Hələ də Təkamülləşirik mi? İnsan Növünün Son 2.000 İldəki Təkamülü!

- Blog Yazısı
İnsanların hələ də təkamülləşməyə davam edib etməməsi tez-tez müzakirə edilən və sual verilən bir mövzudur. Cavab isə birmənalı olaraq "bəli"dir. İnsanlar hələ də təkamülləşməkdədir. Bunun olmaması üçün heç bir səbəb yoxdur.
İlk etapda bu təəccübləndirici gələ bilər, çünki heç kim uyğunlaşma bacarığına bağlı olaraq ölmür, yəni dişimiz ağrıdı ya da xəstələndik deyə ölmürük (yəni çox zaman). İstər tibb sayəsində, istərsə də modern texnologiyalar vasitəsilə artıq bir çox ölüm hallarının qarşısını almaq mümkündür. Bu halda Təbii Seçmə'ni nböyük nisbətdə qarşısını almış oluruq. Bəs necə olur ki, insanlar təkamülünü davam etdirə bilir?
Bunun çox sadə bir səbəbi var: Təkamül sadəcə Təbii Seçmə ilə olan bir proses deyil. Təkamül Nəzəriyyəsi və Mexanizmləri adlı kitabımızda da detallı formada izah edildiyi kimi, Təbii Seçmə təkamülün ən güclü mexanizmlərindən biri olsa da tək mexanizmi deyil! Dahası,bugün də Təbii Seçmə səbəbindən ölməkdə olan və ya həyatda qalan insanlar da vardır. Ən tipik nümunə olaraq oraq hüceyrəli anemiyaya sahib olmaları sayəsində malyariyanın bol olduğu yerlərdə daha asan həyatda qalan Afrikalı insanlar ilə genlərindəki fərqliliklərə görə HİV'ə dözümlü Avropalılar verilə bilər. Bu şəxslər genetik fərqliliklər sayəsində daha asan həyatda qalıb, daha çox çoxalma şansı əldə edir və özlərini güclügüclü edən bu genləri gələcək nəsillərə də ötürə bilirlər. Bu da Təbii Seçmə yoluyla olan təkamülün özüdür!
Ancaq Təbii Seçmə'ni 100% durdurduğumuz xəyali bir dünyada belə təkamül davam edərdi. Çünki insanlar üzərində hələ də Genetik Sürüşmə, Köçlər, Cinsi Seçmə, Qohum Seçməsi, Qrup Seçməsi kimi bir çox digər təkamül mexanizmi təsir etməyi davam etdirməkdədir. Mutasiyalar, Gen Çarpazlaması (Crossing-over), Transpozonlar kimi mexanizmlər hələ də genlərimizə kombinasiyalar əlavə etməyi davam etdirməkdədir; ancaq Təbii Seçmənin qismən də olsa yavaşladılmış olmasından ötürü, əcdadlarımıza nəzərən daha yavaş təkamülləşməkdəyik, bu düzdür.
Bu təkamülün davam etdiyini görməyin ən gözəl yollarından birisi, təkamül prosesi üçün çox qısa bir zaman dilimi olan son bir neçə min ilə baxıb, hansı genlərin dəyişdiyini müşahidə etməkdir. Bu, təkamülün davam edib etmədiyini anlamaq üçün əla bir üsuldur. Üstəlik bunu edərkən hansı genlərin Təbii Seçmə ilə, hansıların digər mexanizmlərdə təkamülləşdiyini ayırd edə bilərik; çünki hər mexanizmin genlər və xromosomlar üzərində fərqli izləri və formaları vardır. Çox sayda genomu müqyisə edərək nəzər yetirə bilərik və hansı genin necə təkamüllləşdiyini anlaya bilərik.
Məsələn, Təbii Seçmənin tamamilə dayandığını düşünürsüzsə, ona fokuslanaq. Bədənimizdə son bir neçə min ildə Təbii Seçmə ilə dəyişmiş genlər var mı? Əlbəttə! Yaxşı, bəlkə vəhşi həyatta görə biləcəyimiz qədər bol deyil; ancaq insanlarda hələ də Təbii Seçmə ilə təkamülləşən genlər var. Digər təkamül mexanizmlərindən bəhs etmirik belə!
Yair Field və dostlarının 2016 ilində Science jurnalında yayımladıqları bir məqalədə, aralarında laktoza toleransı, saç və göz rəngi, immun sistemimizin parçaları və boy uzunluğunun da yer aldığı bir çox fiziki və struktur xüsusiyyətlərin sadəcə 2000 ildə təkamülləşdiyi göstərilir! Ayrıca araşdırmanın nəticələrinə əsasən insan uşaqlarının başının çevrə ölçüsü, insulinin bədənimizdəki istifadəsi, hemoglobin özəlliklərimiz, qlükoza intoleransı, kişilərin BMİ miqdarı, klimaksa girmə yaşı, dişilərin qalça genişliyi, insan uşaqlarının doğum çəkisi, dişilərin bel/qalça nisbəti, orqanizmimizdəki ümumi xolesterin miqdarı, uşaqlarımızın doğuşdakı boyları kimi bir çox özəlliyimiz də son 2000 ildə sürətli bir şəkildə dəyişmiş və təkamülləşmiş ola bilər!
- 1
- 0
- 0
- 0
- 0
- 0
- 0
- 0
- 0
- 0
- 0
- 0
Evrim Ağacı'na her ay sadece 1 kahve ısmarlayarak destek olmak ister misiniz?
Şu iki siteden birini kullanarak şimdi destek olabilirsiniz:
kreosus.com/evrimagaci | patreon.com/evrimagaci
Çıktı Bilgisi: Bu sayfa, Evrim Ağacı yazdırma aracı kullanılarak 05/05/2025 11:58:01 tarihinde oluşturulmuştur. Evrim Ağacı'ndaki içeriklerin tamamı, birden fazla editör tarafından, durmaksızın elden geçirilmekte, güncellenmekte ve geliştirilmektedir. Dolayısıyla bu çıktının alındığı tarihten sonra yapılan güncellemeleri görmek ve bu içeriğin en güncel halini okumak için lütfen şu adrese gidiniz: https://evrimagaci.org/s/9044
İçerik Kullanım İzinleri: Evrim Ağacı'ndaki yazılı içerikler orijinallerine hiçbir şekilde dokunulmadığı müddetçe izin alınmaksızın paylaşılabilir, kopyalanabilir, yapıştırılabilir, çoğaltılabilir, basılabilir, dağıtılabilir, yayılabilir, alıntılanabilir. Ancak bu içeriklerin hiçbiri izin alınmaksızın değiştirilemez ve değiştirilmiş halleri Evrim Ağacı'na aitmiş gibi sunulamaz. Benzer şekilde, içeriklerin hiçbiri, söz konusu içeriğin açıkça belirtilmiş yazarlarından ve Evrim Ağacı'ndan başkasına aitmiş gibi sunulamaz. Bu sayfa izin alınmaksızın düzenlenemez, Evrim Ağacı logosu, yazar/editör bilgileri ve içeriğin diğer kısımları izin alınmaksızın değiştirilemez veya kaldırılamaz.