Həzçilik
Hedonizm – Kirene məktəbinin, yəni Sokratın tələbəsi Aristippos’un (E.ə. 435-355) təlimidir. Təlimə görə həzz hissi həyatda ən ali məqsəddir.
Həzzin həqiqi anlamda yaxşı olduğunu, insan öz hərəkətlərini ona həzz verəcək bir şəkildə planlaşdırması gərəkdiyini, həmişə həzz verənə yönəlmənin ən uyğun davranış şəkli olduğunu müdafiə edən fəlsəfi cərəyandır.
Həzçiliklə bağlı ilk təlimlər Aristippos’un adı ilə bağlı olsa da, sonralar Epikür məktəbi də bu təlimin davamçısı olmuşdur.
Adətən insani həzləri sevməyən və insanların aşırı doğmalaşa biləcəyinə inanmayan filosofların əksinə olaraq Epikür adlı bir filosof belə deyirdi:
Bilmirəm, yaxşılıq deyəndə, nəyisə dadmaqdan alınan həzdən, sevgidən, eşitdiklərindən və gördüyün gözəlliklərdən duyduqlarından başqa, daha nəyi düşünmək olar?
E.ə 341-ci ildə Samos adasında dünyaya gələn Epikür kiçik yaşlarından etibarən fəlsəfə ilə maraqlanmışdır. Digər fəlsəfi təlimlərdən fərqli olaraq o hissi həzlərə çox böyük dəyər verirdi. Epikür deyirdi: “Yaxşı həyatın başlanğıcı da, sonu da həzdir”.
Epikürə görə, dostlar və fəlsəfi söhbətlərdən ibarət olan bir həyat yaşamaq, ən böyük həzdir. Hətta o, 306-cı ildə Afinaya qayıtdıqdan sonra Melit adlı yerdə böyük bir ev alaraq dostları ilə orada yaşamağa başlamışdır.
Səni bütün həyatın boyu xoşbəxtliyə gətirib çıxara bilən ən böyük müdriklik – özünə dost qazanmaqdır.
Həzçiliyi bir çox filosof və insanlar dəstəkləsə də buna qarşı çıxanlar da var idi. Orta əsrlərdə xristian filosoflar həzçiliyə qarşı çıxmışdılar, çünki dində olan iman, günah və bu kimi şeylərlə ziddiyyət təşkil edirdi. Eyni zamanda, bir çoxları Epikürün məktəbində əxlaqa uymayan hadisələrin baş verməsi barədə yalanlar da yalanlar yaymağa başlamışdı. Ancaq yenə də, Epikürün təlimi getdikcə daha çox tərəfdar toplayırdı.
Sonralar Roma imperiyasının dağılması ilə Epikürün təlimləri unudulsa da, XIX-XX əsrlərdə Jeremy Bentham və John Stuar Mill’in əsərləri sayəsində həzçilik yenidən yayğınlaşmağa başlamışdı.
- 1
- 0
- 0
- 0
- 0
- 0
- 0
- 0
- 0
- 0
- 0
- 0
Evrim Ağacı'na her ay sadece 1 kahve ısmarlayarak destek olmak ister misiniz?
Şu iki siteden birini kullanarak şimdi destek olabilirsiniz:
kreosus.com/evrimagaci | patreon.com/evrimagaci
Çıktı Bilgisi: Bu sayfa, Evrim Ağacı yazdırma aracı kullanılarak 19/04/2024 06:00:39 tarihinde oluşturulmuştur. Evrim Ağacı'ndaki içeriklerin tamamı, birden fazla editör tarafından, durmaksızın elden geçirilmekte, güncellenmekte ve geliştirilmektedir. Dolayısıyla bu çıktının alındığı tarihten sonra yapılan güncellemeleri görmek ve bu içeriğin en güncel halini okumak için lütfen şu adrese gidiniz: https://evrimagaci.org/s/10313
İçerik Kullanım İzinleri: Evrim Ağacı'ndaki yazılı içerikler orijinallerine hiçbir şekilde dokunulmadığı müddetçe izin alınmaksızın paylaşılabilir, kopyalanabilir, yapıştırılabilir, çoğaltılabilir, basılabilir, dağıtılabilir, yayılabilir, alıntılanabilir. Ancak bu içeriklerin hiçbiri izin alınmaksızın değiştirilemez ve değiştirilmiş halleri Evrim Ağacı'na aitmiş gibi sunulamaz. Benzer şekilde, içeriklerin hiçbiri, söz konusu içeriğin açıkça belirtilmiş yazarlarından ve Evrim Ağacı'ndan başkasına aitmiş gibi sunulamaz. Bu sayfa izin alınmaksızın düzenlenemez, Evrim Ağacı logosu, yazar/editör bilgileri ve içeriğin diğer kısımları izin alınmaksızın değiştirilemez veya kaldırılamaz.