Alman İmperiyası
Birinci dünya meharibəsinə qədər
/content/814cfb5c-5e94-4591-858d-a1cc3bfe28a5.jpeg)
- Blog Yazısı
Blog Yazısı
Alman İmperiyası(Birinci Dünya Müharibəsinə qədər)
-Alman İmperiyası əsası I Vilhelm rəhbərlikində baş nazir Otto fon Bismark tərəfindən qoyulan, 1871-1918 illəri aralığında fəaliyyət göstərən konstutsiyalı monarxiya ilə idarə olunan bir ölkə idi. XIX əsrin əvvəllərində Almaniyada feodal dağınıqlıq dəvam edirdi. Vahid dövlətin olmaması cənub alman dövlətlərinin Fransanın təsiri altında qalmasına səbəb olurdu. Bundan əlavə Prussiya ilə Fransa ilə imzalanan Tilzit sülhünə əsasən Prussiya öz təsir dairəsinin böyük hissəsinin Fransanın leyhinə itirmişdi. Ölkədə Napolyon müharibəsinin ardından yüzlərlə xırda krallıqlar yaranmışdı. Feodal pərakəndəliyinin dəvam etməsi ölkədə iqdisadi inkişafına mənfi təsir göstərirdi. 1815-ci ildə Napolyonun məğlubiyyətinin ardından toplanan Vyana Konfransında alıınan qərarə asasən birləşmiş Almaniya əvəzinə “Almaniya İttifaqı” yaradılır. Almaniya ittifaqının tərkibinə 34 Alman dövləti və 4 azad şəhər daxil idi. Alman torpaqlarını birləşdirib vahid dövlət yaratmaq uğrunda Prussiya Krallığı ilə Avstriya İmperiyası arasında mübarizə gedirdi. XIX əsrdə Alkmaniyada varlı kəndlilər formalaşmağa başlasa da iri mülkədarların qorunub saxlanması kapitalizmin inkişafına mənfi təsir göstərir və ləngidirdi. Lakin bütün bunlara baxmayaraq XIX əsrin birinci yarısında Almaniyada sənaye çevrilişi başlamış və dağ-mədən və kimya sənayesi kimi sahələrin inkişafına müsbət təsir göstərmişdir.Sənaye daha çox Almaniyanın Reyn,Vestfaliya və Saksoniya kimi ərazilərində inkişaf etmişdir. 1834-cü ildə Prussiyanın rəhbərliyi ilə 18 Alman dövlətinin qoşulduğu “Alman Gömrük İttifaqı” yaradılır. Bu ittifaqın yaradılmasında məqsəd Almaniyanın daxilindəki dövlətlərlə ticarəti inkişaf etdirmək idi. Napolyon müharibələrinin ardından ölkədə gənclər tərəfindən siyasi dəyişiklik uğrunda “Terror” siyasəti yürüdülürdü. Dövlət buna qarşı sərt cəza tədbirləri görür, hətta bədi dövlət adamlarını mühacirət etməyə məcbur edirdi. 1848-1849-cu illər aralığında Avropanın bir çox yerlərində burjua-demokratiya inqlabları baş verir Avropadakı siyasi bünövrələr sarsılırdı(Almaniya, Fransa, İtaliya kimi ölkələrdə baş verın inqlablar ölkədəki sabitliyi pozur onlari siyasi idarəetmədə dəyişikliklər etməyə məcbur buraxırdı). Almaniyada başlayan inqlabın əsas vəzifəsi Almaniyanın vahid dövlət altında birləşdirilməsi və feodal qaydalarının tam olaraq ləğv edilməsi idi. 1848-ci ildə şəhərlərdə başlayan üsyanlar səbəbilə kral IV Fredrix Vilhelm Milli Məclisdə seçkilər keçirməyə məcbur qalır. Həmin Berlində yaradılan Prusiya Milli Məclisi konstutsiya yaratmalı və təqdim etməli idi. Lakin kral məclisi qovur bütün prosesi üzərinə alır və xalqa “konstutsiya bəxş etmək” haqqında fərman verir. 1848-1849 sənaye inqlabı ərəfəsində Almaniyada yaradılan liberal hökümət Frankfurt-Mayn şəhərində “Ümumalman parlamenti”ni yaradır.”Prefoserlar Parlamenti” adlanan bu məclisdə Almaniyanın birləşdirilməsinin iki yolu mübahisə edilirdi:
1. “Böyük Almaniya” yolu- Almaniyanın Avstriya-Macarıstan ilə birlikdə birləşərək bütöv bir imperiya olmasını dəstəkləyirdi.
2. “Kiçik Almaniya” yolu- Sadəcə Alman dövlətlərinin birləşməsi ilə yaradılacaq olan dövlət.
Lakin Lamna monarxlari öz hakimiyyətlərindən əl çəkmək istəmədikləri üçün Almaniyanı birləşdirmək alınmır və birləşmə 22 il gecikir. 1849-cu ilin mayında hazırlanan Ümumalman parlamentində yaradılan konstutsiyanın müdafiəsi üçün başlayan üsyanlar uğursuz olur və 1848-1849 sənaye inqlabı yatırılır. Lakin inqlab qarşıya qoyulan məqsədlərdən birini icra edir. Prussiya artıq konstutsiyalı monarxiyaya çevrilir.1849-1850-ci illərdə başlayan Almaniya İttifaqının yaradılma mübarizəsi Rusiya tərəfindən reaksiya ilə qarşılanır və Olmytus təhqiri ilə qarşısı alınır. Bunula da Almaniyada Prussiyanın hakimiyyətinı ağır zərbə vurulur.
Almaniyanın Birləşməsi
1860-1862-ci illər arlığında Prussiyada baş verən konstutsiya böhranı nəticəsində imperator I Vilhelm ‣ Ottofon Bismarkı Prussiya Baş Naziri elan edir. Otto fon Bismark çox uğurlu bir diplomat idi. O, Fransanın cənubi Alman dövlətlərinin təsir dairəsinə almaq istəyi haqqındakı notasını həmin əraziləridə müstəqillik zəmanəti verən Rusiyaya göndərərək Rusiyanın bitərəfliliyinə nail olur. Danimarka kralının Şlezviq və Holşteyndəki siyasətinin bəhanə edərək onun üzərindəki müharibədə Alman dövlətləri və Avstriyanın dəstəkini təmin edir. İşğal edilən ərazilərin idarə edilməsi ilə bağlı mübahisə yaşadığı Asvtriya ilə müharibə etmək məcburiyyətində qalır. Tarixçilər tərfindəm “40 günlük müharibə”, “7 Həftəlik müharibə”, “ Almaniya-Almaniya” adlandırılır. 1866-cı il Sadova döyüşündə Avstriyanı məğlub edərək onları Prussiyanın regiondakı üstünlükünü qəbul etməkə vadar edir. 1867-ci ildə 22 alman dövlətinin birləşməsi ilə “Şimali Alman ittifaqı” yaradılır. [1]1867-ci ildə federasiyada konstutsiya qəbul olunur. Lakin bununla barışmayan Fransa ilə İttifaq arasında 1870-ci ildə müharibə başlayır. Seddan döyüşündə III Napolyon(Fransa) və ordusu ağır bir məğlubiyyət alıb mühasirəyə düşür və bir müddət sonra təslim olaraq təslimiyyəti qəbul edir. Parisə irəriləyən Almanlar 1871-ci 18 yanvarında Parisdəki Versal Sarayında Alman İmperiyasının elan edir. 1879-cu ildə Avstriya-Macarıstan ilə müütəfiqlik imzalanır, 1882-ci ildə İtaliya ilə müttəfiqlik imzalanır. 1905-də Alfred fon Şliffen tərəfindən adını İkinci Dünya Müharibəsində çox eşidəcəyimiz “İldırım Sürətli Müharibə(İlik “Blitztreq”)” taktikası inkişaf etdirilir.[2]
- ^Encyclopedia Britannica. German Empire | Facts, History, Flag, & Map | Britannica. Alındığı Tarih: 3 Nisan 2026. Alındığı Yer: Encyclopedia Britannica | Arşiv Bağlantısı
- ^melumatlar.az. Almaniya. Alındığı Tarih: 3 Nisan 2026. Alındığı Yer: melumatlar.az | Arşiv Bağlantısı
- Muhteşem!0

