Zamanda Geriyə Getmək Üçün Göy Üzünə Baxmağınız Kifayətdir!

- Blog Yazısı
Hər birimiz keçmişdə yaşadığımız xoş xatirələr ya da hadisələrə geri dönmək istəmişik. Keçmişdə etdiyimiz xətaları və ya faktları dəyəşdirmək kimi düşüncələr zamanda geriyə getmə istəyini üzə çıxarmışdır. Bu yazımızda zamanda geriyə getməyin fiziki spektrdan bir analizini edəcəyik.

Zamanda səyahət etmək fikri Albert Einstein'ın 1905 və 1916 illərində yayımladığı "Xüsusi Nisbilik" və "Ümumi Nisbilik" nəzəriyyələri ilə elmi mənada gündəmə gəlmişdir. Bu iki inqilabi nəzəriyyə, mütləq zaman və mütləq ətalət sistemi haqqında düşüncələrimizi birbaşa dəyişdirmişdir. Xüsusi Nisbilik Nəzəriyyəsi qısaca desək, işığın sürəti ilə bağlı bir nəzəriyyədir. Bu nəzəriyyənin nəticələrindən bəziləri bunlardır:
- Zaman, məkan və hərəkət anlayışları bir-birindən ayrı fenomenlər deyillər. Hamısı bir-biri ilə iç-içədir.
- İşıq sürəti bütün müşahidəçilər üçün eynidir. (c=299.792.458 m/s).
- Bir cismin sürəti artdıqca onun üçün zaman yavaşlayar. Əgər cisim ışıq sürətinə çatarsa, zaman dayanar. Lakin kütləsi olan heç bir cisim işıq sürətinə çata bilməz.

İnqilabi sayıla biləcək bu nəticələr gündəlik anlayışımızdakı mütləq zaman və mütləq ətalət sistemi kimi anlayışların əslində daha fərqli olduğunu bizə göstərdi. Amma bu vəziyyət Klassik Newton fizikasının yanlış olduğu mənasına gəlmir. Hər ikisi də eyni fizika olub, limit vəziyyətlərində eyni nəticəni verirlər. Bununla yanaşı olaraq, peyk buraxılmasından tutmuş, kosmik uçuşlara qədər, hələ də Newton qanunlarından istifadə edirik. Aralarındakı yeganə fərq həssasiyyətdir. Einstein'ın irəli sürdüyü nəzəriyyə, ölçü baxımından daha həssasdır və xəta payı nöqteyi-nəzərindən Newton qanunlarına nisbətən daha aşağıdır.
Gələk Ümumi Nisbilik Nəzəriyyəsinə... Bu nəzəriyyə isə kainatdakı cazibə qüvvəsi ilə fəza-zaman arasındakı əlaqəni ortaya qoyan bir nəzəriyyədir. Einstein yüksək cazibə qüvvəsinə malik yerlərdə zamanın yavaşladığını demişdir. Bu təsiri hazırda populyar olan qara dəlik ətrafındakı işığın və fəza-zamanın davranışını izahda, həmçinin qlobal yerləşdirmə sistemi olan GPS sinxronizasiyasında görürük.

Bu yazımızda, Einstein'ın ilk nəzəriyyəsi olan Xüsusi Nisbilik Nəzəriyyəsi'nin nəticələri daxilində zamanda səyahət fikrindən yola çıxacağıq. Zamanda irəli getmək mümkündür. Bunu işıq sürətinə yaxın sürətlərdə hərəkət edən subatomik hissəciklər haqqında təcrübələr aparılan CERN'də dəfələrlə müşahidə etmişik. Qərarsız olan bu hissəciklərin sürəti işıq sürətinə yaxın sürətlərə çıxarıldıqda yarımparçalanma dövrü, aşağı sürətlərə nəzərən artış göstərmişdir.
Bəs bu situasiya, işıq sürətinə yaxın sürətdə hərəkət edən hissəciklərin davranışında əlavə dəyişikliyə səbəb olur mu? Xeyr, yəni hissəcik üçün keçən zaman anlayışı eynilə aşağı sürətlərdəki zaman anlayışı kimidir, yəni ona əlavə zaman qazandırmır, ancaq o hissəciyi müşahidə edən bizlər üçün belə bir vəziyyət ortaya çıxır: Onu yavaş hərəkət edirmiş kimi görürük. Bəli, olduqca qəribə nəticələrdi, ancaq bu reallıqdır!

