Kainatı Məhv Etməyin Üç Yolu
Kainat öləcək. Bəs niyə? Çünki kainat genişlənir və zamanla genişlənmə sürəti də artır. Bəs kainatın genişlənməsinə səbəbi nədir?
Dark Energy (Qaranlıq enerji)
Kainatı genişləndirən və qalaktikaları bir-birindən uzaqlaşdıran enerji növü;
- qaranlıq enerji anlayışını ilk dəfə Einstein ortaya çıxartmışdır. O nisbilik nəzəriyyəsinə görə formullardan istifadə edərək kainatın genişlənəcəyini və ya çökəcəyini söyləmişdir. Daha sonra Edvin Habbl kainatın həmişə genişləndiyini isbat etməsiylə tapmış olduğu enerjiyə “mənasız enerji” demiş, ancaq formullar ilə sübut etdiyi “qaranlıq enerji”yə əhəmiyyət verməmişdir.
Sonralar, 1980-90-cı illərdə bəzi alimlər də Böyük Partlayış'dan sonra kainatın qaranlıq enerji vasitəsilə genişlənməsini sübut etmişlər.
Qaranlıq enerji ilə bağlı tam məlumatın olmaması səbəbilə kainatın sonu ilə bağlı 3 fikir yaranmışdır:
1. Big Rip (Böyük Parçalanma)
Kainat Böyük Partlayış'dan etibarən genişlənməkdədir. Qalaktikalar kainat genişləndikcə bir-birilərindən uzaqlaşırlar. Ancaq qalaktikalarda cazibə qüvvəsi olduğu üçün onlar (planetlər, ulduzlar və s.) bir-birlərindən uzaqlaşa bilmirlər. Bir gün kainat o qədər genişlənəcək ki, artıq cazibə qüvvəsi bu genişlənmənin qarşısını ala bilməyəcək və qalaktikaların özləri də genişlənərək parçalanacaqlar. Beləcə, planetlər, ulduzlar, qara dəliklər də parçalanaraq yox olar. Hətta atomlar (kainatdakı atomların miqdarı 3,6% təşkil edir) belə parçalanacaq və genişlənmə işıq sürətindən daha sürətli olacağı üçün o parçalanan atomlar yenidən birləşə bilməyəcəklər. Və yaşam bir də əsla mövcud olmayacaq.
2. Heat Death / Big Freeze (İstilik Ölümü / Böyük Donma)
Kainat sonsuza qədər genişlənməyə davam edərkən mövcud olan maddələr uzun müddət parçalanmadan radiasiyaya məruz qalır. Yəni başlanğıcda fərqli istiliyə malik olan maddələr hər biri zaman keçdikcə soyuyaraq eyni istiliyə sahib olurlar. Kainat genişlənməyə davam etdikcə isə bu maddələr parçalanır və hətta ulduzların yaranmasına səbəb olan qaz dumanları belə yox olmağa başlayır (həmçinin, qara dəliklər də). Kainat qaranlığa bürünür. Ancaq müəyyən bir müddət sonra genişlənmənin zəifləməsi prosesi baş verərsə, yenidən “Böyük Partlayış” hadisəsinə bənzər bir şeylər baş verə bilər.
3. Big Crunch & Big Bounce (Böyük Çöküş və Geri Dönüş)
Əslində, kainatda təxmin etdiyimiz qədər qaranlıq enerji olmaya bilər və ya bu zamanla azalarsa, cazibə qüvvəsi bütün kainatda hakim qüvvəyə çevriləcək. Kainatın genişlənməsi isə dayanacaq və kiçilməyə başlayacaq. Qalaktikalar bir-birinə yaxınlaşdıqca kainatdakı istilik də artacaq. Qara dəliklər isə qarşısına çıxdığı hər şeyi özünə çəkəcək, sonda bütün qara dəliklər birləşərək kainatı yox edəcək.
Big Bounce
Kainat davamlı olaraq genişləyərək çökür və bu keçmişdə dəfələrlə baş verib.
- 1
- 0
- 0
- 0
- 0
- 0
- 0
- 0
- 0
- 0
- 0
- 0
Evrim Ağacı'na her ay sadece 1 kahve ısmarlayarak destek olmak ister misiniz?
Şu iki siteden birini kullanarak şimdi destek olabilirsiniz:
kreosus.com/evrimagaci | patreon.com/evrimagaci
Çıktı Bilgisi: Bu sayfa, Evrim Ağacı yazdırma aracı kullanılarak 26/04/2024 12:15:12 tarihinde oluşturulmuştur. Evrim Ağacı'ndaki içeriklerin tamamı, birden fazla editör tarafından, durmaksızın elden geçirilmekte, güncellenmekte ve geliştirilmektedir. Dolayısıyla bu çıktının alındığı tarihten sonra yapılan güncellemeleri görmek ve bu içeriğin en güncel halini okumak için lütfen şu adrese gidiniz: https://evrimagaci.org/s/10262
İçerik Kullanım İzinleri: Evrim Ağacı'ndaki yazılı içerikler orijinallerine hiçbir şekilde dokunulmadığı müddetçe izin alınmaksızın paylaşılabilir, kopyalanabilir, yapıştırılabilir, çoğaltılabilir, basılabilir, dağıtılabilir, yayılabilir, alıntılanabilir. Ancak bu içeriklerin hiçbiri izin alınmaksızın değiştirilemez ve değiştirilmiş halleri Evrim Ağacı'na aitmiş gibi sunulamaz. Benzer şekilde, içeriklerin hiçbiri, söz konusu içeriğin açıkça belirtilmiş yazarlarından ve Evrim Ağacı'ndan başkasına aitmiş gibi sunulamaz. Bu sayfa izin alınmaksızın düzenlenemez, Evrim Ağacı logosu, yazar/editör bilgileri ve içeriğin diğer kısımları izin alınmaksızın değiştirilemez veya kaldırılamaz.