- Tebrikler!0

- Bilim Budur!0

- Mmm... Çok sapyoseksüel!0

- Güldürdü0

- İnanılmaz0

- Umut Verici!0

- Merak Uyandırıcı!0

- Üzücü!0

- Grrr... *@$#0

- İğrenç!0

- Korkutucu!0

Evrim Ağacı'na her ay sadece 1 kahve ısmarlayarak destek olmak ister misin?
Şu iki siteden biriyle hemen destek olabilirsin:
kreosus.com/evrimagaci | patreon.com/evrimagaci
Çıktı Bilgisi: Bu sayfa, Evrim Ağacı yazdırma aracıyla 22.11.2026 22:01:37 tarihinde oluşturuldu. Evrim Ağacı'ndaki içerikleri birden fazla editör sürekli gözden geçiriyor, güncelliyor ve geliştiriyor. Bu çıktıdan sonraki güncellemeleri görmek ve içeriğin en güncel hâlini okumak için şu adrese git: evrimagaci.org/s/22630
İçerik Kullanım İzinleri: Evrim Ağacı'ndaki yazılı içerikler orijinallerine hiçbir şekilde dokunulmadığı sürece izin alınmaksızın paylaşılabilir, kopyalanabilir, yapıştırılabilir, çoğaltılabilir, basılabilir, dağıtılabilir, yayılabilir, alıntılanabilir. Ancak bu içeriklerin hiçbiri izin alınmaksızın değiştirilemez ve değiştirilmiş hâlleri Evrim Ağacı'na aitmiş gibi sunulamaz. Benzer şekilde, içeriklerin hiçbiri, söz konusu içeriğin açıkça belirtilmiş yazarlarından ve Evrim Ağacı'ndan başkasına aitmiş gibi sunulamaz.
Yorumlar 0