İndi gələk işığa! İşıq dediyimiz anlayış, elektromaqnit sahəsinin qüvvə daşıyan hissəciyi olan, sabit kütlələri 0 olan "foton"lardan meydana gəlmişdir. Bu fotonlar enerji porsiyaları olub, kainatda işıq sürətində (c=299.792.458 m/s, yəni 300.000 km/san sürətlə) hərəkət edirlər. Kainatda bu sürəti aşa biləcək hər hansı bir şey mövcud deyil. Çünki Einstein'ın məşhur E=mcE=mc2 düsturu olan kütlə-enerji bərabərliyi bunun üçün sonsuz enerjinin lazım olduğunu və kainatda belə bir şeyin qeyri-mümkün olduğunu bizə göstərir. Yəni işıq kainatda hər şey üçün limit sürətdir.
İşıq sürəti limit sürətdirsə, gəlin bunun nəticələrini nəzərdən keçirək: Yaşadığımız kainatdakı bəzi göy cisimlərinin bizə olan uzaqlığı və işıq sürətinin sabitliyi səbəbilə bu vəziyyət əslində bizi virtual zaman səyahətçisi etmiş olur. Yəni göy üzünə baxdıqda əslində keçmişə baxırıq. O gördüyümüz göy cisimlərindən gələn işıq, əslində o cismin indiki zaman görüntüsünə aid deyil, keçmişdəki görüntüsünə aiddir. Möhtəşəmdir, elə deyil mi?
İndi keçmiş zamana olan səyahətimizə Samanyolu Galaktikasındakı 200 milyard ulduzdan biri olan Günəş Sistemimizin ulduzu olan Günəş ilə başlayaq. Günəşin bizim yaşadığımız planet olan Dünyaya uzaqlığı 149.600.000 km'dir. Biz bu uzaqlığa "1 Astronomik Vahid" (1AU) deyirik. Digər göy cisimlərinin uzaqlığını da bu vahidlə hesablayırıq. Bəs Günəşə baxdığımız anda Günəşin nə qədər əvvəlki halını görürük?

Aramızdakı məsafə təqribən 150.000.000 km və işıq saniyədə 300.000 km yol qət edir. Bu da 1 dəqiqədə 18.000.000 km'ə bərabərdir. Məsafəni bu sürətə bölsək 8.3 dəqiqəyə bərabər olar. Bu da o mənaya gəlir ki, biz Günəşə baxarkən əslində onun təqribən 8 dəqiqə əvvəlki halını görürük.
Aslında maddi destek istememizin nedeni çok basit: Çünkü Evrim Ağacı, bizim tek mesleğimiz, tek gelir kaynağımız. Birçoklarının aksine bizler, sosyal medyada gördüğünüz makale ve videolarımızı hobi olarak, mesleğimizden arta kalan zamanlarda yapmıyoruz. Dolayısıyla bu işi sürdürebilmek için gelir elde etmemiz gerekiyor.
Bunda elbette ki hiçbir sakınca yok; kimin, ne şartlar altında yayın yapmayı seçtiği büyük oranda bir tercih meselesi. Ne var ki biz, eğer ana mesleklerimizi icra edecek olursak (yani kendi mesleğimiz doğrultusunda bir iş sahibi olursak) Evrim Ağacı'na zaman ayıramayacağımızı, ayakta tutamayacağımızı biliyoruz. Çünkü az sonra detaylarını vereceğimiz üzere, Evrim Ağacı sosyal medyada denk geldiğiniz makale ve videolardan çok daha büyük, kapsamlı ve aşırı zaman alan bir bilim platformu projesi. Bu nedenle bizler, meslek olarak Evrim Ağacı'nı seçtik.
Eğer hem Evrim Ağacı'ndan hayatımızı idame ettirecek, mesleklerimizi bırakmayı en azından kısmen meşrulaştıracak ve mantıklı kılacak kadar bir gelir kaynağı elde edemezsek, mecburen Evrim Ağacı'nı bırakıp, kendi mesleklerimize döneceğiz. Ama bunu istemiyoruz ve bu nedenle didiniyoruz.
O halda bu hesablamanı digər göy cisimlərinin bəzilərinə də tətbiq edək. Məsafələr olduqca böyük olduğu üçün km yerinə AU (astronomik vahid uzaqlığı) və işıq ili istifadə edəcəyik. Işıq, 1 AU məsafəni təqribən 8 dəqiqəyə qət edir.
Dünyamıza ən yaxın məsafədə və çılpaq gözlə də müşahidə edilə bilən planet olan Veneraya nəzər yetirək. Venera bizdən təqribən 0.28 AU məsafədə olub, bu da təqribən 2.3 dəqiqəyə bərabərdir. Yəni Veneraya baxarkən onun 2.3 dəqiqə əvvəlki halını görürük.

Digər ən yaxın planet olan Mars bizdən təqribən 0.52 AU məsafədədir ki, bu da təqribən 4.2 dəqiqə əvvəlki halını gördüyümüzü bildirir.

Merkuri isə 0.61 AU məsafədə olub, təqribən 5 dəqiqə əvvəlki halını görürük.

Yupiter 4.2 məsafədədir və onun 33.6 dəqiqə əvvəlki halını görürük

Gəlin Günəşdən sonrakı ən yaxın ulduz olan Proxima Centauri'ni ələ alaq. Təqribi olaraq bu ulduz, Günəşin kütləsinin 1/8'nə sahib olub 33 qat daha qatıdır. Qırmızı cırtdan sinfində yer alır və sönük olduğundan çılpaq gözlə görmək mümkün deyil. Günəşdən uzaqlığı isə təqribən 4.25 işıq ilidir. Yəni biz teleskopla bu ulduza baxanda, onun hardasa 4 il əvvəlki halını müşahidə edirik, yəni 4 il əvvələ baxırıq.

