Salam, dostlar!
3 oktyabr saat 13:00-da Brew Mood Az-da (Dəniz Mall 2-ci mərtəbə ) birlikdə OpenGuessr oynamaq üçün toplaşırıq.
📍 Bilməyənlər üçün: OpenGuessr ekranınızda göstərilən küçə mənzərələrinə (Google Street View) və ətrafdakı ipucularına baxaraq dünyanın harasında olduğunuzu tapmağa çalışdığınız interaktiv coğrafiya tapmacasıdır. Təxmininiz real məkana nə qədər yaxın olarsa, bir o qədər çox xal qazanırsınız.
• İştirak tamamilə ödənişsizdir.
• Həmçinin Brew Mood tərəfindən iştirakçılarımıza kofe və desertlərə 20% endirim olunacaq!
Oyun təcrübənizin olması vacib deyil, əsas məqsəd birlikdə maraqlı vaxt keçirməkdir. Hər birinizi gözləyirik! ✨
https://maps.app.goo.gl/gphRuptrraZfrqA27
Dəniz Mall, 2-ci mərtəbə