək etmək üçün birlikdə hərəkət edirlər.

Tusi hiss etmişdi ki, orqanizmlərin sağ qalmaq üçün çox nadir yolları vardır. Əgər orqanizmin strukturu təbiətə uyğundursa, onda həmin orqanizm kamil orqanizmdir. O inanırdı ki, dünyadakı bütün bitkilər və heyvanlar kamildir, çünki onlar sağ qalmaq üçün lazım olan keyfiyyətlərə malikdirlər. Tusi yazırdı ki, canlı orqanizmlər ətraf mühitin müxtəlif yollarla adaptasiya olunurlar. Ilkin olaraq, onlar bədənlərinin rəngini və strukturunu dəyişirlər. Beləliklə, bədənin hər bir hissəsinin öz funksiyası var. Bu yolla bəzi heyvanlar ətraf mühitə uyğunlaşmaq üçün öz strukturlarını dəyişmişdirlər. Bəzi heyvanların davranışları da dəyişmişdir.Tusi eyni zamanda ətraf mühitin təsirindən özlərini qorumaq üçün bir yerdə yaşamağa məcbur olan sosial heyvanlardan da söhbət açırdı.

Insanın mənşəyi

Nəhayət, bir insanın inkişaf etmiş bir heyvandan necə inkişaf etdiyini izah edir:

Qərb Sudanda və dünyanın digər uzaq yerlərində yaşayan bəzi insanlar. Onlar yaşadıqları ərazilərdə Heyvanlarla çox yaxındır, oxşar vərdişlər və davranışlara malikdirlər. Bir insanın onu digər canlılardan fərqləndirən bəzi xüsusiyyətləri, eləcə də heyvanların və ya hətta bitkilərin səltənətinə uyğun olan xüsusiyyətləri vardır. Bəşəriyyət baş verənə qədər, orqanizmlər arasındakı bütün fərqlər təbiətlə əlaqələndirilmişdir. Növbəti addım mənəvi təkmilləşdirilməsi, iradə, müşahidə və bilik ilə bağlı olacaq. Bütün bu reallıqlar sübut edir ki, bəşəriyyət təkamülün pilləkənləri üzrə aralıq mərhələdədir. İnsan, təbiətinə görə, aşağıdakı canlılarla əlaqəli görünür. Onu yeni səviyyəyə çıxaracaq yeganə şey onun iradəsidir.

Tusi təbiətdə olan 3 qrup canlı varlıq müəyyən edir: bitkilər, heyvanlar və nsanlar.Tusiyə görə,"heyvanlar bitkilərdən daha yüksəkdə dururlar, çünki onlar şüurlu olaraq hərəkət edə, yemək arxasınca getmək, onu tapmaq və faydalı şeylər yemək qabiliyyətinə malikdirlər.” Inkişaf etmiş heyvanlar (ən yüksək dərəcədə) həmçinin (primitiv də olsa) mühakimə yürütmək qabiliyyətinə malikdirlər və ətraf mühitə asanlıqla uyğunlaşırlar. Əgər ətraf mühitdə şərait dəyişərsə, onda bu heyvanlar da öz hərəkətlərini dəyişirlər.

Tusi inanırdı ki, insanlar ali heyvanlardan törətmişlər. Tusi deyirdi ki, insanlar təbiətdə mövcud olan bütün canlı və cansız məxluqlarla əlaqədədir. “Insanı digər varlıqlardan fərqləndirən keyfiyyətlər mövcuddur, lakin eyni zamanda onun elə keyfiyyətləri də vardır ki, bu keyfiyyətlər onu heyvanlar aləmi, bitki aləmi və hətta cansız cisimlərlə birləşdirir. ” Fərqli keyfiyyətlərə gəldikdə Tusi yazırdı ki, insanlar yalnız bioloji deyil, həm də sosial varlıqdır. Əvvəllər (insanların yaranmasından öncə) orqanizmlərin arasındaki bütün fərqlər təbii mənbəyə dayanırdı. Sonrakı mərhələ mənəvi kamillik, İradə, müşahidə və biliklə xarakterizə olunur. Tusiyə görə, insanlar heyvanlardan onunla fərqlənir ki, onlar əmək alətləri hazırlaya bilirlər.

Nəticə

Tusinin nəzəriyyəsi felsefe ve Islam üzerinde qurulub. O inanırdı ki, Allah dünyanı yaradıb və bu yaranışdan sonra dünya öz gücünə inkişaf etmişdir. Allah isə yalnız bu prosesə rəhbərlik etmiş və onu müşayiət etmişdir. Nəticədə isə,Tusinin dünyanın kamilliyi barədə fikirləri ilə tanış olan şərq alimləri həmin fikirləri din və ya fəlsəfi nöqteyi nəzərdən izah edirdilər. Bir çox xristianlar kimi, müsəlmanların da çoxu təkamül nəzəriyyəsi ilə razılaşmırlar, çünki bu nəzəriyyə rəsmi teologiyaya qarşıdır. Tusinin Darvinin inkişaf etdirdiyi bəzi prinsiplərə işarə etməsinə baxmayaraq, şərq alimləri Tusinin fikirlərini natüralist elmdən çox,insan ruhu barədə allegoriya kimi qəbul edirlər.

İstinadlar və Əlavə Oxu
  • Nəsirəddin Tusi. (2021). Əxlaqi Nasiri.
  • William L. Hosch. Naṣīr Al-Dīn Al-Ṭūsī Persian Scholar. (15 January 2022). Giriş tarixi: 15 January 2022.