Digər bir yaxın ulduz olan və gecə Aydan sonrakı ən parlaq göy cismi olan Sirius-A ulduzu, Günəşdən 8.47 işıq ili uzaqlıqdadır. Əgər gecə bu ulduza baxırsınızsa, deməli təqribən 8.5 il əvvələ baxırsınız.

Digər bir ulduz olan Procyon ulduzu, Canis Minor ulduzlarının ən parlaq olanıdır. Gecə müşahidə aparıldığında, göy üzünün ən parlaq səkkizinci ulduz olan bu ulduzun Günəşimizə olan məsafəsi təxminən 11.4 işıq ilidir. Yəni əgər bu ulduza baxırsızsa, təqribən 11 il əvvələ baxırsız deməkdir.

Yaxşı, indi gəlin ölçünü biraz da genişləndirək və çılpaq gözlə Dünyadan görünə bilən ən uzaq göy cismi və eyni zamanda Samanyolu Galaktikasına, yəni bizə ən yaxın böyük galaktika olan Andromeda Galaktikasında baxaq. Bu halda nə qədər keçmişə baxmış olarıq? Cavab 2.2 milyon il! Çünki bu galaktika bizdən təqribən 2.2 milyon işıq ili məsafədədir, yəni onun işığının bizə çatması üçün bu qədər il lazımdır. 2 milyon il əvvələ baxmaq olduqca inanılmazdır, deyil mi?


Yuxarıdakı təsvir indiyə kimi ölçülən ən uzaq partlayışa aiddir. Swift Rəsədxanasından edilən bu müşahidə qamma şüası partlayışı edən, kainatdakı ilk ulduzlardan biri olan GRB 090423 ulduzunun partlayışdan sonrakı görüntüsüdür. Bu ulduzun kütləsi Günəşimizin kütləsindən təqribən 40-50 qat daha çox idi. Ayrıca Günəşimizdən 10.000 qat daha parlaq olan bu ulduzun ölümü də bir o qədər böyük oldu.Bu görüntü ilə həmin partlayış qeydə alınıb. Bəs bu şəklə baxdıqda nə qədər keçmişə baxırıq? Cavab, təqribən 13 milyard il əvvələ! Yəni kainatımızın başlanğıcı olan Böyük Partlayışdan 630 milyon il sonrasına! Təxminən kainatımızın başlanğıcı olan ana baxırıq... Möhtəşəmdir!
Nəticə olaraq işıq sayəsində kainatımızın keçmişinə nəzər yetirmiş olduq. Böyük Partlayışdan bugünə, göy üzündəki ulduzların ölüm və doğuşlarına şahidlik etməyin əslində bizim keçmişimizə də şahidlik etmək olduğunu gördük.
İşıq sayəsində kainatın keçmişinə bir səyahətə çıxmaq olar və hər şeyin necə başladığını kəşf edə bilərik. Kainatımız hekayəsi əslində bizim hekayəmizdir. -Prof. Brian Cox
- 3
- 2
- 2
- 1
- 1
- 1
- 0
- 0
- 0
- 0
- 0
- 0
- The Planets, et al. Distance Between Planets. (25 Nisan 2020). Alındığı Tarih: 23 Haziran 2020. Alındığı Yer: The Planets | Arşiv Bağlantısı
Evrim Ağacı'na her ay sadece 1 kahve ısmarlayarak destek olmak ister misiniz?
Şu iki siteden birini kullanarak şimdi destek olabilirsiniz:
kreosus.com/evrimagaci | patreon.com/evrimagaci
Çıktı Bilgisi: Bu sayfa, Evrim Ağacı yazdırma aracı kullanılarak 05/05/2025 12:29:03 tarihinde oluşturulmuştur. Evrim Ağacı'ndaki içeriklerin tamamı, birden fazla editör tarafından, durmaksızın elden geçirilmekte, güncellenmekte ve geliştirilmektedir. Dolayısıyla bu çıktının alındığı tarihten sonra yapılan güncellemeleri görmek ve bu içeriğin en güncel halini okumak için lütfen şu adrese gidiniz: https://evrimagaci.org/s/8914
İçerik Kullanım İzinleri: Evrim Ağacı'ndaki yazılı içerikler orijinallerine hiçbir şekilde dokunulmadığı müddetçe izin alınmaksızın paylaşılabilir, kopyalanabilir, yapıştırılabilir, çoğaltılabilir, basılabilir, dağıtılabilir, yayılabilir, alıntılanabilir. Ancak bu içeriklerin hiçbiri izin alınmaksızın değiştirilemez ve değiştirilmiş halleri Evrim Ağacı'na aitmiş gibi sunulamaz. Benzer şekilde, içeriklerin hiçbiri, söz konusu içeriğin açıkça belirtilmiş yazarlarından ve Evrim Ağacı'ndan başkasına aitmiş gibi sunulamaz. Bu sayfa izin alınmaksızın düzenlenemez, Evrim Ağacı logosu, yazar/editör bilgileri ve içeriğin diğer kısımları izin alınmaksızın değiştirilemez veya kaldırılamaz.